"Başçını tanımıram, amma deputatı televizorda görmüşəm" - Şəhid ailəsini 30 ildir eşidən yoxdur...
Tarix: 6-09-2023, 09:16 | Çap et
Kərimov Elçin Ataş oğlu. 25 mart 1975-ci ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. Orta təhsillidir. Hərbi xidməti müddətində "Yaşma"da qulluq edib, Türkiyəlilərin ölkəmizdə keçirilən hərbi təlimlərində iştirak edib. 1993-cü ildə birinci Qarabağ savaşına qatılıb. Quşçular, Qaracallı, Süleymanlı kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Hətta, döyüşlərdə bədəninin sol nahiyəsindən qəlpə yarası alsa da elə yaralı halda döyüşməyə davam edib.
"DogruXeber.az" bildirir ki, Elçin Kərimov 1993-cü il dekabrın 31-də Salahlı kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Nə az, nə çox... düz 30 il...
Düz 30 ildir ki, Elçin Kərimovun yaşlı ata-anası, bacısı, qardaşı və ümumilikdə 7 nəfərdən ibarət ailə üzvləri Sabunçu qəsəbəsində köhnə yataqxananın cəmi bir otağına sığınıblar.
Şəhidin qardaşı Sərxan Kərimovun sözlərinə görə onlar dəfələrlə Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinə müraciət etsələr də əldə etdikləri yalnız boş vədlər olub.
Qeyd edək ki, qardaşının sözlərinə görə Cəbrayıl şəhidlərinə həsr olunmuş "Qəm leysanı" kitabında Elçin Kərimov haqqında da məlumat yer alır.
Nə illər əvvəl yazılan bu kitabda adından dərc edilmiş geniş məqalənin müəllifi, Sabiq icra başçısı, nə də Cəbrayıl şəhidlərinə həsr olunmuş yeni kitabın təqdimat tədbirinin aparıcılığını özü edən hazırkı icra başçısı Kamal Həsənov görünür kitabın içindəkilərlə heç maraqlanmayıblar.
Sərxan Kərimov "Kanal14"ə bildirir ki, icra başçısı Kamal Həsənovu ümumiyyətlə görməyiblər, millət vəkili Ceyhun Məmmədovu isə sadəcə televizorda görüblər.
Bəs kitab yazarkən, şəhidin barəsində məlumat almaq üçün onun ailəsinin evinə gedən olmayıbmı? Gedənlər onların hansı şəraitdə yaşadığını görmədilərmi?
Şəhidlərə verilən qiymət, təkcə kitab yazmaqla bitmir, hörmətli, Kamal Həsənov.
O kitabları yazan müəlliflər onu bacarırlar, onu etdilər şəhid üçün. Təbii ki, balaca iş deyil, beyinlərinin məhsulu ilə gələcək nəsillərə tarix aşılayırlar. Bəs siz rayon rəhbəri olaraq nə etmisiniz?
Axı sizin səlahiyyətiniz çox şeylər etməyə çatır?
Yox, "çox şeylər" deyərkən, yardım qutusuna makaron poketini 1 deyil 2 ədəd, günəbaxan yağını 1 deyil, 2 litr qoymağı nəzərdə tutmuram. Onların 30 ildir yaşadığı ailəsinin dili ilə desək spicqa qurusu kimi dar, balaca otaqdan nisbətən rahatlığa çıxarılmasını nəzərdə tuturam. Hansı ki, onlar üçün aidiyyatı qurum qarşısında tələb qoymaq sizin və millət vəkili Ceyhun Məmmədovun vəzifəsidir.
Yeri gəlmişkən, narahatlıq doğuran təkcə şəhidin ailəsinin yaşadığı darısqal otaq deyil, eyni zamanda onun özünün Bakıxanovda yerləşən şəhidlər xiyabanındakı məzarı - adı betondan tökülmüş köhnə baş daşı da bir neçə yerindən çatlayıb. Uçub-dağılmaq üzrə olan məzar da unudulmuş ata-anaya, bacı-qardaşa daha bir yük, daha böyük əzabdır.
Onlar torpaq itirdilər, övlad itirdilər.... düz 30 il bu itkilərin həsrətilə bapbalaca bir otaqda hamısı birlikdə bir-birinə sığınıb qaldılar....
Şükürlər olsun artıq Elçin Kərimov kimi minlərlə igidlərin tökülən qanı bahasına torpaqlarımız geri alındı, amma, onların dişlə-dırnaqla qurduqları o yuvanın həsrəti imarətlərdə yaşasalar belə bitməyəcək, bala dərdi isə....
Bu sözlə ifadə ediləcək qədər yüngül acı deyil.
Bu qədər əzablara qatlaşan ailə, 30 ildir həyasına bürünüb kimsənin qapısını tez-tez döyməyib. "Söz verdilər, yəqin ev verərlər" deyib, gözləyib.
Nə yazıq ki, hələ də gözləyir...
Qeyd edək ki, artıq iki həftədir bu barədə "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında danışılır. Buna rəğmən, nə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun, millət vəkili Ceyhun Məmmədovun heç tükü də tərpənməyib. Şəhidin qardaşı Sərxan Kərimov kimsənin onlarla maraqlanmadığını deyir.
Mövzuya təkrar qayıdacağıq... həllini tapana qədər qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20 |
|
|
|
• Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19 |
|
|
|
• Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18 |
|
|
|
• Roşka yenidən həbs edildi
Bu gün, 12:05 |
|
|
|
• Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01 |
|
|
|
• Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51 |
|
|
|
• Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38 |
|
|
|
• Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27 |
|
|
|
• Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25 |
|
|
|
• Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
• Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15 |
|
|
|
• Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10 |
|
|
|
• İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04 |
|
|
|
• İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00 |
|
|
|
• Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54 |
|
|
|
• Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52 |
|
|
|
• Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45 |
|
|
|
• İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
• Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15 |
|
|
|
• Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02 |
|
|
|
• Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53 |
|
|
|
• İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
• Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25 |
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
|