KTN-nin inkişafı üçün MƏCNUN OLUB ÇÖLLƏRƏ DÜŞMƏK LAZIM DEYİL... - Problemi bil və TƏDBİR GÖR... YETƏR...
Tarix: 2-12-2023, 11:34 | Çap et
Dünya Bankı "Azərbaycanın iqliminə və inkişafına dair Hesabat"ını yayımlayıb. Hesabatda ölkə iqtisadiyyatının mövcud durumunun ölkənin iqlim hədəflərinə təsiri də dəyərləndirilib. Dünya Bankının hesabatında bildirilir ki, indi Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) üçdə biri, ixracınsa 90 faizi enerji sektorundan asılıdır. Qurumun hesablamalarına görə, Azərbaycanın mövcud neft ehtiyatları qarşıdakı 25 ildə ölkənin tələbatının ödənilməsinə yetəcək. Dünya Bankının qənaətincə, belə ortamda kompleks və effektiv dekarbonizasiya səyləri ilə iqtisadiyyatı şaxələndirməyə, yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə ehtiyac var. Təbii qaz ehtiyatları ilə bağlı isə bildirilir ki, ölkədə ixrac üçün mövcud təbii qaz ehtiyatlarının 2060-cı ilədək 35 faizədək artacağı proqnozlaşdırılır.
Hazırda Azərbaycanın ciddi iqlim riskləri ilə üz-üzə olmasına da hesabatda xüsusi diqqət yetirilir. Hesabatda bildirilir ki, ölkənin, demək olar, bütün ərazisi həm quraqlığa, həm də su qıtlığına məruz qalır. Ekstremal hava şəraiti üzündən quraqlığın tezlik və sıxlığının artacağı gözlənilir. Eyni zamanda, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Onu da unutmaq olmaz ki, neft-qaz hasilatı da torpağın aşındırıb və su ehtiyatlarını çirkləndirib.
Azərbaycan dekarbonizasiya hədəflərinə çata bilməyəcək Dünya Bankının hesabatında bildirilir ki, Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ də ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılmasına dair hər hansı öhdəlik götürməyib. Bununla belə, ölkə 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 faiz, 2050-ci ilədəksə 40 faiz azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Dekarbonizasiya üzrə öhdəliklərini gücləndirsə də, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq yoluna qədəm qoymayıb.
Dünya Bankının hesablamaları göstərir ki, Azərbaycan 2035 və 2050-ci illərədək hədəflədiyi göstəricilərə çata bilməyəcək. Sənəddə bildirilir ki, Azərbaycan 1990-cı illə müqayisədə istixana qazının zəhərli tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağa dair proqnozdan geridə qalır. Belə ki, 1990-cı illə müqayisədə enerji ilə əlaqədar və sənaye proseslərindən yaranan zəhərli tullantılar 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq.
Azərbaycanın dekarbonizasiya hədəflərinə çata bilməməsinin əsas səbəblərindən biri milli iqtisadiyyatın strukturudur. Dekarbonizasiya kursunu müəyyənləşdirib gerçəkləşdirməkdən ötrü iqtisadi şaxələnmə və daha çevik özəl sektor tələb olunur. Azərbaycanda isə bu sahədə ciddi çağırışlar var və uzun illərdir önəmli dəyişikliklər qeydə alınmayıb. Nəzərə almaq lazımdır ki, energetika və su təchizatı da daxil, yaşıl keçidə mütləq gərəkli sektorlarda dövlət müəssisələri daha çoxdur və ölkədəki işçi qüvvəsinin yarısı onlarda çalışır.
Kənd təsərrüfatı ilə bağlı çətinliklər Dünya Bankının hesabatında Azərbaycanda kənd təsərrüfatı ilə bağlı çətinliklərə də diqqət çəkilir. Sənəddə bildirilir ki, Azərbaycandakı fermerlər hələ də ənənəvi əkinçilik təcrübəsindən yararlanır, torpağın sağlamlığının artırılmasının faydaları barədə bilgili deyillər. Bu sahədəki məlumatlılığın azlığı daha yüksək məhsuldarlıq potensialını özündə birləşdirən yeni bitkilərin tətbiqini məhdudlaşdırır.
Qurumun Azərbaycanda kənd təsərrüfatı ilə bağlı diqqət çəkdiyi daha bir məqam su çatışmazlığı və çağdaş suvarma sistemlərinin məhdudluğudur. Dünya Bankı analitiklərinin fikrincə, məhsuldarlığı artırmaq və iqlim dəyişmələrinə qarşı dayanıqlılıq yaratmaq üçün kiçik və orta fermerlərin bacarıqları gəlişdirilməlidir və bu baxımdan onların ayrıca dəstəyə ehtiyacı var. Fermerlərə dəstəklə yanaşı, çatışmazlıqları aradan qaldırmaqdan ötrü mütləq kadr və maliyyə resursları da olmalıdır. İndi dövlət bu potensialı gücləndirmək üçün iş görmədiyindən özəl sektordakı müxtəlif subyektlər belə çatışmazlıqları müvəqqəti tədbirlərə əl atmaqla aşmaq məcburiyyətində qalır. Daha iri aqrobiznes müəssisələrinin bəziləri öz heyətlərindən və təchizatçı fermerlərdən ötrü təlim keçəcək beynəlxalq mütəxəssislər gətirir. Bostançılığın inkişafına dəstək məqsədilə yaradılmış bir sıra ticarət birliyi də eyni işi görür. Ancaq belə təşəbbüslərin əhatə dairəsi yetərsiz olduğundan yeni yaradılmış birliklərin həmin sektorları dəstəkləməyə təcrübə və resursları yoxdur.
Dünya Bankının hesablamasına görə, hökumət effektiv cavab tədbirləri görə bilməsə, yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığı 2060-cı ilədək, orta hesabla, 14-20 faiz azalacaq. Yüksək dəyərli bitkilərdə daha çox azalma gözə çarpacaq. Hesabatda vurğulanıb ki, hazırda Azərbaycanda suvarılan bitkilər də su çatızmazlığı riski ilə üz-üzədir. Bu problem cənub rayonlarında bəzi bitkilərin 60 faizindən çoxunun, Şərqi Aşağı Kür hövzəsində isə 20 faizdən çoxunun itirilməsi ilə nəticələnəcək. Onu da nəzərə almaq lazımdır ki, bütün bu proseslər əkinçiliklə yanaşı, heyvandarlığı da mənfi təsir göstərəcək. Hesabatda ayrıca vurğulanıb ki, torpağın nəmişliyinin azalması, səhralaşma, otlaqların normadan artıq istismarı otlaq sahələrinin keyfiyyətini aşağı salacaq. Bitki örtüyündən qaynaqlanan problemlər də mal-qaranın sağlamlığına birbaşa təsir edəcək.
Mənbə: AzadlıqRadiosu © Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
• Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15 |
|
|
|
• Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02 |
|
|
|
• Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53 |
|
|
|
• İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
• Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25 |
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
|