“HAKİMİYYƏT CƏMİYYƏTİ RADİKALLAŞDIRIR”
Tarix: 10-04-2012, 15:38 | Çap et
“İNSANLARIN EVLƏRİNDƏN ÇIXARILMASI QƏZƏBİ ARTIRIB”
Beynəlxalq təşkilatlar hər il Azərbaycanda insan hüquqlarının pozulması, rüşvət və korrupsiya faktlarının, siyasi məhbusların mövcudluğu, götürülən öhdəliklərin yerinə yetirilməməsi barədə hesabat yaysalar da, rəsmi Bakı bununla razılaşmır və vəziyyətin normal olduğunu bildirir. Amma ölkədə fəaliyyət göstərən QHT-lərin, insan hüquqlarının müdafəisi ilə məşğul olan qurumların məsələyə münasibəti də birmənalı deyil. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla söhbətimiz də bu və digər məsələlər barədədir.
- Leyla xanım, Azərbaycanda vətəndaş hüquq və azadlıqları ilə bağlı hazırkı durumu necə qiymətləndirirsiz? - Bu sahədə vəziyyət olduqca ağırdır. Hətta elə şəkildə ki, ölkəmizin müstəqillik əldə etdiyi 20 il ərzində belə dəhşətli durum heç vaxt olmayıb. Mən bunu əminliklə deyirəm. Çünki hələ sovet dövründən insan hüquqlarının qorunması ilə məşğulam. Doğrudur, keçmiş SSRİ-də qanunçuluq o qədər yaxşı deyildi. Amma qanuna riayət vardı. Müstəqil Azərbaycanda isə qanunlar yaxşı olsa da, buna əməl olunmur. Ölkə vətəndaşları öz hüquqlarını müdafiə edə bilmirlər. 2012-ci ilin hazırkı vaxtına qədər bizim təşkilatın siyahısında 62 siyasi dustaq var. Bu da ötən ildəkindən 26 nəfər artıqdır. Xatırladım ki, sonuncu dəfə belə bir vəziyyət 2003-cü ildə olub. Təkcə bu ilin fevralında 20 nəfərdən artıq adam qanunsuz həbs edilib. Söz azadlığı ilə bağlı onu deyə bilərəm ki, 7 nəfər jurnalist istintaq altındadır. İki nəfərə isə məhkəmə qanunsuz hökm oxuyub. Son zamanlar ən çox vətəndaşların mülkiyyət hüquqları pozulur. Təkcə Bakı şəhərində 60 mindən artıq vətəndaş öz evlərindən didərgin salınıb. Qarabağ müharibəsi başlayanda ermənilərin təcavüzü nəticəsində ev-eşiklərini itirmiş azərbaycanlıların onlara qarşı silahlı mübarizə imkanları var idi, özlərini müdafiə edirdilər. Amma evlərindən zorla, işgəncə ilə çıxarılan Azərbaycan vətəndaşları Bakı şəhər İcra Hakimiyyətinin, Dövlət Əmlak Komitəsinin qarşısına toplaşıb qanunsuzluqlara etiraz edəndə yenidən döyülür, söyülürlər, həbsə atılırlar. Yəni vətəndaşlar öz ölkələrində hakimiyyətin, sözün əsl mənasında rejimin zülmü altında yaşayırlar.
- Süni hicab qadağası, Sulutəpədə, NZS-də insanların evlərinin başına uçurulması, kasıb təbəqənin qazanc yerlərinin dağıdılması, vətəndaşların şərlənərək həbs olunması cəmiyyətdə narazılıqlar yaradır. Bu nədir, hakimiyyətin insanları inqilaba təhrik etməsimi? - Bilirsiniz, Azərbaycan iqtidarı özünü bu xalqın nümayəndəsi kimi yox, ölkəni işğal edən rejim kimi aparmır. Məsələ bundadır ki, ermənilər azərbaycanlıların evlərini dağıdanda, təhqir edəndə, işgəncəyə məruz qoyanda onlara qarşı müqavimət göstərdikləri, vuruşduqları, müharibənin olmadığı sovet dönəmində özlərini müdafiə edə bildikləri halda, hazırkı şəraitdə insanların buna imkanları çatmır. Vətəndaşın gözünün qarşısında anası, həyat yoldaşı döyülür, təhqir olunur, evindən bayıra atılır, mənzili sökülür, lakin heç nə edə bilmir. Sulutəpə qəsəbəsində də eyni vəziyyətdir. Orda öz yurdlarından qovulan məcburi köçkünlər yaşayırlar. Onların ərazidə mənzil tikmələri üçün razılıq sənədi də var. Həmin vətəndaşları öz evlərindən indi də ermənilər deyil, başqa bir düşmən - hökumət nümayəndələri qovurlar. İndi mən görürəm ki, polislər bu ölkədə ağsaqqala, qadına, uşağa hörmət qoymurlar. O ki qaldı insanların inqilaba təhrik edilməsi, bunun nə vaxtsa olub-olmayacağını deyə bilmərəm, amma hakimiyyət vətəndaşların hüquqlarını kobud şəkildə pozmaqla, evlərini başına uçurmaqla, məktəbləri, səhiyyə ocaqlarını bazara çevirməklə, rüşvət almaqla və bu kimi prosesləri kütləviləşdirməklə, cəmiyyəti məcburən radikallaşdırır. “Avrovision” müsabiqəsinin keçirilməsi üçün insanların öz evlərindən çıxarılması isə vətəndaşlarıın qəzəbini bir qədər də artırıb.
- Yeri gəlmişkən, “Avrovision” mahnı yarışmasının Azərbaycanda keçirilməsi ölkə vətəndaşlarının hüquqlarının müdafiəsinə, sosial problemlərin həllinə mənfi təsiri varmı? - Təsiri həddən artıq çoxdur. Elə birincisi odur ki, vətəndaşların mülkiyyət hüquqları pozulur, evləri sökülür. İnsanlar belə özbaşınalıqların, qanun pozuntularının qurbanına çevrilir, stress keçirirlər. Bundan əlavə ilin əvvəlində pensiyaların məbləğinin artırılması nəzərdə tutulmuşdu, amma “Avrovison”un Azərbaycanda keçirilməsi bunu əngəllədi. Belə ki, bu və ya digər sahələrə ayrılmalı olan vəsaitlər həmin müsabiqənin keçirilməsinə yönəldildi. Mən şəxsən “Avrovison”un prodüserlərinə bir neçə məktub göndərmişəm. Və soruşmuşam ki, həmin müsabiqənin keçirilməsi üçün çoxsaylı Azərbaycan vətəndaşlarının evləri sökülüb, qanı tökülüb, həbsxanaya salınıb, bir sözlə taleyi qırılıb, belə olan halda həmin yerdə oxuyub oynamağı, çalıb çağırmağı özünüzə rəva biləcəksinizmi. Onlar mənə cavablarında siyasətdən kənar olduqlarını bildirdilər. Mən isə sonuncu məktubumda onlara xatırlatdım ki, vaxtilə Norveçin məşhur bəstəkarı Edvard Qriqi müqavilə əsasında dəvət edildiyi Fransa səfərindən, bu ölkədə konsert verməkdən imtina edib. Və deyib ki, Fransa hökuməti qanunsuz həbs olunan zabiti azadlığa buraxmayınca, həmin ölkəyə səfər etməyəcək. Bundan sonra Qriqə qarşı kampaniya başlasa da, o, öz sözündən dönmədi. İndi Norveç xalqı onunla fəxr edir. Yəni mən bunu prodüserlərə xatırlatmaqla onların insanlıqdan uzaq olduğunu bildirməyə çalışdım. Və mənim bu fikirlərim Avropa mətbuatında çap olundu.
- Leyla xanım, “Dini etiqad və vicdan azadlığı” Haqqında qanuna edilən əlavə və dəyişikliklərdə dini təbliğata görə cərimələr, həbslər nəzərdə tutulur. Yəni bu İslamdan çəkinməkdir, yoxsa..? - Bilirsiniz, insanlar həmişə çətin anlarda üzünü Allaha tutur, nicat gözləyirlər. Amma heç kəs “səndən hərəkət, məndən bərəkət” kəlamını unutmamalıdır. Yəni mafioz hakimiyyətin, zorakı rejimin qarşısında aciz qalmamaq üçün ona qarşı mübarizə aparılmalı, hər kəs öz hüququnu müdafiə etməyi bacarmalıdır. Bu baxımdan hakimiyyətin zülmünə, daha doğrusu, bu zülmə dözdüyümüzə görə biz də günahkarıq. Ancaq bir məsələ var ki, iqtidar xalqın qəzəbinin artdığını və məscidə üz tutanların sayının sürətlə çoxaldığını görür. Ona görə də bundan narahat olur, inanclı insanlara qarşı vuruşur. Çünki hər bir təşkilat vətəndaşları birləşdirir. Daha çox insanın birləşə biləcəyi yer isə məscidlərdir. İslama qarşı hücumun səbəbi də budur...
- Bəs AİP sədri Mövsüm Səmədovun, ümumiyyətlə Azərbaycan İslam Partiyası (AİP) rəhbərlərinin, bundan əvvəl və sonra həbs olunan İslamçıların üzərinə qoyulan ittihamları necə qiymətləndirirsiz? - Ötən il də xeyli İslamçı həbs olundu. O cümlədən AİP sədri M.Səmədov və bu qurumun digər rəhbərləri də. Bu il isə İran televiziyasının jurnalisti Anar Bayramlı həbs edilib. Onlar bizim tərtib etdiyimiz siyasi məhbus siyahısındadırlar. Çünki qoyulan ittihamlar - silahların aşkarlanması, narkotik maddələrin tapılması saxta idi. Bu adamların əməllərində cinayət tərkibi yoxdur. M.Səmədov və digər AİP rəhbərləri ötən ilin yanvarında dövlət başçısını tənqid etdiklərinə görə həbs olunublar.
- Ötən il beynəlxalq təşkilatlardan birinin, Azərbaycanda gənclərin 50 faizdən çoxunun narkotik istifadəçisi olduğu barədə hesabatı rəsmi Bakını qəzəbləndirdi. Amma son vaxtlar çox adam, əsasən də fəal dindarlar narkotik istifadəçisi kimi saxlanılaraq, həbs olunurlar. Təzadlı deyilmi? - Kifayət qədər ziddiyyətli məqamlar var. Amma insanları şərləyərək həbs eləmək üçün narkotika variantı daha asandır. Ona görə də “xuliqandırlar”, “narkomandırlar”, “polisə müqavimət göstərirlər” və sair ittihamlara tez-tez rast gəlinir. Məsələn, insan hüquqlarının müdafiəsi ilə məşğul olan Oqtay Gülalıyev guya polisə müqavimət göstərdiyi üçün saxlanılıb. Mümkündür ki, bunun ardınca onu narkotik maddə gəzdirməkdə suçlasınlar.
- Beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti, Avropa Parlamenti insan haqlarının vəziyyətinə dair hesabatda Azərbaycan hakimiyyəti 10 ildir tənqid olunsa da heç nə dəyişmir. Ona görə də belə fikir formalaşır ki, adıçəkilən qurumlar tənqidlərdən təzyiq vasitəsi kimi istifadə edirlər. Bu fikirlə razılaşırsızmı? - Qətiyyən razılaşmıram. Həftənin 4 gününü beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə keçirirəm. Onlar Azərbaycandakı vəziyyətdən həqiqətən narahatdırlar. Mən də həmin adamlara bildirirəm ki, Azərbaycan hakimiyyəti hesabatları, tələb və təklifləri qulaqardına vurur, öhdəlikləri yerinə yetirmir. Amma onlar da öz növbəsində “Siz nə düşünürsünüz, məgər biz Azərbaycana qoşun yeritməliyik ki, hökumət öhdəliklərə əməl etsin?” - deyə, sual verirlər. Yəni açıq şəkildə deyirlər ki, bundan ötrü ölkə vətəndaşları ayağa qalxmalı, hakimiyyət qarşısında tələb qoymalıdır və yalnız bu halda biz onlara dəstək göstərə bilərik.
- Leyla xanım, Azərbaycanda bir ildir başlayan korrupsiya qarşı mübarizəni yetərli hesab etmək olarmı? Ümumiyyətlə, bu istiqamətdəki reallıq nədən ibarətdir? - Mən sizə bir faktı deyim. Problemlə bağlı ötən ilin fevral ayından iyun ayına qədər dövlət başçısı İlham Əliyevə, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Nazirlər Kabinetinə 8 məktub göndərmişdim. Məktubda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovun, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və digərlərinin böyük korrupsiya mexanizmi yaratmalarından, öz hesablarına 900 milyon manat pul keçirmələrindən söhbət gedirdi. Amma indiyə qədər heç bir cavab almamışam. Bu isə korrupsiyaya qarşı mübarizənin kampaniya olduğunu, imitasiya xarakteri daşıdığını göstərir. Fakt isə odur ki, rüşvət və korrupsiya daha geniş şəkildə davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Dünən, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Dünən, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Dünən, 13:03 |
|
|
|
|