İCRA BAŞÇISINA CİNAYƏT İŞİ AÇILIR
Tarix: 18-04-2012, 12:22 | Çap et
SÜLEYMAN MİKAYILOV JURNALİSTLƏRİ SATIN ALSA DA, XEYRİ OLMAYACAQ
DİA.AZ: - Hakimiyyətin son günlər cərəyan edən icra başçıları ilə bağlı iki ələməsindən canını salamat qurtarmağa müvəffəq olan Qaradağın icra hakimiyyətinin başçısı Süleyman Mikayılov öz aləmində problemlərdən qurtuluş yolu tapıb. O, hələ də görəv başında qala bilməsi üçün həm Qubanın devrilmiş rəhbəri Rauf Həbibovun təcrübəsindən dərs çıxarır, həm də hakimiyyətin yuxarı dairələrində özünə himayədar axtarır. Bu yöndə başçının əsas fəaliyyəti isə guya ki, mətbuatla dostluq münasibətlərinin qurulmasından ibarətdir. Halbuki Süleyman Mikayılovun mətbuatla necə işlədiyini, hansı jurnalist çevrələrinə nə qədər pul ötürdüyünü az qala bütün ölkə bilir.
Bu günlərdə isə Süleyman Mikayılov dost bildiyi mətbuata müsahibələr verərək, Qaradağda vəziyyətin gözəl olması barədə uydurma «faktlarını» açıqlayıb. Onun sözlərindən belə bir mənzərə yaranır ki, sanki bu rayonda qurdla quzu bir yerdə güzəran keçirir və kimsə incidilmir. Halbuki icra başçısının həm yerli əhaliyə və həm də rayonun sahibkarlarına hansı məşəqqəti yaşatması barədə dəfələrlə mətbuatda silsilə faktlar səsləndirilib.
Elə onlardan birini bu günlərdə diqqətinizə çatdırmışdıq. Həmin faktlardan da aydın olurdu ki, Qaradağın icra başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsi 20 Yanvar küçəsi 8/18A-da yaşayan Hüseynov Mirzəkərim Ağa oğlunun obyektini min bir fırıldaq yolu ilə ələ keçirib.
Bildirək ki, şikayətçi sahibkarın adından DİA.AZ redaksiyasına daxil olan həmin məktubun əsası da prezident İlham Əliyevə ünvanlanıb. Məktubda deyilir: «Lökbatan qəsəbəsi 28 May küəçsində yerləşən 15 saylı bazara bitişik ərazidə «Azərittifaq»a məxsus mağaza yerləşir. Mən uzun müddət bu mağazada işləmişəm. Bildirim ki, həmin ticarət obyekti 1982-ci ildən fəaliyyət göstərirdi. Nə mənim, nə də mağazada işləyənlərin xəbəri olmadan Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov həmin mağazanı özünə yaxın olan şəxsin adına özəlləşdirərək mənimlə bərabər həmin ticarət obyektində haqqı olan daha 11 nəfərin də qanuni əmlakına qanunsuz olaraq sahib çıxıb».
Şikayətçi bildirir ki, bu iş artıq məhkəmə instansiyalarında da predmetə çevrilib: «Təbii ki, Süleyman Mikayılovun sifarişi ilə işləyən Qaradağ rayon məhkəməsi bu işə baxaraq ədalətsiz qərar çıxardı. Amma bu qərarın Ali Məhkəmə tərəfindən ləğv edilməsinə baxmayaraq, Süleyman Mikayılov qanunsuz olaraq Qaradağ rayon məhkəməsi tərəfindən çıxarılan qərarı icra etdirib. Halbuki bu məsələyə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılmalı idi».
Daha sonra şikayət məktubunda yazılır ki, Süleyman Mikayılov Qaradağ rayon məhkəməsinin hakimləri Rəşad Mustafayevi və İsmayıl Xəlilovu öz xeyrinə, qanunsuz olaraq qərar çıxarmağa məcbur edir: «Şikayətçilər nəhayətdə 1 saylı İnzibati İqtisad Məhkəməsində işə baxılmasına nail olur. İşə ədalətli baxan sözügedən məhkəmə instansiyası icra hakimiyyətindən zərərçəkmişin hesabına 400 min manat maddi təzminatın ödənilməsi barədə qərar çıxarsa da, bu vəsait ödənilməyib».
Məktubdan bəlli olur ki, Süleyman Mikayılov əslində bazarı özü işlətmək fikrinə düşüb və hətta öz hesabına bazarı təmir də etdirib: «Bazarda ayrı-ayrı sahibkarlara məxsus olan obyektlər də Süleyman Mikayılovun göstərişi ilə dağıdılıb».
Şikayətçi bildirir ki, 15 il fəaliyyət göstərmiş və bazara heç bir aidiyyatı olmayan həmin macaza qanunsuz olaraq 2 ay 15 saylı bazara rəhbərlik etmiş şəxsin adına özəlləşdirilib: «Bu zaman Azərbaycan Respublikasının qanunları da ayaq altına alınıb ki, biz də dövlət rəhbərliyindən qanunların bərpasını xahiş edirik. Süleyman Mikayılov elə hesab edir ki, Qaradağ rayonu onun əmlakıdır və biz sakinlər dəməhkum olunmuş məhbuslarıq. Xahiş edirik, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində bu özəlləşdirmə işi yenidən araşdırılsın və günahkarlar müvafiq qaydada cəzalandırılsın».
Redaksiyamızın əldə etdiyi son bilgilərə görə isə haqqı yeyilmiş sahibkar Süleyman Mikayılovu vəsf edən redaksiyalardan birinə də hücum çəkərək, yalan yazılmamasını, onun da mövqeyinin dinlənilməsini tələb etsə də, buna nail ola bilməyib. Əslində bu gözlənilən idi də. Hər halda, Süleyman Mikayılovun vəzifə başında qala bilməsi üçün jurnalistlərə «səxavət kisəsinin ağzını açması» artıq kifayət qədər ictimailəşən bir xəbərdir.
Əldə etdiyimiz məlumatlardan aydın olur ki, amma bu da «Çakır» ləqəbli Süleyman Mikayılovun qurtuluşu anlamına gəlmir. Bu barədə redaksiyamızı məlumatlandıran Prezident Administrasiyasındakı mötəbər mənbə iddia edir ki, icra başçıları ilə bağlı növbəti ələmə prosesində Süleyman Mikayılovun da «vurulması» nəzərdə tutulub: «Həmin proses «Avroviziya» yarışmasından dərhal sonra start götürəcək və bu dəfə birdəfəlik olaraq arxivə yollanan başçılar diqqətlərə gələcək. Yəni Süleyman Mikayılovun Qaradağdan hansısa rayona transferi mümkün deyil».
Mənbəmiz haqqı yeyilən sahibkarla bağlı məsələnin də hüquq-mühafizə orqanları tərəfindən araşdırılmaya götürüldüyünü də söylədi: «Ola bilsin ki, Süleyman Mikayılova qarşı məhz bu fakta görə cinayət işi də açılsın. Bu baş verə bilər. Hər şey proseslərin gedişatından asılıdır».
Mövzu diqqətimizdədir. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
• Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15 |
|
|
|
• Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02 |
|
|
|
• Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53 |
|
|
|
• İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
• Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25 |
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
|