FÜZULİ ƏLƏKBƏROV QILINCINI SIYIRDI
Tarix: 20-04-2012, 14:48 | Çap et
5 NƏFƏR İŞDƏN ÇIXARILDI, 13 NƏFƏRƏ TÖHMƏT VERİLDİ
Aprelin 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən müşavirədə bildirilib ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında ilk növbədə insan amili dayanır.
Nazirliyik Aparatının rəhbəri Elnur Kələntərov Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı olaraq, nazirlik tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, cari ilin birinci rübündə Bakıətrafı qəsəbələrdə Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, həmçinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar evi) əsaslı təmir işləri ilə yanaşı, pansionat üçün yeni 170 nəfərlik 5 mərtəbəli korpusun inşasına başlanılıb.
Saray və Şağandakı internat evlərində nümunəvi şərait yaradılıb. Hazırda Buzovnadakı 9 saylı İnternat Evində əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir. Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində təmir və yenidənqurma işləri davam edir. Yaxın günlərdə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmirinə başlanılacaq. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmişlər üçün Sosial Adaptasiya Mərkəzinin, Çernobıl Əlilləri üçün İxtisaslaşmış Rebilitasiya Mərkəzinin, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inşası, nazirliyin tabeliyindəki bərpa-müalicə və sosial xidmət müəssisələrinin əsaslı təmiri üçün texniki sənədlər hazırlanır.
Əlil və şəhid ailələrinin mənzillə təminatı işlər davam etdirilir. 1997-ci ildən indiyə qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Hazırda həmin kateqoriyadan olanlar üçün Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Nərimanov rayonunda isə Gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binaları inşa olunur. Yaxın günlərdə ayrı-ayrı rayonlarda 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli, 1 ədəd 12 mərtəbəli 96 mənzilli yaşayış evinin tikintisinə başlanılacaq.
Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələr barədə məlumat verib.
Bildirilib ki, Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191№-li qərarı ilə «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin Siyahısı» təsdiq edilib. Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət sahələri də müəyyən olunub. Nazirliyin rəsmi internet informasiya resursu üzərindən 11 növ üzrə elektron xidmətin tam tətbiqi üçün texniki hazırlıq işləri artıq başa çatmaq üzrədir.
“Ünvanlı Sosial Yardımın alınması üçün e-müraciət”, “Dövlət Məşğulluq Xidməti vasitəsilə iş axtarışı”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” xidmət bölmələri artıq fəaliyyət göstərir. Bununla yanaşı, 2011-ci ilin avqustundan 1 aprel 2012-ci il tarixədək «e-müraciət» xidməti vasitəsilə vətəndaşların nazirliyin fəaliyyət sahələri ilə əlaqədar ümumilikdə 1003 müraciəti qəbul edilərək aidiyyatı şöbələr tərəfindən baxılıb və cavablandırılıb.
Nazirlikdə yaradılan VS (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulu təşkil olunur. Hazırda Gəncə, Göyçay və Qusarda mövcud olan bu sistemin gələcəkdə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur. Müşavirə zamanı nazirlik tərəfindən əhaliyə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin tətbiqi ilə bağlı texniki məsələlər müzakirə olunub. Nazir Fizuli Ələkbərov elektron xidmətlərin tətbiqi işlərinin qısa bir müddətdə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib. Qeyd olunub ki, elektron xidmətlərin tətbiqi həyata keçirilən sosial müdafiə tədbirlərində şəffaflığın təmin olunmasına, dövlət qayğısının aztəminatlı vətəndaşlara çatdırılmasında məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və rüşvətxorluğa şərait yaradan halların institusional səviyyədə aradan qaldırılmasına, əhaliyə xidmətin müasirləşdirilməsi və dövlət xidmətlərindən istifadə mexanizminin vətəndaşlar üçün daha rahat və sadə şəkildə qurulmasına, nazirlik tərəfindən xidmət göstərilən 1,5 milyona qədər əhali kontingenti ilə daimi qarşılıqlı ünsiyyətin daha çevik və opertaiv qurulmasına öz müsbət təsirini göstərəcək.
Tədbirdə bildirilib ki, 2012-ci ilin birinci rübünün yekununa əsasən, 566 472 nəfər ailə üzvünü əhatə edən 127 234 ailə yardım alır ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir.
Qeyd edilib ki, 2011-ci il və cari ilin ötən dövrü ərzində nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə ümumilikdə 800-ə nəfərə yaxın vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb. Bu müraciətlərin böyük qisminin daha çox sorğu xarakterli olduğu məlum olub.
Müşavirədə nazir Fizuli Ələkbərov görülən işlərdə səmərəli və effektli, müasir yanaşmaya əsaslanan iş üsullarından istifadəyə daha geniş yer verilməsi, yeni inşa olunan sosial müəssisələrdə kadr potensialının formalaşdırılması üçün müvafiq işlərin yerinə yetirilməsi, fəaliyyətini dövlətin sosial siyasətinə uyğun qurmayan əməkdaşlar barədə ciddi tədbirlərin görülməsi və s. ilə bağlı tapşırıqlar verib.
Müşavirədə Mingəçevir şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin direktorunun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmaqla mərkəzin fəaliyyətinin araşdırılması, 4 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinin işdən azad olunması, 13 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinə töhmət verilməsi barədə əmr verilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Bu gün, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Bu gün, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Bu gün, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Bu gün, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Bu gün, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
|