AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                     Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                 

HAKİMİYYƏTİN İNQİLAB QORXUSU
Tarix: 26-04-2012, 12:17 | Çap et
HAKİMİYYƏTİN İNQİLAB QORXUSU

İMITASİYA XARAKTERLİ KADR İSLAHATLARI RƏSMİ BAKIYA NƏ VƏD EDİR?

DİA.AZ: - Son zamanlar Azərbaycanda kadr rotasiyaları müntəzəm hal alıb. Bütün bunlar kadr islahatları kimi dəyərləndirilə bilərmi və ümumiyyətlə, hakimiyyətin kadr siyasətinin mahiyyəti nədən ibarətdir? Bu suala cavab verməyə çalışaq.

Öncə bu məsələdə bir məqama aydınlıq gətirmək lazım gəlir. Qeyd edək ki, əgər hər hansı bir məmur vəzifəsindən uzaqlaşdırılırsa və başqa bir işlə təmin olunursa, yaxud icra başçılarının yalnız yerləri dəyişdirilirsə, bu, indiyədək aparılan ənənəvi kadr siyasətinin davam etdirilməsindən xəbər verir. Yox əgər, kimlərsə vəzifəsindən uzaqlaşdırılırsa və yeni post ilə «könlü alınmırsa», bu, kadr siyasətinin yeniləşməsi kimi təqdim olunur. Odur ki, vəzifəsindən uzaqlaşdırılan məmurun hansı postla təmin olunmasına diqət yetirmək zəruridir.

Məsələn, əgər Qubanın icra başçısı xalq etirazları nəticəsində vəzifəsini itirirsə və məsuliyyətə cəlb olunmaq əvəzinə, digər mühüm vəzifə ilə təmin olunursa, bunu kadr islahatı kimi qələmə vermək mümkün deyil.

Onu da qeyd edək ki, mövcud iqtidarın kadr siyasəti öz sabitliyi və dəyişməzliyi ilə fərqlənir. Hakimiyyət iriçaplı məmurları dəyişməyə ümumiyyətlə həvəs göstərmir. Son illər ərzində belə bir kadr dəyişikliyi müşahidə edilməyib.

Bu isə cəmiyyəti ölkədə olan mövcud sabitliyin zəmanətçisinə çevrilən məmurlardan asılılıq sindromunun bir elementinə çevirir.

Qeyd edək ki, orta və kiçik məmurların yerlərinin dəyişdirilməsi mahiyyət etibarilə ölkədə cərəyan edən ictimai-siyasi proseslərə təsir etmək imkanında deyil. Ən azı ona görə ki, həmin məmurların hakimiyyətə və idarəetməyə heç bir təsirləri yoxdur. Məsələn, Masallı və Astara icra başçılarının yerlərinin dəyişdirilməsi heç nəyi dəyişə bilməz. Bu insanlar sadə icraçılardır və onların heç birinin yerlərdə dayaqları olmadığından, mərkəzi hakimiyyətdən asılı vəziyyətdədirlər. Yerlərdə dayaqları olmayan başçılar isə onların zəmanətçiləri kimi çıxış edən «kuratorlara» və icra strukturlarına rəhbərlik edənlərə qeyd-şərtsiz tabe olmağa borcludurlar. Bölgələrin iriçaplı «məmur-kuratorlar» arsında bölüşdürülməsi də heç bir sağlam məntiqə sığmır. Məmurlardan ibarət kuratorların qanundan daha ucada olduğunu anlayan rayon icra başçıları özlərini təyin olunduqları ərazilərin ağası kimi aparırlar və onlar üçün əsas məsələ kuratoru razı salmaqdır. Əgər, hər hansı bir fors-major situasiya yaranarsa, bu zaman rayona nəzarəti itirməməkdən ötrü, icra başçısını qurban vermək, onu kuratorun nəzarətində olan yeni kadrla əvəzləmək olar.

Belə vəziyyət aparılan kadr dəyişikliklərinin mahiyyətini dərk etməyə əsas verir. Maraq doğuran suallardan biri də Prezidentin rayonlar üzrə məsul nümayəndələrinin fəaliyyətidir. Onların fəaliyyəti ümumiyyətlə hiss olunmur və yaxud icra başçılarına ümumi nəzarəti həyata keçirməklə məhdudlaşır.

Azərbaycanda Qərbin təkid və təzyiqləri ilə bələdiyyə institutları yaradılıb. Lakin bu qurumun nəyə xidmət elədiyini anlayan belə, yoxdur. Maraqlıdır ki, guya seçkili orqan olan bələdiyyələrin tərkibi məhz rayon icra hakimiyyətləri tərəfindən formalaşdırılır. Bu amil beynəlxalq təşkilatların da nəzərindən yayınmır. Odur ki, son zamanlar rayonların birləşdirilməsi, onların rəhbərlərinin seçkilər yolu ilə müəyyən edilməsi məsələsi ciddi şəkildə müzakrə olunur. Bu seçkilərdə şəffaflıq təmin olunarsa, icra başçılarının özbaşnalığlığına son qoyulmaqla yanaşı, eyni zamanda «kurator oyununa» da son qoyula bilər. Əgər əyalətlərdə birləşmiş rayonların sözdə deyil, real bələdiyyələri formalaşdırılarsa, sosial partlayış ehtimalları da minimuma enər. Digər tərəfdən bu, siyasi partiyaların yerli özəklərinin yaranması və onların partiya liderlərinin maraqları uğrunda deyil, birbaşa bələdiyyə seçkilərində qalib gəlmək uğrunda mübarizə aparması ilə sonuclana bilər.

Azərbaycan hakimiyyətinin kadr siyasətini təhlil edərkən, bir məqama da diqqət çəkmək lazım gəlir - iqtidarın ümumiyyətlə planlaşdırılmış kadr siyasəti mövcud deyil.Kadr təyinatları və yaxud rotasiyalar vahid proqram çərçivəsində aparılmır. İcra başçılarının siyahısına nəzər etsək görərik ki, kadrlar arasında idarəçilik təcrübəsi olanların sayı xeyli dərəcədə azdır. Onların əksəriyyəti keçmiş iş adamları, bazar müdirləri kimi şəxslərdir.

Bir sözlə, zəif icraçılar korpusundan ibarət olan şəxslər icra strukturunun əsas sütunu hesab edilir. Dünyada və ölkədə gedən prosesləri yetərincə dərk edə bilməyən, az qala hər çıxışı əhali arasında lətifələrə çevrilənlər kadr potensialının əsas göstəricisi sayıla bilər. Digər nüans da ondan ibarətdir ki, icra başçıları və ya nazir müavinlərinin bir qismi atalarından aldıqları mirasa görə postlarında əyləşiblər.

Onu da qeyd edək ki, 90-cı illərin əvvəllərindən fərqli olaraq, artıq hakim «Yeni Azərbaycan» partiyası da kadr istehsalı ilə məşğul olmur. Siyasətdən uzaq olan və bazar münasibətlərini əsas meyar kimi dəyərləndirən insanların başçı kimi təyinatı cox ciddi problemlər yaratmaqla yanaşı, gələcək kataklizmlərdən xəbər verir. Başçıların yerlərinin dəyişdirilməsi isə əhali arasında ölkədə nələrinsə baş verməsi barədə fikir yaratmaq cəhdindən başqa bir şey deyil. Odur ki, son zamanlar baş verən kadr rotasiyaları nə Azərbaycanda, nə də xaricdə ciddi qarşılanır.

Başqa bir məsələyədə də diqqət yetirmək lazım gəlir. rotasiyaların yalnız orta və kiçik məmurlara şamil olunması, iriranqlı məmurların bu prosesdən kənarda qalmasının nəticəsidir ki, hakim siyasi elita dəyişməz qalır. Odur ki, eyni simalar ən azı 15 ildir, eyni yüksək dövlət postlarını tuturlar. Belə siyasət isə gec-tez sosial parlayışlara səbəb olur.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda demokratik ənənələr olmadığından inkişaf etmiş ölkələrdə olduğu kimi, orta məmurlar ordusu hakimiyyətin əsas sütunu ola bilmir. Odur ki, kiçik və orta məmurların əhəmiyyətinin artırılması, onların mərkəzi hakimiyyətdən asılılığınınn azaldılması və fəaliyyətinin şəffaflığının təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda siyasi islahatların aparılmaması hakimiyyət və müxalifət arasında ciddi uçurum yaradır. Məhz zəruri islahatların getməməsinin nəticəsidir ki, siyasi düşərgə bir-biri ilə amansız qarşıdurmaya sürüklənmiş mühafizəkar hakimiyyətə və inqilabçı müxalifətə ayırılır.

Və hakimiyyətin islahat imitasiyasına qarşı müxalifətin inqilab imitasiyası baş verir. Nə birincilər islahat etmək fikrindədir, nə də ikincilər inqilab. Ayrıca, dialoqun aparılması da real görünmür.

İslahatlara meylli olmayan iqtidar cəmiyyətlə danışıqlara xüsusi maraq göstərmir. Belə bir həvəsin olmamasının nəticəsidir ki, orta və kiçik məmurlar ordusu da əhali ilə təmaslardan yayınır. Əhali ilə təmas, rəhbərlik etdikləri bölgələrdə nüfuza malik olmaq başçılara baha başa otura bilər. Və kadr siyasəti həyata keçirərkən də, hakimiyyət bu amili əsas götürür...

Nəsimi – DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru