OQTAY GÜLALIYEVİN SƏHHƏTİ AĞIRLAŞIB
Tarix: 3-05-2012, 15:58 | Çap et
VƏKİLİ HÜQUQ-MÜHAFİZƏ ORQANLARINDAN ŞİKAYƏT EDİR
“Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev barəsində seçilmiş qətimkan tədbiri hədsiz dərəcədə ağır və ədalətsizdir, bu barədə obyektiv.tv-yə müsahibəsində vəkil Yalçın İmanov bildirib.
Aprelin 25-dən etibarən Gülalıyevin hüquqlarının müdafiəsinə başlamış hüquqşünasın sözlərinə görə, AR Ali Məhkəməsinin 3 noyabr 2011-ci il tarixli qərarı məhkəmələrə saxlanılan şəxsin ictimai təhlükə yaratmadığı hallar istisna olmaqla, qətimkan tədbiri kimi həbsdən istifadə etməməyi tövsiyə edir. Vətəndaşa qarşı üç ilə qədər həbs cəzası nəzərdə tutan maddələr üzrə ittiham irəli sürüldüyü hallarda Ali Məhkəmənin bu tövsiyəsi daha çox kəsərlidir (Gülalıyev CM-in 220.2-ci maddəsi ilə “hakimiyyət orqanlarına tabe olmamağa və kütləvi iğtişaşlara təhrik etməkdə” ittiham olunur).
Məhkəməyə qarşı formal iradlarla yanaşı, işin mahiyyəti üzrə iradlar da var. Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində 2010-cu il daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin ədalətli paylanması tələbi ilə mitinqlər keçirən yerli sakinlərlə görüş keçirərkən polislər tərəfindən saxlanılıb. O, xuliqanlıqda ittiham olunub. Bu zaman yerli icra hakimiyyətinin nümayəndəsi və kənd bələdiyyəsinin sədri şahidlik edib ki, bu da ittihamın sifariş xarakterli olduğunu göstərir.
İmanovun sözlərinə görə, hüquq müdafiəçisinin ilk vəkili Əlaif Həsənov idi, lakin o, Sabirabad rayon polis şöbəsində təhqir olunub, yerli məhkəmə isə aprelin 19-da onu ümumiyyətlə razılaşdırılmış öhdəliklərinin yerinə yetirilməsindən kənarlaşdırıb. Odur ki, Sabirabad rayon məhkəməsində Gülalıyevə qarşı saxta ittiham üzrə proses vəkilsiz keçirilib ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.
Aprelin 26-da İmanov istintaqdan icazə alaraq Şüvəlan istintaq təcridxanasında müvəkkili Gülalıyevə baş çəkib. Onun sözlərinə görə, Gülalıyevin iki il əvvəl müalicə aldığı mədə-bağırsaq xəstəliyi kəskinləşib. Buna hələ aprelin 8-də Sabirabad rayon polis rəisi Rauf Məcidov və bir neçə polisin Gülalıyevi döyməsi səbəb olub. Gülalıyev vəkilə bildirib ki, onun qarın boşluğuna zərbələr endirilib ki, bu da daxili orqanların, o cümlədən bağırsağın fəaliyyətinə təsir göstərib.
Gülalıyev aprelin 17-də ikinci dəfə Sabirabad rayon polis idarəsinin istintaq təcridxanasının növbətçi rəhbəri Seyfəddin Quliyev tərəfindən təhqirlərə və fiziki təzyiqə məruz qalıb. Vəkilin sözlərinə görə, istintaq təcridxanasında Gülalıyev kəskin ağrılar hiss edirdi və hədsiz dərəcədə zəifləyib.
Vəkil işlə bağlı bir neçə vəsatətlə çıxış edib. Belə ki, o, vətəndaş cəmiyyəti nümayəndəsi barəsində qətimkan tədbirinin dəyişdirilməsi, habelə işin baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsini tələb edib, çünki DİN-in Sabirabad şöbəsi yerli icra hakimiyyətinin istəyini yerinə yetirir, buna görə Gülalıyevin ağır cəza almasında maraqlıdır. Lakin AR Baş Prokurorunun müavini Rüstəm Usubov hər iki tələbi təkzib edib.
Oqtay Gülalıyev 2010-cu ilin yayından etibarən daşqının nəticələrinin aradan qaldırılması məsələləri ilə fəal şəkildə məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur. Qərargah yerli icra hakimiyyəti orqanları tərəfindən çoxsaylı fırıldaqçılıq, korrupsiya və vətəndaşların aldadılması faktlarının üstünü açıb. Gülalıyevin vasitəçilik fəaliyyəti sayəsində minlərlə insan yarımçıq qalan kompensasiyalarını, mənzillərini və dövlətdən başqa yardımları alıblar. Son olaraq Azərbaycan prezidenti Aran zonasında 8 rayonu əhatə edən daşqının nəticələrinin aradan qaldırılması üçün əlavə olaraq 50 mln. manat ayrılması haqqında fərman imzalayıb.
“Kür” vətəndaş cəmiyyəti qərargahı Oqtay Gülalıyevin saxlanmasının siyasi motivli olduğunu hesab edir və vətəndaş cəmiyyətinin daşqının nəticələrinin aradan qaldırılmasında iştirakına və bununla da zərərçəkmişlərə vəsaitin paylanmasında şəffaflığa yol verməməyə çalışan hakimiyyətin bu əməllərini pisləyir. Qərargah hakimiyyəti Oqtay Gülalıyevi azad etməyə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq qərargahın fəaliyyəti üçün zəruri şəraiti təmin etməyə çağırır.
2010-cu ilin mayında baş vermiş daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min ha-dan çox torpaq sahəsi və 20 min ev su altında qalıb. 2012-ci ilin mart ayına qədər dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılması üçün ümumilikdə 350 mln. manat ayrılıb, lakin bu vəsaitin böyük hissəsi mənimsənilib. Prezidentin bu il martın 29-da əlavə olaraq 50 mln. manat ayrılması haqqında imzaladığı sonuncu sərəncamdan sonra “Kür” qərargahı vətəndaş cəmiyyətinin yardımın paylanmasında iştirakını təmin etmək çağırışı ilə dövlət başçısına müraciət edib, lakin Oqtay Gülalıyevin həbsi, nəzərə alınmasa hələlik müraciətinə cavab almayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
|