“O telefonları işlədənlər bizdən artıq deyillər”
Tarix: 16-05-2016, 08:07 | Çap et
Keçmiş baş prokuror, Milli Konqres Partiyasının sədri İxtiyar Şirinin “Yeni Müsavat”ın 14-15 may sayında gedən müsahibəsi geniş müzakirələrə səbəb olub. Partiya sədrinin şok açıqlamalarından çox onun iş masasının üstündəki mobil “vertu allegator” telefonu oxucuların diqqətini çəkib.
Müsavat.com saytında gedən yazının altındakı oxucu rəyindən sonra bu məsələ daha çox müzakirə obyektinə çevrilib. Naməlum oxucunun rəyində bu sözlər yer alır: “İxtiyar müəllimin masasındakı telefon ”vertu allegatordu, 15.000 $ , xeyirli olsun".
Bu fikirlərin böyüməsinə səbəb də bu tipli telefonların qiymətlərinin baha olmasıdır. Məsələnin fonunda Azərbaycan siyasətçilərinin yaşayış tərzi, maddi imkanları bir daha gündəmə gəlib. Belə ki, Azərbaycan insanı daim siyasətçilərin fəaliyyətlərindən çox onların maddi imkanlarını müzakirə edir.
İ.Şirin barəsindəki telefon ittihamına belə aydınlıq gətirdi: “O fikirlər düzgün deyil. Çünki ”vertu"nun özü deyil, kopyasıdır. Bunun da cürbəcür qiymətləri var. 200 manatdan başlayaraq, 500 manata qədər qiyməti olur. Sadəcə, telefonum kopyalardan biridir. Təbii ki, 15 min dollarlıq telefonum olsaydı, daha yaxşı olardı. Çünki o telefonları işlədənlər bizdən artıq deyillər. İnsanların siyasətçilərin fəaliyyətləri, həyatları və məşğuliyyətləri ilə maraqlanmaları yaxşıdır. Bununla bağlı nəsə demək düzgün deyil. Borcumuz odur ki, onlara keçmişimiz, indiki həyatımız, eləcə də, gələcək fəaliyyətimiz barədə doğru məlumat verək. Oxucu istənilən məsələ ilə maraqlana və sualını verə bilər. Açığı, özümüzü indiki oliqarxlarla müqayisədə varlı hesab etmirik. Çünki onlar ağlasığmaz dərəcədə sərvət sahibidirlər. Amma bizim ailəmiz də daim normal yaşayıb. Varlı ailələrdən biri hesab olunuruq. Tarix boyu bu belə olub. Yəni ana-ata tərəfim kasıb ailə olmayıblar. Bunu Azərbaycanda bilməyən yoxdur. Hər bir ailənin ehtiyaclarını ödəməsini normal və vacib hesab edirəm. O cümlədən bizim ailə də daim öz ehtiyaclarını qarşılamağa hazır olan ailələrdən olub. Belə fikirlərin ortaya çıxmasına bəzən Azərbaycanda insanların yaşayış durumlarının aşağı səviyyədə olması səbəb olur". Bu arada tanınmış siyasətçilərimizin telefonlarının qiymətləri ilə maraqlandıq. Ümid Partiyasının sədri İqbal Ağazadə istifadə etdiyi telefonun sadə olduğunu söylədi: “Nokia” telefonu işlədirəm. Telefon mənim üçün sadəcə darıxmaq vasitəsidir. Amma avtomobil mənim üçün tamam fərqlidir. Bir yerdən başqa yerə rahat getmək vasitəsidir. Telefonun isə fərqi yoxdur. Biri ilə danışdığını digəri ilə də danışırsan. Ən yaxşı halda internet imkanı olanlarından istifadə edərəm ki, onun da elə bir bahalı qiyməti yoxdur. 15 min dollarlıq telefonu heç düşünməmişəm. Elə telefon nəyimə lazımdır? Minmirəm, çapmıram. Sənət və digər sahələrdə çalışanlar üçün belə telefonları işlətmək mümkündür. Amma bahalı telefon işlətmək xarakterimə uyğun deyil".
“AĞ blok”un lideri Tural Abbaslı işlətdiyi telefonun qiymətini açıqladı: “İşlətdiyim telefon 300 manata alınmışdı. Məni qane edir. Bundan bahalı telefon almaq niyyətim yoxdur. Azərbaycan insanı bu məsələlərə müxtəlif istiqamətlərdən yanaşır. Əsasən, təmizlik sözü ilə kasıblığı sinonim görürlər. Sovet dövründən belə fikirlər formalaşıb. Kim varlıdırsa, həmin an onun təmizliyinə şübhələr yaranır. İndiki hakimiyyət ilk növbədə rəqiblərinin maddi dayaqlarına zərbələr endirdi. Dolayısı ilə müxalifət imkansızlıq mühasirəsinə alındı. Cəmiyyətimiz də bunu belə qəbul etdi ki, əgər müxalifətsənsə, kasıb olmalısan. Bu fikir hazırda da davam edir. Hər imkanlı şəxsi ləkələmək nə qədər düzgün deyilsə, hər kasıb şəxsə də vicdanlı demək düzgün deyil. Bunu zaman göstərəcək. Düşünürəm ki, siyasətçilər olaraq, vətəndaşlarımızın bu yöndə olan fikirlərini dəyişməyə cəhd etməliyik. Əks təqdirdə, gələcəkdə bu fikirlər bizlərə problemlər yaradar. Siyasət maddiyyət tələb edir. Siyasi fəaliyyət pul xərclənən sahədir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev belə məsələlərə fərqli yanaşdığını qeyd etdi: “Xalq Cəbhəsi hakimiyyətdə olanda, bizə irad tuturdular ki, filan icra başçısı xarici maşında işə gedir, yaxud həyat yoldaşı da işləyir, o da maşınla işə gedir. Əgər bir şəxs dövlət işində çalışırsa, yaxud siyasətçi olaraq, müxtəlif gəlirlər əldə edirsə, həmin şəxslərə niyə bolşevik yanaşması ilə yanaşmalıyıq. Belə hallara normal baxıram. Amma telefonum sadədir, özünüz də baxa bilərsiniz. Səhv etmirəmsə, qiyməti 12 manatdır. Markası ”Nokia"dır. Milli Məclisə fərqli telefonlarla buraxılmamaq barədə qərar oldu. Buna əməl etməyə çalışıram. Bahalı telefon ala da bilərəm. Amma marağım yoxdur. İşimi görən istənilən telefondan istifadə edərəm. Başqalarına bunu irad kimi tutmağın da tərəfdarı deyiləm".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
|