Partiyaların ləğvinə hazırlıq başlayıb
Tarix: 27-05-2016, 09:36 | Çap et
“Siyasi partiyalar haqqında” Qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim ediləcək.
Bu barədə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlama verib. S.Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: “Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər”.
S.Novruzov deyib ki, təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmirlər: “Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar ilə bağlı qanuni tədbirlər görülsün”.
S.Novruzov əlavə edib ki, qanuna təklif edilən digər dəyişiklik siyasi partiyaların fəaliyyəti ilə bağlıdır: “Bir sıra siyasi partiyalar yaranmalarına baxmayaraq fəaliyyət göstərmirlər. Belə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alqı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.
“Siyasi partiyalar haqqında” Qanuna S.Novruzovun anons etdiyi əlavə və dəyişikliklərə müxalifət partiyaları münasibət bildirilib. ADP sədri Sərdar Cəlaloğlu heç bir fəaliyyəti olmayan partiyaların ləğvinin tərəfdarı olduğunu bildirdi: “Azərbaycanda adı mövcud olub fəaliyyət göstərməyən partiyalar ləğv olunmalıdır. Azərbaycanda qeydiyyatdan keçmiş 55 partiya var. Əgər bu partiyaların yarıdan çoxu Azərbaycanın heç bir problemi ilə bağlı heç bir mövqe bildirmirsə, heç bir fəaliyyətləri yoxdursa, bəziləri isə yalnız seçkilərdə hakimiyyətin həyata keçirdiyi seçki saxtakarlığında bir dekor kimi iştirak edirsə, bu cür partiyaların mövcudluğuna ehtiyac yoxdur, qeydiyyatları ləğv olunmalıdır. Adı olub özü olmayan, ictimai şüurun formalaşmasında iştirakı olmayan partiyaların ləğv olunmasının tərəfdarıyam.
Maliyyə hesabatları məsələsinə gəlincə, hökumətin dövlət büdcəsindən maliyyələşən partiyaların maliyyənin xərclənməsinin hesabatını tələb etməsinə, hesabatı verməyənləri cəzalandırmasına daha çox mənəvi haqqı var. Dövlət büdcəsindən maliyyələşməyən partiyalardan maliyyə hesabatı tələb etmək və hesabat verməyən partiyanı cəzalandırmaq düzgün və məntiqli deyil. Bu, yalnız partiyaya siyasi təzyiq üçün bəhanədir. Məqsəd müxalifət partiyalarını müxtəlif bəhanələrlə sıxışdırmaqdır. Qanuna o cür sərt dəyişiklik edilməsində sağlam niyyət yoxdur. Bu da Azərbaycana yaxşı gələcək vəd eləmir".
VİP sədri Əli Əliyev bildirdi ki, S.Novruzovun açıqlamaları adətən iqtidarın yüksək səviyyəli icra planlarının ifadəsi olur. Bu açıqlaması da iqtidarın partiyaların sırasına “əl gəzdirmək” fikrinə düşdüyünün anonsudur: “Əslində gedişat bunu göstərir. Siyasi məhbuslara yönəlik siyasətdən aydın görünür ki, pərdəarxası səviyyədə Qərbin ciddi təzyiqi mövcuddur. Bu pressinq hakimiyyəti siyasi islahatlara vadar etmək məqsədi görünür. Jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasına nümayiş etdirilən beynəlxalq reaksiya məsələnin hansı səviyyədə kontrol edildiyindən xəbər verir. Olayın Putinin Savçenko ilə bağlı qərarı ilə üst-üstə düşməsi Azərbaycanın Rusiya ilə bərabər durumda olduğunu simvolizə edir. Siyasi məsələlərlə bağlı mövcud belə beynəlxalq konyuktura YAP komandasını siyasi islahatlara bu nöqtədən başlamağı diktə edir. Bu yolla yəqin ki, iqtidar "könlünə yatmayan" siyasi qurumları ortadan qaldırmaq məqsədi güdür. Əslində necə olmalıdır. Siyasi təşkilatların yaşamaq haqqını cəmiyyət seçkilərdə səsvermə yolu il müəyyən etməlidir. Hökumət bu halda notarial funksiya yerinə yetirib. təşkilatların fəaliyyət hüququnu tanımalıdır. Cəmiyyətin dəstəyi olmayan təşkilatlar rəqabət şəraitində maliyyəsizlikdən, dəstək məhrumluğundan sıra dışı ola bilər. Əks halda bu sıraya müdaxilələr siyasi repressiyanın davamı kimi qiymət alacaq".
Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı bildirdi ki, onsuz da hakimiyyət 1995-ci ildə qəbul olunan konstitusiyanı, hətta demokratik görüntü yaradan qanunları bir neçə dəfə referendum keçirməklə və yaxud Milli Məclisdə dəyişikliklər edərək daha da mürtəceləşdirib və bu proses davam edir.
Siyavuş Novruzovun anons etdiyi dəyişikliklər müxalif partiyaları daha da sıxışdırıb sıradan çıxarmağa hesablanıb: “İndiyə kimi də partiyaların normal fəaliyyət göstərməsi üçün heç bir şərait yaradılmayıb. Müsavat Partiyasının rayon təşkilatlarının qərargahı yoxdur, demək olar ki, qeyri-leqal şəraitdə fəaliyyət göstərirlər. Ancaq buna baxmayaraq Müsavat Partiyası dövlət büdcəsindən maliyyələşməsə də üzvlərinin üzvlük haqqı və ianələrin hesabına fəaliyyət göstərir. Tam şəffaf olaraq illik maliyyə hesabatını da vaxtlı-vaxtında verir. Partiya bəlkə də ölkədə yeganə siyasi təşkilatdı ki, hər həftə Divan iclası, Sədrlər Şurasının, MNTK-nın və rayon təşkilatlarının Şura iclasları keçirilir. 3 aydan bir Məclis çağırılır. Əslində Siyavuş Novruzovun anonsunu verdiyi məsələ az-çox fəaliyyət göstərən partiyaları da bəhanələrlə sıradan çıxarmaq və ölkədə təkpartiyalılığı rəsmiləşdirməkdir”.
AMİP katibi Əli Orucov isə bildirdi ki, qanuna o cür dəyişikliklər onsuz da böhran içərisində olan çoxpartiyalı sistemi tam sıradan çıxaracaq: “Maliyyə hesabatı dövlət büdcəsindən maliyyələşən partiyalardan sorulmalıdır. Dövlət büdcəsindən maliyyələşən partiyaların bir çoxunun ümumiyyətlə fəaliyyəti yoxdur. Ancaq hər halda hakimiyyət qanuna sərt əlavələri onlara yox, məhz real müxalifət partiyalarına tətbiq etməyə çalışacaq. Bu bir təhlükə sayıla bilər. Onsuz da Azərbaycanda partiyalaşma və partiyalı idarəetmə sistemi çökdürülüb.
Partiyaların fəaliyyət göstərməsi üçün öncə meydan, münbit şərait yaradılmalıdır. Bundan sonra təbii yolla fəaliyyəti olmayan partiyalar əl-ayağa dolaşmayacaqlar və siyasi mübarizə də tam demokratik sağlam rəqabət şəklində gedəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
|