"Allahşükür Paşazadə dini tolerantlığın, Azərbaycanda multikulturalizmin inkişafında əməyi olan insandır" - Gülər Əhmədova
Tarix: 1-06-2016, 11:34 | Çap et
Modern.az saytının “Siyasətçi və din” rubrikasının budəfəki müsahibi sabiq deputat Gülər Əhmədovadır. Onunla söhbəti təqdim edirik:
- Gülər xanım, səhv etmirəmsə, ibadətlə məşğulsunuz. Sizi dindar olmağa nə vadar etdi?
- Bu xeyli müddət qabaq baş verib. Təxminən 1990-cı illərin əvvəlində biz nənəmizin yanında tərbiyə alan uşaqlar idik. Nənəm 1937-ci illərin repressiyasına məruz qalan insanlardan olub. Bu səbəbdən də bizi yatırdanda “İxlas” və “Fatihə” surələrini oxudardı. Daha sonra bildik ki, hər gecə “Quran” surələri oxumuşuq.
Ümumiyyətlə, mən bu cür suallardan həmişə qaçmağa çalışmışam. Çünki daxildə inanc varsa, onu zahirdə göstərmək doğru deyil. Deyilir ki, əgər kimsə namaz qılmağı ilə öyünürsə, o namaz qəbul olunmaz. Yəni Allahla bəndənin arasında olan münasibət başqa heç kimə aid olmadığı üçün gizli qalmalıdır. Namazla öyünmək olmaz. İnciməyin, bu barədə soruşmaq belə caiz deyil.
- Sovet dövründə təhsil almışınız. Elmi ateizm sizi öz təsiri altına ala bilmişdimi?
- SSRİ dövründə elmi ateizmi tədris edən müəllimimizlə əvvəlcə anlaşmadıq. Lakin daha sonra fikirlərimizin üst-üstə düşdüyü məlum oldu. İlk dəfə ikili standartın nə olğuğunu o zaman öyrəndim.
- Ümumiyyətlə, ateistlərə münasibətiniz necədir?
- Ateistlərin əksəriyyəti Allahı inkar etmir. Yəni yaradıcı qüvvənin olduğunu qəbul edir. Sadəcə Allah deməyə çəkinirlər. Buna səbəb dinin siyasətə və hər hansı məsələyə alət olmasıdır. Ateistlər də buna etiraz edir.
- Gülər xanım, şiə namazı qılırsınız, yoxsa sünni?
-Bu suala cavab verməyəcəyəm. İslam dini bölünməməlidir. “Quran”da müsəlman kimi müraciət olunur. Sünni və və ya şiə olaraq müraciət yoxdur.
- “Quran”ı oxumuşunuz yəqin ki. Orada sizi daha çox nələr cəlb etdi?
- “Quran” bir əxlaq və yaşam konstitusiyasıdır. Əgər biz “Quran”da yazılan kimi yaşaya bilsək, problemsiz həyat nəsibimiz olardı. Bundan əlavə, “Quran” elmlərin məcmusudur. Hamı bilir ki, “Quran”da yazılmış möcüzəni fransız İv Kusto görəndən sonra İslamı qəbul etdi.
- “İncil”, “Tövrat” və “Quran” arasında prinsipial fərqlər mövcuddur. Mən oxuyub bu qənatə gəlmişəm. Mənim qənaətimlə razısınız?
- “Tövrat”ın 40-cı bölməsində deyilir: “Ot quruyar, sular çəkilər, Allahın kəlamı aradan getməz”. “Quran”ın “Hicr” surəsində deyilir: “Biz bu zikri nazil etmişik, özü-özünü qoruyacaq”. Allahın kəlamı eynidir. Siz dediyiniz prinsipial fərqlər insanın beynindədir. “Tövrat”, “İncil”, “Zəbur” və “Quran”da fərqlilik yoxdur.
- Bu yaxınlarda akademik Vasim Məmmədəliyev verdiyi müsahibədə alim kimi yox, sıradan bir dindar kimi danışmışdı. Vasim Məmmədəliyevi güclü alim hesab etmək olarmı?
- Vasim Məmmədəliyev ərəbşünas alimdir. Çox təvazökar insandır. Məncə bu alimi müzakirə etmək üçün onun biliklərinin heç olmasa, yarısına sahib olmaq lazımdır. Biz ərəb dilini bilmirik, İslam təhsili almamışıq. Amma Vasim müəllimi müzakirə etmək istəyirik. Gülməli olmazmı?!
- Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni necə xarakterizə edərdiniz?
- Şeyximiz 1990-cı ilin yanvarında xalqımıza sahib çıxdığına görə, ona hörmət bəsləyirəm. Eyni zamanda xurafatdan uzaq bir din xadiminə hörmətlə yanaşıram. Cənab Allahşükür Paşazadə dini tolerantlığın, Azərbaycanda multikulturalizmin inkişafında əməyi olan insandır.
- Gülər xanım, din aləmində Əzrail kimi tanınan ölüm mələyi heç nə zamansa başınızın üzərində dolaşıbmı?
- “Quran”da deyilir: “De ki, mənim ölümüm və yaşamım Allahın əlindədir”. Digər bir yerdə isə bildirilir: “Heç kim ölümünü nə bir saniyə yubada, nə də irəliyə çəkə bilər”. Hər bir insanın nəfəsi sayılıdır. Əsas budur ki, bunu biləsən, hər gün ölümünü gözünün qabağına gətirəsən. Çünki tövbə üçün vaxtın qalmaya bilər. Allah heç kimi qul haqqından azad etmir. Səhv etmirəmsə, cənnət vəd olunmuş şəhidlər belə, qul haqqından azad deyil.
- Həccə nə zaman gedəcəksiniz?
- Həccə getmək ən böyük arzumdur. İnşallah qismət olar.
- Yəqin ki, Ramazan ayında oruc tutacaqsınız.
- Ramazana Rəcəb ayından başlayaraq bir yol gəlirik. İbadət əhli nəyi nəzərdə tutduğumu bilir. İnşallah, qismətdirsə, orucumuzu tutacağıq.
- Din xadimlərindən ən çox sizin diqqətinizi çəkən kimdir?
- Mən Qəzzalini, Fərabini, Adam Metssi, Abbas Qummini mütaliə etmişəm.
- Fikirlər var ki, İslam dini qadın hüquqlarını çox məhdudlaşdırır. Bu mənada yanaşsaq, siz özünüzü çərçivədə görürsünüz?
- İslamda qadın hüquqlarının məhdudlaşdırılması fikri mənə yaddır. Cənnəti qadının ayaqları altına sərən din haqqında bunu necə demək olar?
- Ailəniz də dindardır?
- Ailəm inanclıdır. Amma dindar deyil. Biz İslam əxlaqını övladlarımıza öyrətməliyik. İslamın fəlsəfəsini gənclərimizə öyrətməliyik. Lakin mən birmənalı şəkildə xurafatın əleyhinəyəm.
- Ölkədə dini situasiya normaldırmı?
- Məncə məhz bizim ölkədə din sahəsində düzgün siyasət aparılır. Ancaq təəssüf ki, pedaqoqlarla ilahiyyatçıların bu sahədə hazırladıqları ədəbiyyat yox dərəcəsindədir.
Əminəm ki, bu boşluq doldurulsa, xaricdən gətirilən ziyanlı ədəbiyyata yer qalmayacaq.
Azərbaycanlı ilahiyyatçıların görməli işlər siyahısında məncə bu məsələ də gündəlikdə olmalıdır.
Ataya, anaya hörmət, halal və haramın nə olduğunu anladan, qəzəb, kin kimi sifətləri pisləyən, şukrlü və səbrli olmağı öyrədən,elmin və alimin dəyərini başa salan İslam övladlarımıza öyrədilərsə, bütün cəmiyyət qazanar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
|