Zahid Orucun parlamentdə səsləndirdiyi təklif rezonans doğurdu
Tarix: 28-11-2017, 08:30 | Çap et
Millət vəkili Zahid Oruc Milli Məclisin sonuncu plenar iclasında maraqlı bir təkliflə çıxış etmişdi. O demişdi ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərindən biri Qarabağ müharibəsi əlillərindən biri olsun. Bu təklif cəmiyyətdə müsbət reaksiyalara səbəb olsa da, sözügedən nazirlik tərəfindən birmənalı qarşılanmadı.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu təklifə reaksiya verərək bildirdi ki, əlilliyi olan şəxslərə ayrıca bir kateqoriya kimi baxılmasının əleyhinədir: “Bu, yanlış bir addım olardı. Əgər hansısa bir əlilliyi olan şəxs həmin səviyyəyədək yetişə bilərsə, bu, təmin oluna bilər. Nazir müavinin təyinatını ölkə başçısı həyata keçirir. Məncə, bu məsələlərə qarışmaq doğru deyil”.
Bunun ardınca, “Yeni Müsavat” olaraq yenidən Milli Məclisin deputatı Zahid Orucla əlaqə saxladıq və ondan verdiyi təkliflə bağlı yaranan reaksiyalara münasibət öyrənməyə çalışdıq.
Deputat bildirdi ki, müzakirələrdə sözügedən qurumun fəaliyyəti təqdir olunub və onların işinə dəstək xarakterli təkliflər səsləndirilib: “Biz parlamentdə sosial sahə ilə bağlı büdcə layihəsini müzakirə edərkən təkcə Qarabağ əlilləri ilə bağlı deyil, bütün digər kateqoriyalardan olan insanlarımızla bağlı məsələləri də gündəmə gətirdik. O səbəbdən söylənilən fikirlərin böyük bir hissəsi təklif xarakteri daşımaqla yanaşı, ötən illər ərzində hörmətli Səlim Müslümovun nazir təyin olunmasından sonra görülən işlərin işlərin dəyərləndirilməsi üzərində qurulmuşdu. Hər kəs də onu vurğulayırdı ki, aztəminatlı ailələrə yönəldilən ünvanlı yardım siyasətində, o cümlədən əlillik dərəcələrinin verilməsində və digər sahələrdə insan amilinin aradan qaldırılması müsbət haldır. Rüşvət və korrupsiya hallarının durdurulması və onu özünün müsahibələrində çox mənfi bir hal kimi qeyd edərək , həmin sosial bəlanın ləğv edilməsi üçün həyata keçirdiyi tədbirləri vurğulaması təqdir olundu. Hamımız bu işləri müsbət qiymətləndirdik. Hörmətli Səlim Müslümovun özü orada iştirak etmədiyindən hər kəs düşündü ki, bu müzakirələrin yekunları cənab nazirə məruzə olunacaq, bunlar gələn dönəmdə nəzərə alınacaq. Hesab edirəm ki, mənim parlament üzvü kimi Qarabağ əlilləri ilə bağlı məsələyə toxunmağım da həmin qurumun rəhbərliyinin, nazir müavinlərinin fəaliyyətinin təqdir olunması kontekstində idi”.
Zahid Oruc onu da vurğuladı ki, bu təklifdə söhbət Qarabağ savaşında iştirak etməyən nazir müavinlərinin fəaliyyətinə münasibətdən getmir: “Qətiyyən elə bir mövqe seçilməmişdi ki, kimlərsə bilavasitə Qarabağ savaşından keçmədiklərindən həyatın çox ağır üzünü görmüş, bu davanı aparmış insanların problemlərinə bələdçiliyi yoxdur. Əksinə, biz o insanların fəaliyyətinə qiymət veririk. Lakin hələ Qarabağ müharibəsi başa çatmayıb, bizim bu savaşdan keçən insanların rəhbərlikdə təmsil olunması həm də onlara göstərilən etimad və etibar kimi qələmə alınacağını, bizim gələcək davamıza, səfərbər olunmağımıza müsbət təsir edəcəyini söyləmişik. Hesab edirəm ki, buna verilən reaksiya adekvat oldu. Səlim müəllim vurğulayıb ki, Qarabağ əlillərini biz digərlərindən ayırmamalıyıq. Bu, həqiqətən də belədir. Onların Azərbaycanın hər bir sadə vətəndaşı, elmli, təhsilli insanı ilə yanaşı tutulması çox yaxşı bir baxışdır. Əksinə, biz onlara ayrıca evlər verilərkən, bütün Qarabağ əlilləri və şəhid ailələri bir binaya yerləşdirilərkən çağırış edirdik ki, belə olmasın. Burada da niyyət o idi ki, həmin insanlar özlərini ayrı-seçkilik siyasətinin hədəfində görməsinlər”.
Deputatın fikrincə, dövlətin şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı fəaliyyətinin təbliğində bu kateqoriyadan olan şəxsin fəaliyyəti daha effektiv ola bilər: “Mən hesab edirəm ki, mediadakı reaksiyalar da hamımızı düşündürür. Qarabağ müharibəsində iştirak edən qazi əgər idarəetmədə təmsil olunursa, onların hansısa ictimai təşkilatları varsa, həmin insanlar da dövlətin yanında olacaqlar. Azərbaycan prezidentinin bu sfera ilə bağlı həyata keçirdiyi genişmiqyaslı siyasətdə onlar dövlətin yanındadırlar. Qarabağ əlilləri idarəetmədə vəzifə tuturlar və dövlətim yürütdüyü siyasətdə iştirak edirlər. Onların addımları həmin cameə tərəfindən daha fərqli qəbul olunacaq. Əgər hansısa sosial məsələdə imkanımız çatmırsa, bugünkü büdcə imkanlarının xaricindədirsə, onların verdiyi izah hər hansı əlil və şəhid ailəsi tərəfindən qəbul olunacaq. Mən daha çox bunu qabartmaq istəmişdim. Burada niyyət həddindən artıq sağlam və həmin qurumun fəaliyyətini təqdir edən kontekstdə qoyulmuşdu. Əminəm ki, bu təklif də gələcək fəaliyyətdə müsbət formada nəzərə alınacaq” . \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
|