“Biz nəyə görə seçilmiş prezidentin səlahiyyət müddətini azaltmalıyıq?” - deputat
Tarix: 9-12-2017, 10:03 | Çap et
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibə verib. Növbədənkənar prezident seçkiləri, iki nazirlə bağlı prezidentin verdiyi sərəncam və digər mövzuları əhatə edən söhbətimizi diqqətinizə çatdırırıq:
- Siyavuş bəy, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Yeni qaydalara görə, növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçiriləcək. Bu dəyişiklik bəzi uzaqgedən fikirlərin ortaya çıxmasına səbəb olub. Siz bununla bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda seçki müddəti elə 60 gün idi. Ümumilikdə müddətlərin azaldılmasından söhbət gedir. Bizdə əvvəl 4 aylıq müddət var idi. Hazırda bizdə seçki müddəti 2 aydırsa, digər müddətlər də ona uyğunlaşdırılmalıdır. Bu da sadəcə uyğunlaşdırma məsələsidir. Bizdə əvvəl 4 aylıq müddət var idi. Bu, bir prosedur qaydadır, Məcəllənin təkmilləşdirilməsidir.
- Deputat həmkarınız Zahid Orucun 2018-ci il prezident seçkilərinin 7 ay önə çəkilməsi barədə təklifi rezonans doğurdu. Düzdür, siz Konstitusiyaya istinad edərək məsələyə münasibət bildirmisiniz. Amma bir məsələ var ki, budəfəki prezident 7 illik seçiləcəyi üçün 2025-ci ildə prezident və parlament seçkiləri üst-üstə düşəcək. Bu məsələ necə tənzimlənəcək?
- O zaman seçkilər eyni ilə düşə bilər. Bilirsiniz ki, hər bir seçkinin öz müddəti var. Təbii ki, hər bir deputat bu məsələyə öz fikrini bildirə, öz şərhini verə, başqa ölkələrin təcrübəsini xatırlada bilər. Amma ümumilikdə istər referendumun keçirilməsi zamanı, istərsə də sonrakı dövrlərdə konstitusiyamıza uyğun şəkildə o müddətlər öz əksini tapıb və Seçki Məcəlləsində təsbit olunub. Məsələn, Seçki Məcəlləsində 100-cü və 101-ci maddələrə istinadən göstərilib ki, Azərbaycan Respublikasında prezident seçkiləri müddət başa çatdıqdan sonra oktyabr ayının üçüncü həftəsinin 3-cü gününə təyin olunur. Yəni müddət, gün, vaxt hamısı dəqiq göstərilib. Sadəcə Seçki Məcəlləsində bir norma var, bu da günlə əlaqədar ola bilər. Yəni müəyyən məsələlər üst-üstə düşdükdə, yaxud seçki günü bayram gününə təsadüf etdikdə vaxt dəyişdirilə bilər. Burada da çox yox, bir neçə gündən söhbət gedir. Deyək ki, oktyabrda prezident, noyabrda isə parlament seçkiləridir. O da iki mərhələdən sonra ola bilər. Zərurət yaranarsa, MSK qərar qəbul edib müddəti bir balaca uzada bilər. Yaxud da Ukrayna, Rusiya, Türkiyə təcrübəsindən görürük ki, bir neçə seçki eyni vaxta düşür. Məsələn, Ukraynada həm parlament seçkiləri, həm şəhər merinin seçkiləri, həm yerli seçkilər olur.
- Azərbaycanda da maliyyə vəsaitinə qənaət edilməsi baxımından faydalı olan bu ənənə tətbiq oluna bilərmi?
- Həm vaxta, həm vəsaitlərə qənaət baxımından buna gedilə bilər. Azərbaycanda 3 il dalbadal seçkilər keçirilir. Özü də burada elə bir problem yoxdur, kim kimi istəyirsə, gəlib səs verəcək. Bir yox, iki bülletenə səs verəcək, birində prezidentliyə, digərində deputatlığa namizədə. Azərbaycanda majoritar qaydada seçkidir, orada bir namizədə səs verilir, orada siyahı üzrə partiyaların namizədinə səs verilmir. Ona görə də burada elə bir ciddi problem yoxdur ki, bunu əsas götürüb qanuni, seçki yolu ilə seçilmiş prezidentin səlahiyyət müddəti azaldılsın. Özü də nə az, nə çox 5-6 ay müddətində. Bu, elə ən böyük hüquq pozuntusudur. Prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti seçkilər keçirilir. Belə olan tərzdə biz nəyə görə seçilmiş prezidentin səlahiyyət müddətini azaltmalıyıq?
- Bəs, deputatların səlahiyyət müddəti də artırıla bilərmi?
- Konstitusiyaya görə bu müddət 5 illik nəzərdə tutulur. Əgər deputatların səlahiyyət müddəti uzadılmalıdırsa, onda mütləq referendum keçirilməlidir.
- Bu məsələ hakim partiyada müzakirələr aparılırmı?
- Yox, məsələ müzakirə olunmayıb. Adətən, parlamentarların səlahiyyət müddəti 4 və 5 illik olur. Amma prezidentlərin səlahiyyət müddətinə gəldikdə, 4 də var, 5 də, 6 da, 7 də, 8 də. Dünyada bu təcrübə mövcuddur. Biz dünya təcrübəsinə uyğun olaraq bu məsələni referenduma çıxartdıq. 30-dan artıq ölkədə 7 illik müddət mövcuddur. Bu, həm seçki prosedura, həm beş ildən bir qarşıya qoyduğu planların həyata keçirilməsi ilə əlaqədardır. Elə bir planlar var ki, 5 il bəs eləmir, buna 6-7 il vaxt tələb olunur.
- Siyavuş bəy, hakim partiyanın prezidentliyə növbəti namizədinin kim olacağı ilə bağlı gedən müzakirələrdə iki şəxsin adı çəkilir - Prezidentin və Birinci vitse-prezidentin. Aydın məsələdir ki, qərar YAP-ın qurultayında veriləcək. Bəs, indiki an üçün bu barədə nə deyə bilərsiniz?
- Bu, nə mənim, nə həmkarlarımın, yaxud digər insanların səlahiyyətinə aid məsələ deyil. Bu, partiyanın rəhbər orqanının, qurultayın səlahiyyətinə daxildir, bir də sədrin özünün arzu-istəyinə bağlı məsələdir...
- Müzakirə mövzusu olan əsas məsələlərdən biri də iki nazirlə bağlı prezident sərəncamıdır. Sabiq nazir Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı yəqin ki, siz daha çox məlumatlısınız...
- Bunlar cənab prezidentin səlahiyyətinə daxil olan məsələdir. Prezident ali icra hakimiyyətinin rəhbəridir. Ali icra hakimiyyətinin rəhbəri olaraq da hansı sahədə nöqsan varsa, o nöqsanların aradan qaldırılması üçün müvafiq dəyişikliklər edir, hansı sahədə kim yaxşı işləyirsə, onun vəzifədə irəli çəkir, başqa vəzifəyə təyin edir. Yəni bu, sırf dövlət strukturunda olan islahatlardır və hər bir şəxsin bu vəzifəyə hansı dərəcədə əməl etməsidir. Burada hər hansı bir siyasi qərar, siyasi baxış yoxdur. Bu, sırf icra mexanizmi ilə əlaqədar olan məsələdir.
- Parlament müzakirələri zamanı sahibkarların Gürcüstana yatırım qoymasından danışılmışdı, biznesini ölkədən çıxaranlardan bəhs olunmuşdu, vergilər sistemi ilə bağlı da tənqidlər vaxtaşırı səslənirdi. Administrasiya rəhbəri Ramiz Mehdiyevin də Fazil Məmmədovun fəaliyyətini tənqid etməsi göstərdi ki, prezidentin qərarı heç də sabiq nazirin səhhəti ilə bağlı deyil. Razılaşırsınız?
- Təbii ki, hər kimsə tutduğu dövlət postundan azad olunursa, deməli, onun işində nöqsan var. Yoxsa nöqsan olmayan yerdə insanı niyə işdən azad edirlər ki? Cənab prezident harada nöqsan varsa, oranı görür, aidiyyəti qurumlar da məlumat verir və bunun nəticəsi olaraq da lazımi qərarları qəbul edir. O cümlədən bununla əlaqədar sahibkarların müxtəlif müraciətləri, Milli Məclisin deputatlarının çıxışları olmuşdu. Buna da cənab prezident tərəfindən reaksiya verildi.
- Keçmiş təhsil naziri Mikayıl Cabbarovun vergi sisteminin rəhbərliyinə gətirilməsindən nələr gözləyirsiniz?
- Bu məsələ də cənab prezidentin səlahiyyətinə aiddir. Mikayıl Cabbarov təhsil sahəsində xeyli islahatlar apardı, cənab prezidentin etimadını doğrultdu. İndi də Vergilər Nazirliyinə təyin olunub, hesab edirəm ki, o sahədə də cənab prezidentin etimadını doğruldacaq.
- YAP-ın gənc kadrlarının vəzifə təyinatları almaması da suallar doğurur. Bu məsələ partiya daxilində müzakirə mövzusu olurmu?
- Partiyadakı kadrlar daim irəli çəkilir, həm gənclər, həm orta, həm yaşlı nəslin nümayəndələri. Elə bu yaxınlarda cənab prezident tərəfindən partiya qurucuları təltif olundu, həm “91-lər”, həm Siyasi Şura üzvləri təltif edildilər. Yəni mütəmadi şəkildə partiya diqqət mərkəzindədir və kadrlarımızdan yerli, dövlət strukturlarında və seçkili orqanlarda daim istifadə olunur. Bu gün Milli Məclisdə YAP-ı təmsil edən 71 deputatımız var. Həmçinin baş nazirin müavinlərinin 4-ü, parlament rəhbəri, sədr müavinləri, komitə sədrlərinin bir çoxu YAP-ın Siyasi Şurasının üzvləridir və s.
- Amma YAP-ın rəhbərliyində təmsil olunsanız da, nədənsə vəzifə təyinatında yer almırsınız. Bunun səbəbi nədir?
- Vallah, mən burada partiya işi ilə əlaqədar fəaliyyət göstərirəm. Həm partiyada, həm də Milli Məclisdə partiyamızı təmsil edirəm. İşləyirik, çalışırıq. Mənim kifayət qədər vəzifələrim var. Amma icra strukturunun səlahiyyəti cənab prezidentə məxsusdur. Cənab prezident kimi məsləhət bilirsə, onu da təyin edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
|