"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                 

“Müxalifət düşərgəsində İlham Əliyevə rəqib yoxdur” - deputat
Tarix: 25-12-2017, 08:45 | Çap et
“Müxalifət düşərgəsində İlham Əliyevə rəqib yoxdur”
Bu gün ölkə əhalisini narahat edən əsas məsələlərdən biri icbari tibbi sığortanın nə zaman həyata keçiriləcəyi məsələsidir. İki rayon üzrə pilot layihəsi həyata keçirilsə də, bütövlükdə ölkənin icbari tibbi sığortaya keçilməsi 2019-cu ilə qalıb. Deputat, Yeni Azərbaycan Partiyasının Nəsimi təşkilatının sədri Məlahət İbrahımqızı “Yeni Müsavat” qəzetinə müsahibəsində əvvəlcə bu məsələ ilə bağlı suallarımızı cavablandırdı.

- Məlahət xanım, siz artıq dördüncü çağırışdır ki, parlamentdəsiniz. Bunu da bilirik ki, parlamentə səhiyyə sahəsindən gəlmisiniz, özünüz vaxtilə tibb işçisi olmusunuz. İcbari tibbi sığortaya keçidin gecikməsinin səbəbi nədir, niyə proses bu qədər ləng gedir?

- Çox təşəkkür edirəm, önəmli məsələ barədə sual verdiniz. Bu gün Azərbaycanda ağırlığı olan sosial problemlər içərisində səhiyyə xidməti, icbari sığorta ən vacib məsələdir. İcbari tibbi sığorta uğurla həyata keçirilərsə, daha biz millət vəkilləri, yaxud hökumət nümayəndələri vətəndaşın xəstəliyi və ya əməliyyat məsələsi ilə bağlı vəsait, donor axtarması kimi problemlərlə üzləşməyəcəyik. Bu gün Azərbaycanda millət vəkillərinin qarşılaşdığı iki əsas məsələ var: məşğulluq və sağlıq məsələsi. İşlə təmin olunma məsələsində xeyli irəliləyişlər var. Ədalət naminə deməliyik ki, bacarığı, biliyi, kamil təhsili olan şəxslərə kifayət qədər iş var. Biz diplom sahibi olanlardan danışmırıq, gözəl təhsil almış, kamil insanlardan bəhs edirik. Sovet dövründə cəmiyyətimizdə diplom xəstəliyi var idi, valideyn düşünürdü ki, övladı hara olursa, olsun diplom alsın. Müstəqillik dövründə məhz diplom “ixrac” edən bir sıra mənasız təhsil müəssisələri haqlı olaraq qapadıldı. Səhiyyəyə gəldikdə, elm, texnologiya, tibb elmi inkişaf etdikcə insanların ehtiyacları da artır. Məsələn, vaxtilə bizdə orqan köçürülməsi inkişaf etməmişdisə, indi vəziyyət xeyli dəyişib. Biz millət vəkilləri olaraq təəssüf ki, belə problemlərə dəstək verə bilmirik. İldən-ilə büdcəmiz artdıqca sosial yönlü problemlərin həllinə diqqət ayrılmağına baxmayaraq, insanların tələbatının artması, eləcə də icbari tibbi sığortanın hələ tam tətbiq olunmaması ilə əlaqədar belə problemlərlə üzləşirik. 2017-ci ildə Mingəçevir və Yevlaxda pilot layihə kimi icbari tibbi sığorta tətbiq olundu. Biz Səhiyyə komitəsi olaraq pilot layihələrdə davamlı olaraq iştirak edirik. Eyni zamanda Əhliman Əmiraslanovun rəhbərliyi ilə komitəmizin iclaslarını Yevlax və Mingəçevirdə də keçirdik. Əhali çox məmnundur. Növbəti il daha bir rayonda - Astarada pilot layihə həyata keçiriləcək. Bilirsiniz, islahat radikal, inqilabi formada həyata keçiriləndə çox vaxt fəsadlar ortaya çıxır. Bəzən bizim insanlar deyir Gürcüstanda icbari tibbi sığorta var, bizdə yoxdur. Düzdür, Gürcüstanda bu, bütün ölkə üzrə tətbiq olunub, amma çox ciddi problemləri var. Çünki icbari tibbi sığortanın ən vacib şərtlərindən biri infrastrukturun müasir standartlara cavab verməsidir. Bizim bölgələrimizdə müasir standartlara cavab verən səhiyyə infrastrukturu olmasa, o infrastrukturu istifadə etmək qabiliyyətinə, təhsilinə malik tibb işçilərimiz yoxdursa, icbari tibbi sığortaya keçməkdən danışmağın faydası belə yoxdur. Amma artıq bu sahədə də böyük uğurlarımız var. Mən əminəm ki, 2019-cu ildə ölkəmiz tamamilə icbari tibbi sığortanın tətbiqinə keçəcək. Çünki bundan ötrü prezidentimizin, dövlətin ciddi siyasi iradəsi var.

- Günümüzün reallığı budur ki, bir çox insanları sözün həqiqi mənasında xəstə salan onların banklardan asılılığı oldu. Baxmayaraq ki, bank faizlərinin aşağı salınması, kreditlərlə bağlı yüngülləşdirici qərarların verilməsi haqda parlamentdə də çoxsaylı çağırışlar oldu, amma nəticə dəyişmədi. Bəs, 2018-də insanları bu məsələlərlə bağlı xoş xəbərlər gözləyirmi?

- Həqiqətən ciddi, ağrılı məsələdir. Mən də belə problemləri olan çox insanlarla rastlaşıram. Bizim bir sıra banklarımız həqiqətən də vətəndaşa qarşı soyğunçuluqla məşğul oldu. O bankların çoxu bağlandı. Həmin bankların işçiləri qapı-qapı, müəssisə-müəssisə gəzirdilər, zorla vətəndaşa yüksək faizlə kredit verirdilər. Bəlkə də vaxtilə sovet totalitar rejimində, sosial mülkiyyəti dövründə yaşadığına görə əhalimiz maliyyə idarəetməsi, maliyyə mədəniyyəti barədə geniş maariflənə bilmədi. Ona görə vətəndaşlar bu kreditləri götürüb ödəyəcəyini düşündü və elə bir burulğana düşdü ki, buradan çıxa bilmədilər. Xarici ölkələrdə kiçik məbləğdə belə kredit götürəndə kreditordan elə ciddi sənədlər istəyirlər. Çox təəssüf ki, bizim bağlanan bankların əksəriyyəti soyğunçuluqla məşğul oldu, əhalinin maliyyə savadının azlığından sui-istifadə etdi. Odur ki, bu gün xeyli insanın böyük miqdarda borcu var. O insanların bir qismi evlərindən çıxarılıb. Məhkəmələrdə də kredit işləri çoxdur, ancaq məhkəmələr qərar verə bilmir və bu işlərin ucu-bucağı görünmür. Məhkəmələrin qərarının icrası ilə bağlı da ciddi problemlər mövcuddur. Yəni çox ziddiyyətli vəziyyət yaranıb. Hesab edirəm ki, 2018-ci ildə bank kreditləri ilə bağlı hansısa ciddi qərarlar qəbul olunmalıdır. Məsələn, Nəsimi rayonunda Xutor deyilən ərazi metrostansiya tikintisi ilə əlaqədar plana düşüb. İnşallah, bu yaxınlarda orda növbəti metrostansiya açılacaq. Bakı Metropoliteni də vaxtilə burada yaşamış insanlara kompensasiya verdi, ailələr köçürüldülər. Əhali də bundan çox razı idi. Amma Metropolitenin hesabı “Texnkabank” ASC-də idi. Keçən il bank bağlandı. Nəticədə həm Bakı Metropoliteninə ziyan dəydi - çünki ordakı hesab hələlik dondurulub - həm də vətəndaşlar çıxılmaz vəziyyətdə qaldı. Təsəvvür edin, əhalinin köçürüldüyü yerdə tikinti gedir, amma bunlar hələ pullarını ala bilməyib. Mən dəfələrlə müraciət etmişəm bununla bağlı. Ancaq indi biz o vətəndaşlara ancaq bunu deyirik ki, gözləyin. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun istiqamətdə hansı qərar verəcəyini gözləyirik.

- Beynəlxalq Bankın keçmiş rəhbərliyi vaxtilə mənimsədikləri milyardları ölkə iqtisadiyyatına yönəltsəydilər, yaxud vətəndaşlara güzəştli şərtlərlə kredit versəydilər, vəziyyət başqa cür olardı...

- Tamamilə sizinlə razıyam. Beynəlxalq Bankın timsalında deyək, onların dağıtdığı dövlət vəsaiti xalqın büdcəsidir, hər bir vətəndaşın zəhməti, alın təridir. Elə bu bankın rəhbərliyində olan şəxslərin hesabına çoxsaylı vətəndaşımız əziyyət çəkirlər.

- Yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişənlərin sayının artması da hazırda müzakirə olunan məsələlərdəndir. Xüsusilə də piyada ölümləri ilə bağlı faktlar çoxalır. Belə hallarla bağlı nə etmək olar?

- Bizim Azərbaycanda bir şey çatmır: ictimai qınaq. Avropanın inkişaf etmiş ölkələrində bir nəfər insanların gözü qarşısında piyada keçidi üçün zolaq, yaxud yeraltı-yerüstü keçid ola-ola, bir nəfər qadağan olunmuş yerdən keçsə, digər insanlar onun üstünə hücum çəkər, ən azı ciddi tənqid edərlər. Amma çox təəssüf ki, Azərbaycanda ictimai qınaq yoxdur.

- Tütün məmulatlarının məhdudlaşdırılması istiqamətində qanun qəbul olundu. Hələ icraya yönəldilməyib, amma görünən budur ki, elə də asan olmayacaq. Bununla bağlı nələr təklif edirsiniz?

- Elə bu da çox vacib məsələdir. Siqaretin sağlamlığa çox ciddi zərəri olmaqla yanaşı, ətraf mühitimizə mənfi təsiri də danılmazdır. Bu gün bütün dünyada ekologiyanın problemləri qlobal dəyər kimi qiymətləndirilir. Atmosferin sərhədi yoxdur ki. Nikotin, siqaret tüstüsü ətrafa da yayılır, yalnız siqaret çəkəni zəhərləmir. Mən təmiz hava almaq istəyirəmsə, siqaret çəkən niyə mənim hüququmu pozmalıdır? Yaxud insanlar var ki, siqaret tüstüsünə ciddi allergiyası var. Artıq biz qanun qəbul etdik, cərimələr də var. Ancaq maarifləndirmə lazımdır, bir də ciddi ictimai qınaq. Elə məsələlər var ki, onunla bağlı qanunun qəbuluna da ehtiyac yoxdur. Biz ata-ananı, vətəni sevməklə, şəhidlərimizə dəyər verməyimizlə bağlı qanunmu qəbul etməliyik? Elə dəyərlər var ki, qanunlardan da üstündür, “yazılmamış qanunlar” deyirlər. Yəni elə davranışlar var ki, onlara əməl olunmalıdır. Hər şeyə görə cəzaların sərtləşdirilməsi də yaxşı hal deyil, bununla millətin imici korlanar. Ona görə də biz daha çox qınağı artırmalıyıq. Bakıda nə qədər gözəl istirahət parkları var. Gedirsən, baxırsan ki, qarşısındakı adam tum qabığı tullayır yerə. Heç kəs də onu qınamır ki, ay qardaş, ay bacı, niyə bunu edirsiniz? Yəni insan digər canlılardan fərqli olmalıdır. Bu gün Afrikada insanlar artıq mədəni səviyyədə yaşamağı özlərinə təlqin ediblər. İndi biz Azərbaycanda cəzaları, cərimələri artırdıqca başqa millətlər bizə o qədər də yaxşı baxmaz. Avropada məişət tullantıları atılan yerlərə kameralar qoyublar ki, kim kənara tullantı atırsa, onu izləyir və yüksək məbləğdə cərimə edirlər.

- Ailələrdə baş verən qətllər, zorakılıqlar da artır. Bunun səbəbi nədir?

- Həqiqətən, bu, çox ürək ağrıdan, narahatedici məsələdir. 21-ci əsrdə humanizmdən, bəşəri dəyərlərdən danışdığımız halda, insanlar özlərinin ailə üzvlərini, hətta ata-anasını, övladını, bac-qardaşını qətlə yetirir. Bu, artıq mənəviyyat məsələsidir. Çox təəssüf ki, bu kimi hadisələr artıb. Hesab edirəm ki, bunun səbəbləri cəmiyyətdə araşdırılmalı və qarşısının alınması üçün ciddi tədbirlər planı hazırlanmalıdır.

- Məlahət xanım, ilin son günləridir. Yeni il ərəfəsində adətən, əfv sərəncamı imzalanırdı və bu dəfə də gözlənti var idi. Amma deyəsən, bu dəfə əfv olmayacaq.

- Mən sizə ənənəvi cavab verəcəyəm. Əfv komissiyası daimi komissiyadır, komissiya üzvlərinə də vaxtaşırı müraciətlər gəlir. Amma əfv fərmanını imzalamaq möhtərəm prezidentimizin səlahiyyətindədir. Ona görə də biz möhtərəm prezidentimizin səlahiyyəti ilə bağlı heç nə deyə bilmərik. Bu il cənab prezidentin təşəbbüsü ilə parlamentdə bir qanun qəbul olundu - cəzaların humanistləşdirilməsi ilə bağlı. Həqiqətən də bu, çox tarixi, yüksək qiymətləndirilən bir sənəddir. Cənab prezidentin bu təşəbbüsündən sonra Dövlət quruculuğu və hüquq siyasətində bütün qanunlara ciddi düzəlişlər və dəyişikliklər edildi, parlamentdə qəbul olundu. Yəqin ki, inşallah 2018-ci ildən bu, tətbiq olunacaq. Bu tətbiq olunduqda isə Əfv Komissiyasının da işi xeyli yüngülləşəcək. Cənab prezident sağ olsun ki, belə bir qərar qəbul etdi. Təkcə cəzaçəkmə müəssisələrində minlərlə məhkum var. Onların özü dövlətin üzərində bir yükdür. Dövlət onların xərclərini öz boynuna götürür, bu məsələ hökumətin üzərindədir. İkincisi də dövlət siyasətinin humanistləşdirilməsi çox mühüm hadisədir. Cəzaçəkmə müəssisələrində bu qanunun şamil olunacağı minlərlə məhkum var. Ancaq sözsüz ki, qanunun tətbiqi elə də asan deyil, onların işləri maddə-maddə təhlil olunmalıdır.

- REAL sədri İlqar Məmmədovla bağlı nə gözlənilir?

- İlqar Məmmədov gərək özü əfv üçün müraciət etsin ki, onun məsələsinə baxılsın. Əfv Komissiyasının əsasnaməsinə görə, mütləq ya məhkum özü, ya ailə üzvü müraciət etməlidir. Adam özü müraciət etmirsə, o, necə əfv oluna bilər? Mən açığı, onun hansı maddələrlə mühakimə olunduğunu dəqiq bilmirəm. Amma hesab edirəm ki, müraciət məsələsində qeyri-adi bir şey yoxdur. Üzr istəmək, “bağışlayın” demək o qədərmi çətindir?

- Gələn il prezident seçkiləridir. Rəhbərlik etdiyiniz YAP-ın Nəsimi təşkilatının namizədi kimdir?

- Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının namizədi bəllidir. 2003-cü ildən bu günə qədər YAP-ın namizədi möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. Əslində o, yalnız YAP-ın deyil, xalqın mütləq əksəriyyətinin namizədidir. Hesab edirəm ki, 2018-ci il prezident seçkilərində müxalifət düşərgəsində İlham Əliyevlə rəqabət aparacaq heç bir namizəd yoxdur. Azərbaycanın bugünkü reallığı onu sübut edir ki, prezident İlham Əliyev alternativsiz namizəddir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03
"Onlar vecimə deyil"
Bu gün, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru