"Zərurət yaranarsa, MSK qərar qəbul edib müddəti bir balaca uzada bilər" - deputat
Tarix: 30-12-2017, 08:58 | Çap et
Növbəti prezident seçkisinin 2018-ci ilin oktyabrında, yoxsa növbədənkənar seçki təyin edilərək mart ayında keçirilib keçirilməyəcəyi məsələsi hələ də siyasi dairələrdə müzakirə mövzusu olaraq qalmaqdadır. Qeyd edək ki, növbədənkənar seçkinin keçirilməsi ehtimalının olduğu haqda hələ 2016-cı ilin sentyabrında referendum keçirilib prezidentlik müddətinin 5 ildən 7 ilə artırıldığı zaman danışılırdı. Bu barədə söz-söhbətin miqyası sürətlə genişləndiyi vaxtda prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində demişdi ki, növbədənkənar seçkilərdən söhbət gedə bilməz.
Prezidentin bu bəyanatı növbədənkənar prezident seçkiləri məsələsini gündəmdən çıxardı. Bir ildən artıq müddətdə bu mövzu demək olar ki, dilə gətirilmirdi. Lakin seçki ilinin yaxınlaşması məsələni yenidən gündəmə gətirdi. Xüsusilə də hakimiyyətə yaxınlığı ilə tanınan deputat Zahid Orucun təxminən iki həftə öncə “mart ayında prezident seçkisi keçirilsin” təklifi ilə çıxış etməsi növbədənkənar seçki mövzusunu günün aktual mövzusuna çevirdi. Hər kəsdə belə bir fikir yarandı ki, harada, nə zaman, necə danışmağı kifayət qədər dəqiq bilən Zahid Oruc belə bir ciddi təklifi təsadüfən irəli sürməzdi. Hətta belə fikirlər də irəli sürüldü ki, deputat hakimiyyətin mətbəxində müzakirə olunan və hazırlığına başlanan məsələni yuxarıların razılığı ilə gündəmə gətirib.
Z.Oruc səsləndirdiyi təklifi belə əsaslandırır: “Hazırkı reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenliyinin yeganə təminatçısıdır. Dövlət rəhbəri kimi o, təkcə hakimiyyət komandasını, iqtidar partiyasını deyil, bütövlükdə milləti öz güclü şəxsiyyəti ətrafında birləşdirən tək xarizmatik liderdir.
Gələn il keçiriləcək prezident seçkiləri bir il öncə referendumda qəbul olunmuş yeni konstitusiyanın tələblərinə görə qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir. 2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır. Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır. Fövqəladə hal sayılmasa da iki fərqli hakimiyyət orqanına - Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir. Belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı".
YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə növbədənkənar seçki keçiriləcəyi barədə söhbətlərin əsassız olduğunu bildirdi: “Hər bir seçkinin öz müddəti var. Təbii ki, hər bir deputat bu məsələyə öz fikrini bildirə, öz şərhini verə, başqa ölkələrin təcrübəsini xatırlada bilər. Amma ümumilikdə istər referendumun keçirilməsi zamanı, istərsə də sonrakı dövrlərdə konstitusiyamıza uyğun şəkildə o müddətlər öz əksini tapıb və Seçki Məcəlləsində təsbit olunub. Məsələn, 100-cü və 101-ci maddədə göstərilib ki, Azərbaycan Respublikasında prezident seçkiləri müddət başa çatdıqdan sonra oktyabr ayının üçüncü həftəsinin 3-cü gününə təyin olunur. Yəni müddət, gün, vaxt hamısı dəqiq göstərilib. Sadəcə Seçki Məcəlləsində bir norma var, bu da günlə əlaqədar ola bilər. Yəni müəyyən məsələlər üst-üstə düşdükdə, yaxud seçki günü bayram gününə təsadüf etdikdə vaxt dəyişdirilə bilər. Burada da çox yox, bir neçə gündən söhbət gedir. Deyək ki, oktyabrda prezident, noyabrda isə parlament seçkiləridir. O da iki mərhələdən sonra ola bilər. Zərurət yaranarsa, MSK qərar qəbul edib müddəti bir balaca uzada bilər. Yaxud da Ukrayna, Rusiya, Türkiyə təcrübəsindən görürük ki, bir neçə seçki eyni vaxta düşür. Məsələn, Ukraynada həm parlament seçkiləri, həm şəhər merinin seçkiləri, həm yerli seçkilər olur.
Azərbaycanda 3 il dalbadal seçkilər keçirilir. Özü də burada elə bir problem yoxdur, kim kimi istəyirsə, gəlib səs verəcək. Bir yox, iki bülletenə səs verəcək, birində prezidentliyə, digərində deputatlığa namizədə. Azərbaycanda majoritar qaydada seçkidir, orada bir namizədə səs verilir, orada siyahı üzrə partiyaların namizədinə səs verilmir. Ona görə də burada elə bir ciddi problem yoxdur ki, bunu əsas götürüb qanuni, seçki yolu ilə seçilmiş prezidentin səlahiyyət müddəti azaldılsın. Özü də nə az, nə çox 5-6 ay müddətində. Prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra növbəti seçkilər keçirilir".
Müxalifət düşərgəsi isə seçkilərə hazırlıq üçün vaxt məsələsini nəzərə alaraq seçkinin vaxtında keçirilməsinin tərəfdarıdırlar. Onlar bildirirlər ki, mart ayına az qalıb və bu qədər az müddətdə seçki hazırlıqlarını çatdırmaq mümkün olmaz.
Məsələn, ADP sədri Sərdar Cəlaloğlu növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı konstitusiyada maddənin olduğunu xatırlatdı: “Orada qeyd olunur ki, prezident öz vəzifələrini hər hansı bir səbəbdən yerinə yetirə bilməzsə və prezident özü könüllü şəkildə vəzifəsindən imtina edərsə növbədənkənar prezident seçkisi keçirilə bilər. Bu gün ortada bu halların heç biri yoxdur ki, növbədənkənar seçki keçirilsin. Mart ayında seçki keçirilərsə məncə əksər siyasi təşkilatlar hazırlıqsız seçkiyə yaxalanmış durma düşərlər”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də növbədənkənar prezident seçkisinin hansı hallarda keçirilməsi barədə konstitusiyada konkret maddənin olduğunu qeyd etdi var: “Konstitusiyada yazılır ki, Azərbaycan Respublikasının prezidenti seçkisi hər 7 ildən bir oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Həmçinin parlament seçkiləri ilə bağlı konstitusiyada aydın yazılıb ki, seçkilər noyabr ayının birinci həftəsinin bazar günü keçirilməlidir. Növbədənkənar prezident seçkisinin keçirilməsi üçün prezidentin istefa verməsi qanunda əksini tapıb. Məgər prezident buna gedir? Növbədənkənar prezident seçkisi keçirilsə və seçki mart ayında olsa, vaxtın az olması səbəbindən seçkiyə hazır deyilik. Bizim planlaşdırdığımız qurultayımız may ayına nəzərdə tutulub. Rayon təşkilatlarımızda konfranslar keçirilməlidir. Hələ az rayonda konfranslarımız keçirilib. Bütün bunlar uzun prosedurlardır. Biz mart ayında seçki keçirilməsinə hazır deyilik”.
VİP sədri Əli Əliyev isə növbədənkənar seçkinin keçirilməsi ehtimalının olduğunu və bunun tərəfdarı olduğunu bildirdi: “Geopolitik baxımdan seçkinin önə çəkilməsində hakimiyyətdə də maraqlı olanlar var. Mart ayı Rusiyada prezident seçkisi olacaq və bu ay orada kampaniyanın ən qızğın dönəmidir. Putinin seçki nəticələri bilinməmiş Azərbaycanda seçkiləri bitirmək lazımdır. Bu bizim milli maraqlara cavab verən qərar ola bilər. Hesab edirəm ki, Azərbaycanda mart ayına seçkilər təyin edilməlidir. Biz seçkilərə hazırlıqlarımızı davam etdiririk”. Yeni Müsavat
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
|