Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                 

“Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir” - deputat
Tarix: 4-01-2018, 08:36 | Çap et
“Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir”
2017-ci ili həm dünya, həm də ölkəmiz üçün fəal və bir çox hadisələrlə yadda qalan bir il kimi səciyyələndirmək olar.

Bu ilin yekunları ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, 2017-ci il Azərbaycan üçün uğurlu illərdən biri olub, çox böyük layihələr gerçəkləşdirilib: "Elə təkcə bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı xüsusi əhəmiyyətə malik hadisədir. Bu layihəni gerçəkləşdirməklə Azərbaycan həm iqtisadi, həm də siyasi üstünlüklər əldə etdi, ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu daha da möhkəmləndirdi”.

Millət vəkili vurğulayıb ki, il ərzində Azərbaycan iqtisadiyyatı artıb, sosial yönümlü layihələr həyata keçirilib: “Eyni zamanda iqtisadiyyata böyük investisiyalar cəlb olunub, turizm sektoru əhəmiyyətli dərəcədə inkişaf edib, həmçinin regionlarda xeyli işlər görülüb, regionlarımız inkişaf edib”.

Deputat əlavə edib ki, 2017-ci il xarici əlaqələr baxımından da uğurlu bir il olub: "Azərbaycan beynəlxalq aləmdə ikitərəfli və çoxtərəli əməkdaşlığı uğurla davam etdirib, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edib. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq istiqamətində yeni mərhələdə danışıqların aparılması olduqca vacib məqamlardandır. Bununla yanaşı, Azərbaycan regionda qonşu ölkələrlə - Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-Gürcüstan formatında strateji tərəfdaşlıq istiqamətində çox uğurlu əməkdaşlıq edib".

B.Əliyevin sözlərinə görə, 2017-ci ildə əldə edilən nəticələr onu göstərir ki, Azərbaycan 2018-ci ildə daha böyük uğurlara imza atacaq: “Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu və düşünülmüş siyasətinin nəticəsidir”.

Milli Məclisin deputatı Aydın Hüseynov 2017-ci ilin uğurlu sosial-iqtisadi nəticələrlə yadda qaldığını diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir:

“Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq, şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artımı hesabına milli gəlirin həcminin artımını təmin edib. 2017-ci ilin ötən 11 ayında ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Cari ilin yanvar-noyabr aylarında ölkədə 63 071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb. Həmçinin bu dövrdə ölkədə 35,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5 faiz artıb”.

Deputat bildirib ki, ötən 11 ay ərzində ölkəmizə yatırılan sərmayələrin də artımı təmin edilib: “İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 13 milyard 688,4 milyon manat təşkil edib. Həmin vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna yönəldilib. Qeyri-neft bölmələrinə yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb. İxrac məhsullarının həm çeşidi, həm də coğrafiyasının şaxələndirilməsi öz mühüm təsirini göstərib. Ölkəmizin xarici ticarət dövriyyəsi artıb, əmtəə dövriyyəsində müsbət saldo yaranıb. 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon dollar həcmində olub. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi genişlənib. Bu siyasətin mühüm uğuru olaraq ölkəmizin strateji valyuta ehtiyatları 1 milyard dollardan artıq çoxalıb. Bu, çox mühüm haldır və 2015-ci ildən sonra stratreji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiya ölkəmizin güclü maliyyə təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir”.

Millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, 2017-ci il ölkəmiz üçün səmərəli və yaddaqalan bir il olub: "İl ərzində manatın sabitliyinə nail olunub, Azərbaycanın valyuta ehtiyatları artıb, ixrac potensialı güclənib, regionların inkişafı ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verməyə başlayır. Bu gün regionlar həm aqrar, həm də sənaye potensialını artırmağa başlayıb. Bu, iş yerlərinin artmasına, büdcəyə daxilolmaların çoxalmasına səbəb olur”.

Deputat vurğulayıb ki, 2017-ci ildə Azərbaycan regionun lider dövləti statusunu qoruyub saxlayıb: “Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması həm Azərbaycan, həm də region ölkələri üçün çox böyük iqtisadi potensial açır. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ənənəsi güclənir. IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın dünyada nüfuzunun daha da artmasına səbəb olub".

A.Mirzəzadə qeyd edib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi daha da güclənir və Ermənistanın danışıqlar masasına oturdulmasını da nailiyyət adlandırmaq olar.

O əlavə edib ki, 2017-ci ildə idarəetmə strukturunda islahatların aparılması idarəetmənin daha çevik və səmərəli olmasına imkan verdi: “Azərbaycan 2018-ci ilə müsbət nəticələrlə daxil olur”.

Milli Məclisin deputatı Cavid Osmanov da 2017-ci ilin ölkəmiz üçün səmərəli və uğurlu illərdən biri olduğunu hesab edir. O vurğulayıb ki, ötən il Azərbaycan həm xarici, həm də daxili siyasətdə mühüm nailiyyətlər əldə edib, ikitərəfli və çoxtərəfli formatda uğurlu əməkdaşlıq həyata keçirib, dünyada sülhün və sabitliyin təmin olunmasına böyük töhfələr verib: “Azərbaycanın 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, o cümlədən mədəniyyətlərarası dialoq, humanitar forumlar və digər mühüm beynəlxalq tədbirlər keçirməsi ölkəmizin həm beynəlxalq aləmdə nüfuzunu artırıb, həm də dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verib”.

C.Osmanov Azərbaycanın iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm layihələr və tədbirlər həyata keçirilib: “Ölkəmizdə ixrac yönümlü məhsulların istehsal edilməsinə dəstək göstərilib, sahibkarlar üçün əlverişli şərait yaradılıb, ölkədə infrastruktur daha da yaxşılaşdırılıb, Azərbaycana gələn turistlərin sayı artıb. İnanıram ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru