“Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmaqlarıyla fəxr edirdilər” - Maksim Musayev
Tarix: 17-01-2018, 09:19 | Çap et
Uzun illər Azərbaycan Kommunist Partiyası və komsomolunun mərkəzi komitələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə kuratoru olmuş Azərbaycan parlamentinin sabiq deputatı Maksim Musayev Moderator.az-ın rus versiyası və “KarabakhTV”-də sovet dövründə Qarabağ ermənilərinin gerçək həyat səviyyəsi, Ermənistan ermənilərinin onlara istehzalı münasibəti, Qarabağ məsələsinin xarici erməni millətçiləri tərəfindən qızışdırılması və s. haqda rus dilində maraqlı məqalə ilə çıxış edib.
Materialda təqdim edilən bəzi faktlar KİV-də ilk dəfə işıq üzü görür.
Moderator.az aktuallığını nəzərə alaraq məqalənin maraqlı məqamlarını tərcümə edib.
I hissə: “Bakıdan Dağlıq Qarabağa ayrılan vəsait eyni sayda əhaliyə malik Masallı rayonuna ayrılandan 50 dəfə çox idi…” Öz xalqlarına həssaslıqla yanaşan dərin düşüncəli ermənilər hələ XX əsrin 70-80-ci illərində tezliklə millətlərarası münasibətlərin gərginləşəcəyini hiss edirdilər. Onlar biirdilər ki, dəhşətli və qanlı təhlükənin ərəfəsindədirlər və bizlərə öz narahatlıqlarını çatdıraraq çətin vəziyyətdən çıxış yolu axtarırdılar. Onlar imkan daxilində bizləri Dağlıq Qarabağ Muxtar Vilayətindəki (DQMV) hadisələrin gedişi haqda xəbərdar edir, vəziyyətdən çıxış yollarının müzakirəsi üçün məxfi görüşlər keçirməyi təklif edirdilər. Erməni terrror təşkilatlarının bu təşəbbüsə qoşulmuş hər bir erməni haqda informasiya alan kimi onu öldürə bilmələrinə rəğmən bu baş verirdi. Qeyd etməliyəm ki, Azərbaycan rəhbərliyindəki əksər şəxslər gərgin vəziyyəti normal məcraya yönəltməyə cəhd edirdirlər. Təkzibolunmaz faktdır ki, respublikaya Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə millətlər arasındakı yaxınlıq, qarşılıqlı anlaşma və dostluq hədsiz dərəcədə canlanmışdı. Suverenlik illərində də bu tendensiya dövlət siyasətinə çevrilmişdi. O vaxtlar DQMV-nin sosial, iqtisadi və siyasi problemləri Azərbaycanda hər bir yüksək vəzifə tutan şəxs üçün prioritet məsələyə çevrilmişdi. Respublikanın digər rayonları ilə müqayisədə bu vilayətin problemləri daha tez həll edilirdi. Hər iki xalqın yanaşı və rufah içində yaşaması üçün nazirlik və təşkilatlar mümkün olan hər şeyi edirdilər. Bu qayğını ilk növbədə Dağlıq Qaarabğda yaşayan ermənilər öz üzərlərində hiss edirdilər... Ermənilərə yaxşı məlum idi ki, azərbaycanlıların qayğı və dəstəyi sayəsində Qarabağ erməniləri arasından böyük vəzifə sahibləri, yüksək çinli zabitlər, müharibə və əmək veteranları, alimlər və s. yetişib. Bir dəfə Dağlıq Qarabağda şəxsən iştirak etdiyim yüksək səviyyədə hazırlanmış tədbirlərdən birində erməni ziyalılarından biri çıxışında belə bir fikir ifadə etdi:”Azərbaycanda doğulmuş və böyümüş tanınmış ermənilər arasından 60-nın adı Azərbaycan Ensiklopediyasına daxil edilmişdir. Onlardan 24-ü Sosialist Əməyi Qəhrəmanı, 19-u Sovet İttifaqı Qəhrəmanı, 9-u Azərbaycanın xalq artisti, 7-i tanınmış alim, 6-ı yüksək hökumət vəzifəlisi, 5-i şair və yazıçıdır. Bizim uğurlarımız Azərbaycanın xeyirxah və qayğıkeş münasibəti sayəsində baş tutub...” Qarabağ ermənisinin dedikləri sonrakı illərdə də öz təsdiqini tapdı: suveren Ermənistanın ardıcıl olaraq iki prezidenti Azərbaycan vətəndaşı idilər(R.Köçəryan və S.Sarkisyan). Fəqət, hər iki azərbaycanlı erməni Azərbaycana münasibətdə satqın və xəyanətkar çıxdılar... O fakt da məlumdur ki, həmin dövrdə Qarabağ erməniləri Bakıda və Azərbaycanın digər rayonlarında, eləcə də Ermənistan, Gürcüstan, Şimali Qafqaz və s. yerlərdə də mənzil və şəxsi evlərə sahiblənmişdilər. Bu haqda Qarabağda yaşamayan ermənilərin özləri Bakıya və Moskvaya ünvanladıqları anonim şikayət məktublarında da məlumat verirdilər. Bu səbəbdən də bizim ermənilər haqda informasiyalarımız geniş və dəqiq idi. Qeyd etmək gərəkdir ki, sovet qanunlarına görə, hər bir ailə yalnız bir evə və ya mənzilə sahib ola bilərdi. Ancaq Azərbaycanda yaşayan azsaylı ermənilər üçün yaradılmış şərait bu mənada da heç bir digər sovet respublikasında yaradılmamışdı. Və Qarabağ erməniləri əldə etdikləri bütün bu mülkiyyət və imkanları da itirməkdən qorxurdular... Xaricdən yönlənən fitnə və təhriklərdən narahat olan ermənilər özləri bizə bölgədə baş verən ictimai-siyasi proseslər haqda geniş informasiya çatdırmağa cəhd edirdilər. “Qrunk” təşkilatı və “Daşnaksütyun” partiyasının ermənilərin hamısını dəhşətli qorxu içində saxlamasına rəğmən onlar bizimlə məxfi əməkdaşlığa gedirdilər. Ədalət hissini itirməmiş, sakit, təminatlı həyat sürməyə öyrəşmiş Qarabağ erməniləri yaxşı dərk edirilər ki, Bakıda həmişə onlara xoş yanaşıblar. Çünki var-dövlət, əmlak və s. sarıdan Azərbaycanda yaşayan ermənilər heç zaman korluq çəkmirdilər. Bəzi hallarda hətta digər rayonların büdcəsindən kəsilib Dağlıq Qarabağın büdcəsinə yönləndirilirdi ki, ermənilər azərbaycanlıların yanında rifah içində yaşasınlar... Əyanilik üçün bir misal çəkək. Masallı bölgəsi və DQMV, demək olar ki, eyni sayda əhaliyə malik idi. Ancaq orta sıxlıq baxımından əhəmiyyətli bir fərq var idi. Masallı rayonunda hər kvadrat kilometrə 158 nəfər düşürdüsə, DQMV-da bu rəqəm 35 idi (Ağdərə rayonunda bu göstərici daha aşağı idi - hər kv.km üçün 26 nəfər). Əgər Masallı rayonunda yalnız 5 xəstəxana fəaliyyət göstərirdisə, Dağlıq Qarabağda əhaliyə xidmət göstərən 32 xəstəxana var idi. Muxtar vilayətdə 3 dildə (Azərbaycan, rus və erməni) tədris keçilən institut, bir neçə kollec və texniki peşə məktəbi fəaliyyət göstərirdi... 70-80-ci illərdə Masallı rayonunda yalnız 2 çay fabriki və bir konserv zavodu var idi. Halbuki, Dağlıq Qarabağ vilayətində zavod, fabrik və istehsal müəssisələrinin sayı 50-ni ötürdü: elektrotexnika fabriki, ipək fabriki, ayaqqabı və tikiş fabrikləri, musiqi alətləri fabriki, xalçaçılıq fabriki, ağac emalı, şərab, süd məmulatları zavodu və s.. DQMV üçün respublika büdcəsindən Masallı rayonuna ayrılandan 50 dəfə yüksək vəsait ayrılırdı.. Hər il həmin vəsaitin 35-40% -i istifadə olunmamış qalırdı. Erməni millətindən olan Azərbaycan vətəndaşları arasından hər bir çağırışda 12-15 nəfər SSRİ parlamentinin, 30 nəfər isə Azərbaycan parlamentinin deputatı seçilirdi. Qarabağın o vaxtkı rəhbər ermənilərindən biri səmimi söhbət zamanı bizdən böyük bir narahatlıqla xahiş etdi: “Siz və biz xaricdən göndərilmiş erməni ekstremistlərinin Dağlıq Qarabağı ermənilərin qəbiristanlığına çevirməsinə imkan verməməliyik ...” Qarabağ ermənilərini çox narahat edən və bir çoxlarına məlum olmayan başqa bir fakt da var idi. Bu, ermənilərin birliyinin mümkün olmaması və bir qrupun digərinə təkəbbürlü münasibət göstərməsidir. Hayastanahayer (Ermənistanda yaşayan ermənilər) və spyukhayerlər (xaricdə yaşayan ermənilər) Qarabağ ermənilərin’ aşağı dərəcəli ermənilər kimi baxırdılar və onları şyurvadz (dönmə ermənilər) adlandırırdılar. Bu cür aşağılayıcı və qeyri-bərabər münasibət Qarabağ erməniləri üçün təhqir idi. Hətta Qarabağ ləhcəsində danışan ermənilər (söhbət əsnasında bu fərq açıqca hiss olunurdu) hayastanhayerlər tərəfindən açıq şəkildə lağa qoyulurdu. Ermənistan erməniləri ilə bir çox başqa sosial-ənənəvi fərqlər də var idi. Qarabağ ermənilərinə bu yaxşı məlum idi və onlara yuxarıdan aşağı baxan hayastanhayerlərə tabe olmaq istəmirdilər. “Erməni birliyi” haqqında təşviqat kökündən yanlışdır və bu, şişirdilmiş sözdür. Erməni kilsəsi bütün yollarla birliyə nail olmaq üçün çalışsa da, buna heç cür nail ola bilmir...
(Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
|