Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                 

Müxalifət daha ABŞ-a inanmır?
Tarix: 8-09-2018, 09:17 | Çap et
Müxalifət daha ABŞ-a inanmır?
ABŞ prezidenti Donald Tramp Azərbaycana səfir postuna Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviri İrli Litsenberqenin namizədliyini irəli sürüb.

Əvvəlki illərdə ABŞ-ın səfir təyin etməsi, səfirin kimliyi Azərbaycan cəmiyyətində maraqla izlənər, uzun müddət müzakirə edilərdi.

Müxalifət düşərgəsində məsələyə xüsusi önəm verilirdi, səfir təyinatı, səfirin kimliyi müxalifətin marağında olan əsas məsələlərdən biri kimi gündəmi zəbt edirdi. Bəs bu dəfə ABŞ səfirinin kimliyi müxalifəti maraqlandırırmı?

VİP sədri Əli Əliyev bildirdi ki, onları ABŞ-ın Azərbaycana yönəlik siyasətinin prioritetləri maraqlandırır. Səfirlər həmin direktivləri, siyasi iradəni həyata keçirən şəxslərdir. Onlar qoyulan vəzifələrin icrası ilə məşğul olurlar: “Əlbəttə ki, səfirin peşəkarlıq səviyyəsi mühüm amildir. Son illərdə göndərilən diplomatlar daha çox neft və ticarət sahələrindən gəlmişdilər. Enn Dersi və Riçard Morninqstarı nəzərdə tuturam. ABŞ vacib və həlledici dövlətdir. Onun istənilən dövlət barədə siyasi prioritetləri həllini tapır. SSRİ kimi super dövlətin çöküşü, sosialist düşərgəsinin və Varşava hərbi blokunun dağılması, kommunizm mərəzindən dünyanın xilası rəsmi Vaşinqtonun işləridir. ABŞ Gürcüstanın və digər ölkələrin demokratikləşməsinin həlledici vəsiləsidir. Bu işdə səfirlərin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Ona görə də peşəkar diplomatın göndərilməsini alqışlamaq, hansı tapşırıqla gəldiyini isə gözləmək lazımdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, səfirin kimliyi onları maraqlandırmır: “Ümumiyyətlə, diqqət etsək görərik ki, bu günə qədər Azərbaycanda fəaliyyət göstərmiş demək olar ki, bütün Amerika səfirləri ya zamanında Amerika siyasətində önəmli vəzifələr tutub, ya da buradan getdikdən sonra daha önəmli postlara irəli çəkilib, məsələn, Metyu Brayza kimi və s. Düşünürəm ki, Amerika üçün Azərbaycan bir çox məsələlərə görə regionda önəmli rola malikdir. Təbii ki, bu amillərin başında İran məsələsi və Azərbaycanın Pentaqonun yükdaşımaları üçün istifadə etdiyi hava marşrutu öndə gəlir. Son zamanlar Qarabağ məsələsi fonunda Rusiyanın Azərbaycanda artan nüfuzu, hətta KTMT-yə qoşulmaq məsələlərinin geniş müzakirəsi, üstəlik, Türkiyə-Rusiya yaxınlaşması fonunda Azərbaycanın da bu birliklə isti münasibətləri Amerikanı regiona diqqətini artırmağa məcbur edən səbəblərdəndir.

Odur ki, Trampın səfir postuna yüksək çinli diplomatı təyin etməsində qeyri-adi bir hal görmürəm. Müxalifətin səfirlərin kimliyi ilə maraqlanmaq məsələsinə gəldikdə isə AĞ Partiya olaraq mən deyə bilərəm ki, bizim üçün səfirin kimliyi önəmli deyil. Çünki istər Amerika, istərsə də Avropa Azərbaycan müxalifətinə qarşı heç zaman səmimi olmayıb. Onların müxalifətlə istənilən əməkdaşlığı iqtidarla alver etmək üçün ləvazimat rolu oynayıb. Mən düşünmürəm ki, şəxsən biz AĞ Partiya olaraq Qərbin Azərbaycandakı korporativ maraqlarını hazırkı iqtidardan daha çox təmin edək.

Hətta Amerika səfirlərindən biri zamanında bizə etiraf etmişdi ki, hazırkı iqtidarla onların əlaqələri ən yüksək səviyyədədir və onlar bu münasibətləri nə müxalifətə, nə də xalqa görə təhlükəyə atmaq niyyətində deyillər. Bizi partiya olaraq xalqımızın istək, maraq və tələbləri daha çox maraqlandırır, nəinki hansısa ölkənin səfirinin kimliyi. Biz artıq Amerikadan və ya Avropadan ağ atlı qəhrəman gözləməyəcək qədər reallıqların fərqindəyik. Bilirik ki, Azərbaycana öz xalqından və öz siyasilərindən başqa heç kim heç bir xoş gələcək təmin edə bilməz”.

Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, yalnız ABŞ deyil, bütün ölkələrin təyin etdikləri səfirlərin keçmişi və bioqrafiyası onları maraqlandırır: “Səfiri tanımaq lazımdır ki, onunla hansı yöndə danışmaq lazım olduğunu bilək. ABŞ səfirinin zəngin təcrübəsi olduğu görünür. İnanıram ki, o Azərbaycanda yadda qalan səfirlərdən biri olacaq. Həm də inanmaq istərdim ki, yeni səfir siyasətçilər arasında fərq qoymayacaq və onların hamısı ilə görüşəcək. Əslində, səfirlə görüşmək elə bir həyati məsələ deyil, amma fikir mübadiləsi aparmaq, narahatedici suallara cavab tapmaq baxımından faydalıdır. Amerika böyük və qüdrətli dövlətdir. Buna görə də onların bu və ya digər məsələ ilə bağlı fikirlərini öyrənmək önəmlidir”.

ADP sədrinin müavini Taliyət Əliyev qeyd etdi ki, ABŞ kimi dövlətin Azərbaycandakı səfirinin kimliyi əhəmiyyət daşıyan məsələdir: “Verilən məlumatlardan aydın olur ki, İrli Litsenberqer daha çox hərbi-siyasi məsələlər üzrə ixtisaslaşan peşəkar diplomatdır. ABŞ-ın Azərbaycandakı maraqları sırasında həmişə regional təhlükəsizlik məsələlərinin birinci yerdə olmasını, son illər regiondakı hərbi-siyasi gərginliyi, xüsusilə Azərbaycan-Ermənistan arasındakı münasibətlərin hərbi ritorika müstəvisinə keçməsini və bu iki dövlət arasında müharibə riskinin böyük olmasını nəzərə alsaq, ABŞ-ın bu təyinatını başa düşmək mümkündür.

Bu təyinat onu deməyə əsas verir ki, növbəti mərhələdə də ABŞ regionda təhlükəsizlik məsələlərinə daha çox önəm verəcək. Belə olacağı təqdirdə demokratiya, insan hüquq və azadlıqları sahəsi yenə də kölgədə qalacaq. Əgər ABŞ-ın təhlükəsizlik maraqları Dağlıq Qarabağın hərbi və ya siyasi yolla işğaldan azad edilməsinə də mane olacaqsa, sözsüz ki, bu təyinatın Azərbaycan üçün əhəmiyyəti qalmayacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru