“Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                 

“SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”
Tarix: 20-10-2018, 09:39 | Çap et
“SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”
Hər il olduğu kimi, bu il də ölkəmizin müstəqillik qazanması ilə bağlı bir-birinə zidd fikirlər var. Məsələn, bəzi şəxslər bildirir ki, ötən əsrin sonlarına yaxın dünyada və SSRİ məkanında baş verən siyasi-iqtisadi və hərbi proseslər sosialist düşərgəsini dağıtmağa istiqamətlənmişdi. Ona görə də SSRİ-nin dağılması müttəfiq respublikaların və başqa sosialist ölkələrin müstəqillik qazanması üçün fürsət oldu.

Bu fikrin tərəfdarlarının mövqeyi belədir ki, xalq hərəkatlarının, milli azadlıq mübarizələrinin müstəqillik qazanılmasında ciddi rolu olmayıb. Bu, tarixi zərurətdən meydana çıxmış bir hadisədir.

Başqa fikir isə bundan ibarətdir ki, Azərbaycan və digər respublikalar müstəqilliyə xalqların mübarizliyi və milli azadlıq hərəkatı liderlərinin fədakarlığı sayəsində qovuşub.

Bəs, əslində gerçəklik nədən ibarətdir?

Milli azadlıq hərəkatının liderlərindən biri, istiqlalçı deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a mövzunu bu cür şərh edib: “Diqqət edin, 1918-1920-ci illərdə qurulub mövcud olan respublikanın memarı Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Müsavat Partiyası, müsavatçılar idi. 1988-ci ildən başlanan proseslərdə Xalq Cəbhəsi yaranana qədər o mitinqlərin əsas liderləri şair Sabir Rüstəmxanlı ilə fəhlə Nemət Pənahlı idi. Arxa planda şübhəsiz hələ ortaya tam çıxmasa da Əbülfəz Elçibəy də var idi. Amma Xalq Cəbhəsi yaranandan sonra təşkilat olaraq proseslərə Xalq Cəbhəsi rəhbərlik edirdi. 1991-ci ildə müstəqilliyin bərpasının memarı Xalq Cəbhəsi idi. Sonrakı dövrdə Heydər Əliyev gəldi və onun da öz xidməti var. Müstəqilliyin bərpasının əsas müəllifi xalqın gücü idi. Milyondan artıq insan meydanlara yığışırdı, 43 millət vəkili isə xalqa arxalanıb parlamentdə mübarizə aparırdı. Parlamentin binasını xalq əhatəyə almasaydı və xalqın təzyiqi olmasaydı müstəqilliyə nail ola bilməzdik. Bu işlərin heç birini xalqsız görmək mümkün olmazdı”.

Sabir Rüstəmxanlı qeyd etdi ki, SSRİ-dən qopan digər respublikalarda da “Müstəqilliyin əldə olunması SSRİ-nin dağılmasının nəticəsi idi” təbliğatı gedir. Ruspərəst qüvvələr belə təbliğat aparırlar ki, xalq hərəkatlarının, Xalq Cəbhələrinin heç bir rolu olmadı, onsuz da SSRİ dağılmağa məhkum idi və müstəqilliyi də bizə məcməyi də hazır verdilər: “Bu cür fikrilər tamamilə yanlış təbliğatdır və xalq hərəkatını, xalqın azadlıq mübarizəsini gözdən salmaq cəhdidir. Bu cür fikirlər birmənalı şəkildə rədd edilməlidir. Əgər xalq hərəkatı olmasaydı, Azərbaycanda, Baltikyanı respublikalarda SSRİ-nin apardığı yanlış siyasətə qarşı mübarizə olmasaydı, hansısa kosmetik dəyişikliklərlə SSRİ-ni saxlayacaqdılar. Əslində SSRİ-nin dağılması həm Baltik respublikalarında, həm də Qafqazda, xüsusən Azərbaycanda illər uzunu aparılan işin bir tərəfdən nəticəsi idi. 1988-ci ildən Azərbaycanda başlanan proses, ermənilərin Dağlıq Qarabağ iddiaları, sonra Moskvanın erməniləri dəstəkləməsi, Azərbaycanda əhalidən ov tüfənglərinin də alınması, Ermənistandan azərbaycanlıların qovulması, bunun ardınca başqa respublikalarda da baş verən hadisələr artıq SSRİ-yə, mərkəzi hakimiyyətə inamı sarsıtmışdı. Bu vəziyyət ciddi bir etiraz dalğası yaratmışdı. Azərbaycanda 1988-ci ilin fevralından başlayaraq az qala hər ay mitinqlər keçirilirdi. 1988-ci ilin sonunda 18 günlük mitinq əslində SSRİ-ni sarsıdan mitinq idi”.

S.Rüstəmxanlı bəyan etdi ki, SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu: “Azərbaycan parçalandığı gündən öz bütövlüyünü, müstəqilliyini arzulayıb, buna çalışıb. 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin qurucuları, onların varisləri bu mübarizəni xaricdə aparıblar. 1988-ci ildən isə azadlıq mübarizəsi meydanlarda açıq görünməyə başladı. Bir çox faktorlar gəldi bir nöqtədə birləşdi ki, artıq SSRİ dağılmalıdır və dağıldı. Onun dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu. Azərbaycanda inqilab səviyyəsində proses gedirdi. SSRİ-ni o inqilabi proseslər çökdürdü. Azərbaycanın müstəqilliyə qovuşmasını Moskvadan təyin olunan rəhbərlər yubatmağa çalışırdılar, qarşısını almaq istəyirdilər. Onlar da bunu Moskvanı sevdiklərindən etmirdilər, Moskvanın əli ilə Qarabağı xilas eləməyi düşünürdülər. Bizimkiləri Moskvadan asılı eləyən əsas səbəb o idi. Ona görə də Müstəqillik Aktının qəbulu bizdə bir az yubandı. Əslində isə prinsip etibarilə SSRİ məkanında azadlıq hərəkatı ilk növbədə Azərbaycandan başlamışdı”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru