“Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                 

“Cinayət işi qaldırılmalıdır, araşdırma aparılmalıdır ki, məmurlar bu sərvətləri necə əldə edib” - deputat
Tarix: 23-10-2018, 08:33 | Çap et
“Cinayət işi qaldırılmalıdır, araşdırma aparılmalıdır ki, məmurlar bu sərvətləri  necə əldə edib”
Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının bahalı brend saatlar kolleksiyasının ardınca, on bahalı avtomobildən artıq maşınının olduğu, şəxsi avtoparka malik olduğu barədə xəbərlər yayılıb.

Virtualaz.org araşdırıb ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür. Saytın yazdığına görə, 2015-ci ildə istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy Porshe Boxter (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. Videoda görünən və 2010-cu il istehsalı olan Land Rover Discovery (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus “Tədarük” MMC-nin adına sənədləşdirilib.

Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara Toyota Camry (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara Mercedes Benz S500 (10 AA 035).

Araşdırma zamanı virtualaz.org daha bir maraqlı detalı müəyyən edə bilib. Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb. Məsələn, Rüfət Aslanlının şəxsi avtoparkından Toyota Prado (10 PP 343) və Range Rover Vogue (90 AA 343) “Bakı fond birjası” Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili-qara GMC Yukon Denali (10 AB 343) və ağ KIA Cerato-nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə “təhkim edib”.

“Rüfət Aslanlı o vəzifəyə gəldikdən sonra yüzlərlə valyutadəyişmə məntəqəsi bağlandı, yüzlərlə insan işsiz qaldı, nə idi bunun mənası?!”
BMW LI (10 AA 343) və Mercedes S 500 (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik inşaat şirkətinin adına tərtib olunub.

Rüfət Aslanlıya məxsus daha bir Range Rover (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Vəzifəsindən sui-istifadə edib, bu qədər milyonları ələ keçirən, başqa sözlə, dövləti soyan məmurlar kifayət qədər çoxdur. Rüfət Aslanlı qeyd edilən vəzifəyə təyin ediləndə onu müsbət xarakterizə etmişdilər. Amma indi üzə çıxır ki, “təmiz” məmur belədirsə, gör onda digərləri nələr edirlər...

Buradan bir sual ortaya çıxır: məmurlara necə nəzarət etmək lazımdır və bu işi hansı qurum həyata keçirməlidir?

Deputat Fazil Mustafanın sözlərinə görə, yayılan məlumatlar bir daha göstərir ki, bir sıra məmurlar vəzifə səlahiyyətlərindən istifadə edərək istənilən addımı ata bilirlər. Ona görə də məmurlara parlament nəzarəti mexanizmi də hərəkətə gətirilməlidir: “Biz bu yaxınlarda Milli Məclisdə məsələ qaldırdıq ki, yeni vəzifəyə təyin olunan məmurlar işə başlayan kimi öz yaxın adamlarını yanında yerləşdirmək üçün dərhal köhnə kadrların yaxşısına-pisinə baxmadan hamısını işdən çıxarır, bu isə dövlətçilik ənənələrinə ziddir. Çünki kadr yetişdirmək elə də asan deyil. Ona görə də o cür iş prinsipi düzgün deyil.

Məmurlar vəzifədən çıxarılandan sonra onların barəsində həyata keçirdiyi qanunsuzluqlar barədə məlumatlar yayılır. Yaxşı olar ki, o məmurlar hələ vəzifədə olarkən onların fəaliyyətinə çox ciddi nəzarət edilsin. Nəzarət institutunun olmaması məmurların istədiyi hərəkətləri etməsinə şərait yaradır. Media nəzarəti güclü olmalıdır ki, zamanında o qanunsuzluqlara gedilməsin. Baxın, Rüfət Aslanlı o vəzifəyə gəldikdən sonra yüzlərlə valyutadəyişmə məntəqəsi bağlandı, yüzlərlə insan işsiz qaldı. Nə idi bunun mənası?! Ölkədən pul çıxarılmasına məhdudiyyət qoyuldu. Bunun əvəzinə “qara pullar” variantında pullar ölkədən çıxarıldı. Ölkə iqtisadiyyatına zərbə dəydi. Bu cür məmurlar öz səlahiyyətlərindən istifadə edib yuxarı instansiyaları da aldadaraq özlərinin məqsəd və niyyətlərini həyata keçirirlər. Ona görə də bu məsələlərə vaxtında parlament nəzarətinin də olması vacibdir. Parlamentdə nəzarətə, müəyyən dərəcədə tənqidə şərait yaradılsa, bu kifayət edər ki, vəzifədə olub vəzifədən sui-istifadə edən qüvvələrin qanunsuz hərəkətlərinin tez bir zamanda dayandırılması mümkün olsun. Əks halda, Rüfət Aslanlı kimi məmurlar vəzifədən getdikdən sonra onların sərvətlərinin mediada işıqlandırılması “daldan atılan daş topuğa dəyər” effektidir. Adam yığdığını yığıb, dağıtdığını dağıdıb, iqtisadiyyatın mühüm bir sahəsini çox acınacaqlı vəziyyətə gətirib. Kimlə şəxsi düşməndir, onun strukturunu dağıdıb, vətəndaşların banklarda olan adi vəsaitləri bəhanələrlə geri qaytarılmadı. Yəni bunlar hamısı çox ciddi məsələlərdir, vətəndaşın banklara, iqtisadiyyata, bəzən də dövlətə güvənini azaldır. Ona görə də məmurların fəaliyyətinə ən azı parlament nəzarəti mexanizmi hərəkətə gətirilsə, müəyyən müsbət effekti olar. Bu mexanizm qurulsa, dövlət əmlakının dağıdılması, büdcənin talan edilməsinə qarşı ciddi bir kurs izlənə bilər. Əks halda, o cür qanunsuzluqlara yol verənlər yenə olacaq. İndi əslində hamı bilir ki, hansı məmurlar hansı həyat tərzi sürürlər".

Deputat vurğuladı ki, haqqında korrupsiyaya yol verdiyi barədə məlumatlar yayılan və özündən yuxarı instansiyalara yalan məlumatlar ötürən məmurlar barədə hüquq-mühafizə orqanları araşdırma aparmalıdır: “Bir var ki, məmurlar ağıllı islahat paketini aparıb ölkə başçısına təqdim edələr, bir də var ki, məmurlar özlərinin şəxsi maraqlarına uyğun formada gözdən pərdə asan manevrlərlə bir sənəd təqdim edələr. O cür məmurlar cavab verməlidirlər.

Rüfət Aslanlının avtomobil kolleksiyasından tutmuş digər sərvətləri barədə hər gün mediada məlumatlar yayılır. Hüquq-mühafizə orqanları bu məsələni diqqətə alıb fakt üzrə cinayət işi qaldırmalıdır, araşdırma aparılmalıdır ki, məmur onları necə əldə edib. Məmurlar bilməlidir ki, dövlət əmlakı onun şəxsi mülkiyyəti deyil, onu talamaq olmaz, talayacaqsansa, cəzasını alacaqsan".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru