Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                 

“Bu adam milli ordunun qurulmasına mane olurdu” - QALMAQAL
Tarix: 25-10-2018, 08:24 | Çap et
“Bu adam milli ordunun qurulmasına mane olurdu”
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov moderator.az-a müsahibəsində Xalq Cəbhəsinin 1992-ci ildə Xocalını azad etməyə ona imkan vermədiyini bildirib. O deyib ki, 1992-ci ilin 15 mayında hakimiyyətdən devrilməsəydi Şuşanı azad etməyə nail olacaqdı.

Bu istiqamətdə çalışmaları olacaqdı və çox güman ki, buna nail olacaqdır: “Çünki biz bu istiqamətdə əvvəl də işəyirdik. Əgər 6 mart (Ayaz Mütəllibovun istefaya məcbur edilməsi.red.) olmasaydı və AXC imkan versəydi, biz hərbi-siyasi və diplomatik yollarla Xocalını da azad etməyə nail olacaqdıq. Onun ardınca da bütün Qarabağ qanunsuz erməni birləşmələrindən azad ediləcəkdi.

Azərbaycanda qalan Rusiya hərbi hissələrinin vasitəsilə bunu etmək mümkün idi. Bilirsiniz, bunu Yeltsinin ətrafındakı demokrat ruslarla danışıqlar aparan cəbhəçilər xəyanət kimi yozurdular. Amma söhbət başqa cür idi. Həmin vaxt gerçəklik belə idi ki, SSRİ dağıldıqdan sonra digər müttəfiq respublikalardakı rus hərbçiləri kimi Azərbaycandakılar da dağınıq, başsız vəziyyətdə qalmışdılar. Təsəvvür edirsiz, buradakı rus hərbçilər yeməyə çörək tapmırdı. Vəziyyətləri ağır idi. Çünki aylarla maaş almırdılar. Bizdən yardım diləyirdilər. Hələ 1991-ci ilin payızında bir dəfə rus zabitlərin yığıncağında Qorbaçovun əleyhinə xeyli çıxış etdim. Dedim ki, hələ aydınlaşdırmaq lazımdır ki, Qorbaçov Kremldə nə iş görür. Belə çıxışlarımdan əksəriyyəti sovet əqidəli olan rus zabitlər həvəslənir və onları aciz maddi və mənəvi durumda buraxmış Moskvadakı hakimiyyətə qarşı nifrətləri artırdı. Odur ki, o vaxt Azərbaycandakı rus hərbçilərə bir az pul verməklə Qarabağ məsələsini qısa müddətdə həll etmək olardı. Məlum qüvvələr imkan vermədi bizə".

Eks-prezidentin AXC-yə qarşı dedikləri AXC-nin liderlərindən biri olmuş deputat Fərəc Quliyevin etirazı ilə qarşılanıb. Fərəc Quliyev “Yeni Müsavat”a bildirib ki, Ayaz Mütəllibov hələ də Xalq Cəbhəsinə qarşı qarayaxma ilə məşğuldur, eyni zamanda tamamilə qeyri-ciddiliyə yuvarlanıb: “Ayaz Mütəllibov qeyri-ciddi açıqlamalar verməklə məşğuldur. Hər dəfə verdiyi müsahibələrdə hadisələri tamamilə təhrif edərək özünə sərf edən formada danışır və çalışır ki, özünə xalqın gözündə bəraət qazansın. Mən 1992-ci ildə Ali Sovetdə demokratik blokun üzvü idim. Ordu yaranması ilə bağlı bir konsepsiya ilə çıxış elədim. Kürsüdə olan prezident Ayaz Mütəllibov mənim çıxışımdan sonra dərhal reaksiya verdi ki, nə ordu yaratmaqdan danışırsız, buna ehtiyac yoxdur, bizim şanlı ordumuz var idi, bizə indi Prezident Qvardiyasından başqa heç nə lazım deyil. Bu adamın qvardiya yaradıb özünü müdafiə eləməkdən başqa heç bir düşüncəsi yox idi. O dönəmdə Xalq Cəbhəsinin üzvləri bütün cəbhə bölgələrində düşmənə qarşı döyüşürdülər, minlərlə şəhidimiz var idi. Bütün cəbhə boyu müdafiəni də məhz Xalq Cəbhəsi könüllü batalyonları vasitəsilə qurmuşdu. Ayaz Mütəllibov özü neçə nəfəri döyüşə göndərmişdi? Ayaz Mütəllibov Bakıda Xalq Cəbhəsinə qarşı döyüşürdü, ermənilərə qarşı döyüşmürdü. QKÇP oldu və postsovet məkanında yalnız Ayaz Mütəllibov onu müdafiə elədi. Yəni bu adam və onun ətrafında olanlar SSRİ-nin qalmasını, onun tərkibində olmağımızı istəyirdilər. Qondarma referendum keçirdi. Belə bir adamın Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, minlərlə şəhid vermiş AXC-yə ittiham yağdırması gülüncdür”.

F.Quliyev qeyd etdi ki, Ayaz Mütəllibovun Xocalını azad eləmək imkanı və istəyi yox idi: “Bu adam ölkənin hər yerində milli ordu qurulmasına, xalqın silahlanıb öz torpaqlarını qorumasına mane olurdu. Əhalidən ov tüfənglərinə qədər bütün silahları Mütəllibovun əmri ilə yığırdılar, xalqı faktiki olaraq düşmənin qarşısında əliyalın qoyurdular. Yəni bütün bunları edən adam torpaqların müdafiəsinə təşkil edə, Xocalını azad eləyə bilməzdi. Xalq Cəbhəsinin yaratdığı birliklər Xocalının qisasını almaq üçün döyüş əməliyyatları təşkil etmişdilər, Ayaz Mütəllibov isə bu əməliyyatların qarşısını almağa çalışırdı. Ayaz Mütəllibov düşmənə müqaviməti təşkil etmək əvəzinə, ancaq və ancaq özünün hakimiyyətini qorumaqla məşğul idi. Torpaqlar qalmışdı düşmənlə üz-üzə, işğal təhlükəsi altında Mütəllibov müdafiəni təşkil eləmirdi, sarayda özünü qorumaqla məşğul idi. Bu faktlar ola-ola bu adam Xocalını azad edə biləcəyindən danışır. Tarixi bu qədər saxtalaşdırmaq təsəvvür edilməyəcək həddə qeyri-ciddiliyin və qərəzin nümayişidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru