Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                 

“Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib...”” - deputat
Tarix: 14-11-2018, 08:51 | Çap et
“Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib...””
“Milli Məclisin deputatının statusu haqqında” və “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanunlara edilən dəyişikliklər geniş müzakirələrə səbəb olub. Deputatların bəziləri, hətta YAP-çı deputatlar qanunlara edilən dəyişikliklərin deputatların səlahiyyətlərini bir qədər də azaltdığını bildirərək narazılıqlarını ifadə ediblər.

Bəzi siyasətçilər və siyasi təhlilçilər isə hesab edir ki, deputatların etik davranışları ilə bağlı qanuna edilən dəyişikliklər növbəti parlamentə hesablanıb, yeni qanun deputatlar üzərində nəzarəti daha da gücləndirəcək.

Məsələn, VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, sözügedən qanunlara dəyişikliklər yeni parlament seçkilərinə gediləcəyinin və yeni tərkibdə parlamentin formalaşdırılacağının siqnalıdır: “Qanunlarda deputat səlahiyyətlərinin məhdudlaşdırılması, deputatların cəzalandırılması prosedurlarının daxili nizamnaməyə salınması növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin əsas əlamətidir. Hakimiyyət parlamenti buraxmağa hazırlaşır.

Həm də bu onun göstəricisidir ki, iqtidar məcburiyyətdən nəzarət edə bilmədiklərini də parlamentə buraxmaq zorundadır. Yəni beynəlxalq təzyiq dözülməzdir. Deməli, yeni siyasi eranın başlanması haqda dediklərim təsdiqini tapır. Müxalifət bu siqnalı düzgün qavramalı, təşkilatlanmalıdır. Seçkilərə hazırlıq başlamalıdır. Ən geci gələn ilin payızına seçkilər olacaq. Büdcəyə transferlərin artırılması da seçkilərin olacağının indikatorudur”.

REAL Partiyasının Məclis sədri Erkin Qədirli isə BBC- Azərbaycancaya açıqlamasında deyib ki, qanunda edilən bu sərtləşdirmələr növbəti parlamentə hesablanıb və gələcək parlament seçkilərinin nisbətən demokratik olacağı ehtimalını yaradır: “2016-cı ildə keçirilmiş referendumda parlamentin buraxılma səlahiyyətinin prezidentə verilməsini görəndə ağlıma ilk bu fikir gəmişdi. Bundan başqa, son 2 ildə deputatlarla bağlı etik qaydalara, nizam-intizam, daxili nizamnamə kimi məsələlərə edilən məhdudlaşdırmalar və cəzaların sərtləşdirilməsi, mandatın əldən alınmasına qədər hamısını toplayanda başqa izah qalmır. Belə bir məzmundakı qanun demokratik yolla seçilən parlament risk yaradacağı halda onu buraxmaq və ya ayrı-ayrı deputatları mandatdan məhrum etmək imkanı yaradacaq”.

Qeyd edək ki, Əli Əliyev və bəzi digər müxalifətçilər, siyasi ekspertlər xeyli vaxtdır növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalının yüksək olduğunu bəyan etməkdədirlər. YAP-ın rəhbərliyi və hakimiyyətyönlü deputatlar isə növbədənkənar parlament seçkilərinə zərurət olmadığını bəyan edirlər. Gələn ilin sonlarında parlament seçkilərinin olacağı barədə hələ nə rəsmi qərar verilib, nə də bir rəsmi açıqlama səslənib. 2019-cu ilin sonlarında bələdiyyə seçkiləri keçirilməlidir. Bələdiyyə seçkiləri ilində həm də parlament seçkiləri keçiriləcəksə, bu, Azərbaycan təcrübəsində ilk olacaq.

Hakim partiyanın deputatları isə bu fikirlə razılaşmırlar, onların fikrincə, dəyişikliklərdə uzaqgedən nəticələr axtarmaq əsassızdır, bu dəyişikliklər parlamentin daxili işidir.

Qanunlara edilən dəyişikliklər və əlavələrdə yazılır ki, deputat öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməlidir. O, hətta səlahiyyət müddətindən sonrakı dövrdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədilə hər hansı bir hərəkət etməməlidir. Həmçinin deputat hər hansı maraqlı tərəflə, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüş və bunun detallarını ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclis Aparatında saxlanmalıdır. Sözügedən qanuna təkliflərdə nəzərdə tutulub ki, deputat hətta növbəti parlamentə seçilməsə, məşğul olacağı sahədə keçmiş deputatlığından dəstək kimi yararlanmamalıdır. Əgər deputatın xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yaranacaqsa, bu haqda İntizam komissiyasına məlumat verməlidir. Maraqlar toqquşarsa, deputat ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Onlar maraqlarının yarandığı məsələ ilə bağlı çıxış və ya səsvermədə iştirak edə bilməzlər.

Keçmiş deputat, AMİP lideri Etibar Məmmədov isə bildirib ki, bu dəyişikliklərlə deputatlar üzərində nəzarəti gücləndirmək imkanı artır: “Bununla deputatlar üzərində nəzarəti gücləndirmək imkanı artır. Maraqların toqquşması da buna aiddir. Hamıya məlumdur ki, bizdəki deputatlar həm məmur yerlərini saxlayırlar, həm də bizneslə məşğul olurlar, öz maraqlarını həyata keçirirlər. Buna da göz yumulur. Amma bu əlavəni etməklə istənilən deputatı ”maraqlar toqquşması"nda ittiham etmək mümkündür".

Hakimiyyətyönlü deputat Zahid Oruc isə bildirdi ki, bəzi siyasi təhlilçilərin və müxalifətçilərin yanaşması, qanuna edilən dəyişiklikləri növbədənkənar parlament seçkilərinin əlaməti adlandırması çox şişirdimiş və tünd boyalarla təsvir edilmiş mənzərədir: “Deputatların etik davranışına belə təkliflər ”göydən düşməyib", son referendumdan sonra konstitusiyada deputatların mandatdan məhrum edilməsi ilə bağlı yeni maddə belə bir dəyişikliyə hüquqi baza yaradıb. Düşünmürəm ki, bu qanun deputatların imkanlarını məhdudlaşdıracaq və ya gələcək seçkilərlə bağlıdır. Bu qanun, sadəcə, parlamentin etik davranışlarını tənzimləyir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru