Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                 

Deputat deyir ki, bahalaşmadan başqa yol yox idi... - ekspertlər isə bu fikirlə razı deyil
Tarix: 7-01-2021, 08:25 | Çap et
Deputat deyir ki, bahalaşmadan başqa yol yox idi...
Tarif Şurası tərəfindən benzin və dizel yanacağının qiymətinin artırılması ölkə gündəminin əsas müzakirə mövzusudur. Məlum olduğu kimi, Şura yeni ilin ilk iş günü – 4 yanvar 2021-ci il tarixində, gecə saatlarında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 1 litr üçün 80 qəpik olaraq müəyyənləşdirdi.

Bu qərar hansı zərurətdən irəli gəldi? Tarif Şurasının əsaslandırması nə qədər doğru və məntiqlidir? Qərar xalqın güzəranına necə təsir edəcək? Başqa zəruri istehlak məhsullarının qiymətində də artımlar ola bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında bildirdi ki, bu, gözlənilən addım idi:

“Benzin və dizelin, hətta qazın qiymətlərinin artması qonşu ölkələrdə – Türkiyə, Gürcüstan, Rusiya və Qazaxıstanda, hətta Baltikyanı ölkələrdə də müşahidə edilir. Baxmayaraq ki, dünyada qazın qiyməti müəyyən qədər aşağı düşmüşdü, amma Baltikyanı ölkələrdə aksizlərin qaldırılması ilə qiymətlər artdı”.

Millət vəkili qeyd etdi ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur və təbiidir ki, biz də tədricən dünya standartlarını tətbiq edirik:

“Dünya standartlarını tətbiq edərkən dizel yanacağını və benzini istehsal edən zavodlar da rekonstruksiya edilməlidir. Yeni qurğuların, yeni texnologiyanın istifadə olunması yeni investisiyalar, vəsaitlər deməkdir. Bu da sözsüz ki, yeni məhsulun maya dəyərinə və deməli, qiymətinə də təsir edir”.

Quliyevin sözlərinə görə, yanacağın qiymətinin artmasına bir sıra amillər təsir göstərir:

“Əvvəla, beynəlxalq standartlar var. Ümumiyyətlə, Azərbaycanda ekoloji problemlərə və onların həllinə böyük diqqət ayrılır və buna dövlətin kifayət qədər marağı var. Təbii ki, burada ən qabaqcıl məsələlərdən biri də bu beynəlxalq standartlardır. Benzin və dizel yanacağının beynəlxalq standartlara cavab verməsi bu baxımdan labüddür, vacibdir”.

Deputat tez-tez səslənən “Azərbaycan neft istehal edən ölkə olduğu halda, niyə yanacağın qiyməti artırılır” sualına da cavab verdi:

“Sualın cavabı ondan ibarətdir ki, neftlə benzini qarışdırmaq lazım deyil. Benzin neftin ən yüksək formada emal məhsuludur. Mən texnoloq deyiləm, amma əldə etdiyim məlumatlar əsasında deyə bilərəm ki, neftin benzinə keçməsi üçün yüksək xərc tələb olunur və kifayət qədər avadanlıq olmalıdır. Təbiidir ki, istənilən formada maya dəyəri qalxdıqda bu, birbaşa qiymətlərə təsir edir. Bütün dünyada belədir. Rusiya bizdən dəfələrlə çox neftə sahibdir və ixrac edir. Buna baxmayaraq, Rusiyada da benzin və dizelin qiyməti kifayət qədər yüksəkdir. Biz də bu addımı atmalı idik”.

R.Quliyev koronavuris səbəbi ilə tətbiq olunan lokdaunların da təsirini vurğuladı:

“Bu amil də var. Bütün ölkələrdə Ümumi Daxili Məhsulun və iqtisadiyyatın geriləməsi müşahidə olunur. Dünya iqtisadiyyatı təqribən 12 trilyon dollar geriləyib, hətta Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının proqnozlarına görə, bu itkilərin üzümüzə gələn iki ilin içərisində 28 trilyon dollara qədər artması gözlənilir. 28 trilyon dollar kifayət qədər böyük rəqəmdir və dünya iqtisadiyyatının beşdə birindən də çoxdur. Yəni, təbiidir ki, gedən proseslər dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir edir. Bizim ölkədə də məcburiyyət qarşısında apardığımız lokdaun siyasəti var. Hər gün 5 minə yaxın yeni koronavirusa yoluxan, xəstələnən qeydə alınırdısa, indi bu rəqəm on dəfə azalıb. Yəni müsbət nəticələr var. Amma iqtisadiyyata bunun mənfi təsiri gözlənilirdi. Bu təsirlərdən biri də ondan ibarətdir ki, biz 2021-ci ilin büdcəsində gəlir barəsində də düşünməliyik. Həmin büdcənin hardasa 40 faizə qədəri sosial məsələlərlə əlaqədar nəzərdə tutulub. Ümumiyyətlə, bizim büdcəmiz 20 ilə yaxındır ki, sosial yönümlü büdcədir”.

R.Quliyev bildirdi ki, hökumət inflyasiyanı 3 faiz həddində saxlaya bilib və cari il üçün də 3 faiz həddində proqnozlaşdırılır:

“İqtisadi artım 4 faizə qədər gözlənilir. Valyutamız devalvasiya olunmadı və biz valyutamızı saxlaya bildik. 2021-ci ildə də valyutanın eyni səviyyədə qalacağı proqnozlaşdırılır. Bizdə dövlət borcu da artmadı, təqribən 20-21 faiz civarındadır. Halbuki bütün postsovet məkanında, hətta inkişaf etmiş ölkələrdə də dövlət borcunun səviyyəsi 60-70 faizi keçib. Məsələn, Ukraynada dövlət borcu hardasa 70 faizi ötür. Bütün bunlar hamısı nəyi göstərir? Bütün bunlar Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını göstərir və büdcədə yığılan vəsait şübhəsiz ki, 2021-ci ildə insanların sosial problemlərinin həllinə yönəldiləcək”.

Milli Məclisin digər üzvü Aydın Mirzəzadə Tarif Şurasının qərarını düzgün sayır:

“Bu məsələ barəsində Tarif Şurası kifayət qədər izahat verib”.

Qərarın xalqın güzəranına təsirinə gəldikdə isə deputat deyir ki, bu məsələ hər zaman dövlətin və prezidentin diqqətindədir:

“Bu il üçün qəbul edilən büdcədə bütün bunlar nəzərə alınıb. Yeni iş yerlərinin yaradılması, əmək haqqlarının daim artması, sahibkarlığın inkişafına diqqət Azərbaycan dövlətinin diqqətində olan məsələlərdir. Vaxtaşırı bununla bağlı qərarlar qəbul edilir”.

İqtisadi ekspert Natiq Cəfərli isə deyir ki, bu qərar çox güman ki, keçən il dotasiyaların azadılmasından qaynaqlanır:

“Dövlət büdcəsindən ayrılan dotasiyalar azaldılarkən təbii ki, bunun yerini doldurmaq da lazımdır. Bu da qiymət artımı kimi qeyri-populyar və qeyri-rasional addıma səbəb olur və dövlət dotasiyaların əvəzini vətəndaşın üzərinə qoyur. Ona görə də, düşünürəm ki, bu addımın rasional bir izahı dotasiyaların ləğvi ilə bağlıdır. Çünki indiki dövrdə belə bir addımın atılmasına o qədər də ehtiyac yox idi. Ölkə iqtisadiyyatı pandemiyadan çox ciddi zərər çəkib. Bu qərar inflyasiyanı da sürətləndirəcək. Bu da indiki dövr üçün yaxşı nəticə deyil”.

Ekspert Tarif Şurasının əsaslandırmasının çox gülünc səsləndiyini bildirdi:

“Təbii ki, ekoloji problemlərin həlli çox ciddi məsələdir. Bu, bütün dünyanın problemidir. Amma bunun həllinin başqa yolları da var. Əgər daxili yanma mühərrikində benzin və dizel yanacağından istifadə edilməsini minimuma çatdırmaq istəyiriksə, bunun çox sadə yolları mövcuddur. Dəfələrlə təkliflərimiz olub ki, ölkəyə gətirilən hibrid avtomobillərin rüsumu sıfıra endirilsin, sıfır vergi tətbiq edilsin. Bununla həmin avtomobillərin ölkəyə gətirilməsini təşviq etmək olar. Nəticədə həm ekologiyaya müsbət təsiri olar, həm də ölkənin avtoparkı yenilənər”.

Qərarın əhalinin güzəranına necə təsir edəcəyinə dair sualı cavablandıran iqtisadçı ekspert vurğuladı ki, dizel yanacağının qiymətinin artması aqrar sektorda, logistikada, yükdaşımalarında qiymət artımına səbəb olacaq:

“Hökumət deyir ki, buna görə fermerlərə müəyyən kompensasiyalar veriləcək. Məncə, kompensasiyalar itkiləri tam ödəyə bilməyəcək. Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edən təkcə fermerlərin əməyi deyil, burada logistikanın da ciddi rolu var. Daşıma xərcləri də artacaq. Bu sahədə isə heç bir kompensasiya nəzərdə tutulmur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru