İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                 

"Şəxsən mən vaksinin ölkəmizə gətirilməsini gözləyirəm" - deputat
Tarix: 8-01-2021, 08:38 | Çap et
"Şəxsən mən vaksinin ölkəmizə gətirilməsini gözləyirəm"
Azərbaycanda koronavirusa yoluxanların və virusdan dünyasını dəyişənlərin sayında azalmalar davam edir. Əksər mütəxəssislər qeyd edir ki, vaksinasiya prosesi də başladıldıqdan sonra virus aprel ayına qədər həyatımızdan ya çıxa, ya da əhəmiyyətli şəkildə azala bilər.

İndi bütün dünyanın ümidi əldə edilən müxtəlif vaksinlərədir. Dünyanın bir çox ölkələri artıq bu prosesə başlayıb. Məlum olduğu kimi, Azərbaycanın da qardaş Türkiyə ilə birlikdə eyni vatxda vaksinasiyaya başlayacağı gözlənilir. Artıq ötən ilin sonunda Türkiyə Çində istehsal olunan “Sinovac” vaksinlərini alıb. Məlumata görə, hazırda Türkiyə vaksinləri Səhiyyə Nazirliyinin laboratoriyalarında yoxlamadan keçirir. Prosesin yanvarın 14-də başa çatacağı gözlənilir. Rəsmi açıqlamalara görə, ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək. Hələlik yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir yoxdur.

Qeyd edək ki, Çinin “Sinovac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. İlkin mərhələdə 50 milyon doza sifariş edilib. İlk növbədə səhiyyə işçiləri arasında peyvəndləmə aparılacaq. Hər kəsə iki dozanın vurulması tövsiyə edilir. Bildirilir ki, vaksinlər 28 günlük fasilə ilə vurulduqda infeksiyaya qarşı daha dözümlü vəziyyət yaradır.

Beləliklə, ölkəmizdə də gözlər Türkiyədə bu prosesin nə zaman başladılmasına dikilib. Vaksinlərin ilk öncə kimlərə tətbiq ediləcəyi məsələsinə gəldikdə isə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov mətbuata açıqlamasında bildirib ki, ənənəvi olaraq birinci mərhələdə əhalinin risk qruplarına aid edilmiş daha həssas hissəsi, o cümlədən tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar bu prosesə cəlb olunacaq.

Ötən gün TƏBİB məlumat yayaraq bildirdi ki, ölkəmizdə artıq koronavirusa qarşı vaksinasiya hazırlıqları başlayıb. Belə ki, “Yeni klinika” tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində “COVİD-19 vaksinasiya prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi” adlı təlimlərə start verib. Təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar ÜST və UNİCEF-in təlimatları əsasında məruzə, prezentasiya və maket üzərində praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.

Maraqlıdır, bəs ölkəmizdə də vaksinasiya prosesinə start veriləndə könüllü olaraq hansı tanınmış simalar vaksin vurduracaq?

Deputat Fəzail Ağamalı sorğumuza bu cür cavab verdi: “Hazırda vaksinasiya prosesi bütün dünya miqyasında aparılır. Ona peşəkar yanaşmalar mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı, onun yüksək səviyyəli mütəxəssisləri, eyni zamanda inkişaf etmiş iri dövlətlər artıq 1 ilə yaxındır ki, ən müxtəlif səviyyədə araşdırmalar aparır və fakt bundan ibarətdir ki, vaksinlər ən yüksək ölkələr səviyyəsində hazırlanıb. Deyilənlərə görə, ən keyfiyyətli vaksinlər Çin və Almaniya istehsalı olanlardır. Azərbaycana da məhz Çində istehsal olunan vaksinlərin gətirilməsi gözlənilir. Bundan qardaş Türkiyə də istifadə edəcək. Məlumata görə, Türkiyə həmçinin Almaniyada istehsal edilən vaksinlərdən də istifadə edəcək”.

Deputat hər kəsi vaksinlərə inanmağa çağırıb: “Xatırlayırsınızsa, koronavirus pandemiyası başlayanda bir çoxu buna inanmırdı. Virusu gah ”oyun", “fırıldaq” adlandırır, ən müxtəlif şəkildə buna qiymət verməyə çalışırdılar. Çox təəssüf ki, bəzi vətəndaşlarımız ümumdünya səviyyəsində bunun ciddi təhlükəli virus olduğunu nəzərə almır, inanmaq istəmirdilər. Nəticədə indi gördüyümüz mənzərə yaranıb. Ona görə də müxtəlif şayiələrə, fikirlərə əsaslanmayaraq, sosial şəbəkədə gedən bəzi əsassız müzakirələri bir kənara qoyaraq, peşəkar rəyinə inanmayılıq".

Fəzail Ağamalı ölkəmizdə vaksinasiya prosesi başlayanda vaksin vurduracağını bildirib: “Şəxsən mən vaksinin ölkəmizə gətirilməsini gözləyirəm və onu qəbul edəcəm. Bəli, vaksinlə özümü sığortalamağa çalışacam. Bir sözlə, vaksindən istifadə etmək lazımdır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova isə qeyd etdi ki, hazırda vaksinlərlə bağlı ən müxtəlif şayiələr var: “Lakin biz ömür boyu karantin rejimində yaşaya bilmərik. Uşaq vaxtı hər birimiz müxtəlif xəstəliklərə qarşı peyvənd olunmuşuq. Valideynlər də maraqlı idilər ki, peyvəndlər vaxtında vurulsun. Dünya hər zaman müxtəlif pandemiyalarla üz-üzə olub, bu koronavirus da yenisidir. Mən də vaksindən vurduracam. Əgər biz qorunmaq istəyiriksə, bu cür proseslərdən qorxmamalıyıq”.

Mehriban Zeynalova qeyd etdi ki, vaksinasiya prosesi ilə bağlı ölkədə maarifləndirməyə böyük ehtiyac var: “Kimsə vurduracaqsa, özündə baş verən reaksiyaları danışmalıdır və sairə. Ötən gün sosial şəbəkədə bu barədə qeyd etmişdim. İzləyicilərdən biri yazmışdı ki, İsveçdə olan dostları vaksin vurdurduqdan sonra dünyasını dəyişib. Lakin digər izləyicləri bu məlumatın əsassız olduğunu belə bir hadisə baş vermədiyini yazmışdılar. Yəni peşəkarların rəyinə diqqət etməli, əsassız şayiələrdən uzaq olmalıyıq”.

İqtisadçı-politoloq Natiq Cəfərli qeyd etdi ki, yaşına görə, eyni zamanda xroniki xəstəlikləri olmadığı üçün ona növbə sonra çatacaq: “Ona görə də düşünürəm ki, indidən bununla bağlı qərar verməyim doğru olmazdı. Yəni ilkin olaraq kimin ehtiyacı varsa, onlar vaksinasiya olunmalıdır. Sonra növbə çatdıqda bununla bağlı ayrıca qərar verəcəm. Ümid edirəm ki, vaksinasiya prosesləri koronavirusla bağlı vəziyyəti tədricən düzəldəcək”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru