USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                     “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? .....                     Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... .....                     Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... .....                     Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi .....                 

“İlanın” quyruğunu tapdamışıq, amma hələlik zəhəri qalıb” - deputat
Tarix: 8-01-2021, 10:48 | Çap et
“İlanın” quyruğunu tapdamışıq, amma hələlik zəhəri qalıb”
“Qarabağ məsələsi bitib. Mən artıq belə bir münaqişəni tanımıram. Yoxdur belə bir münaqişə. Cənab Prezident İlham Əliyev bu barədə konkret, açıq şəkildə bildirib. Mən təəcüblənirəm ki, biz yenə də Qarabağ münaqişəsi, danışıqlarla bağlı söhbət edirik”.

Bu sözləri AYNA-ya müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov deyib. Qarabağla bağlı bu il aparılacaq müzakirələrdən, görüləcək işlərdən danışan deputat bildirib ki, əsas məsələ azad olunan ərazilərə qayıdışdır.

- Müharibə bitdi, siyasi mərhələ başladı. Bundan sonra yerdə qalan məsələlərin həlli, sülh yaradılması, xalqların birgəyaşayış məsələsi var. Bunlar danışıqlar tələb etmirmi?

- Bundan sonra Azərbaycan üçün, xalq olaraq bizim üçün əsas olan, Qarabağa böyük qayıdışın təmin olunması, qayıdışın həyata keçirilməsi, 30 ildir işğal altında dağıdılan şəhərlərimizin, kəndlərimizin bərpası məsələsidir. Qarabağa qayıtmaq böyük məsələdir. Cənab Prezident Qarabağ Dirçəliş Fondunun yaradılması haqqında fərman və sərəncam imzaladı. Fondun tərkibində iqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirlərinin, aidiyyatı komitə, birlik sədrlərinin, deputatların, mədəniyyət xadimlərinin olması heç də təsadüfi deyil. Demək istədiyim odur ki, bundan sonra Qarabağın bərpası məsələsi gündəmdədir. Azad edilən ərazilərimizin çiçəklənməsi, iqtisadiyyatın, ekologiyanın, mədəniyyətin bərpası işlərinə start verilir. Bu istiqamətlər fonunda digər məsələlər var ki, əlbəttə, o məsələlər gündəmdən çıxmayıb. Bu da hərbi güc və bundan irəli gələn məsələlərdir. Fondun yaradılması ilə bağlı sərəncama diqqətlə baxsanız, görərsiniz ki, Azərbaycan üçün gələcəkdə hansı məsələlər prioritetdir.

- Yəni, 2021-ci il, sadəcə Qarabağa qayıdışla bağlı məsələlər əsas prioritetdir...?

- Bilirsiniz, biz hələ torpaqlarımız işğalda olan zaman dünyaya bizdən gözlənilməyən cavabı verdik. Yəni, dünya gücləri fikirləşirdi ki, biz Qarabağın işğalı ilə razılaşacağıq, ədalətsizliklə barışacağıq, əbədi olaraq məğlub xalq olaraq yaşayacağıq. Amma biz əvvəlcə, torpaqlarımız işğalda olarkən qalib gəldik. Elə bir iqtisadiyyat, elə bir güc, ordu yaratdıq ki, bu güc ərazilərimizin işğaldan azad edilməsinə əsas verdi. Qısa müddətdə işğalçıların ordusunu məhv edərək ərazilərimizi təmizlədik. Əlbəttə, bundan sonra hansısa qüvvələr bizi təxribatlara çəkəcəklər, buna cəhdlər olacaq. Həm xaricdən, həm Ermənistan, həm də içəridəki bəzi qüvvələr təxribatlara çəkməyə cəhd göstərəcəklər. Amma cənab Prezident hər zaman qeyri-adi, yaradıcı yanaşmalar nümayiş etdirir. Bu yaradıcı yanaşma da ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı daha da güclənir, ölkəmiz dünya səviyyəli inkişaf etmiş ölkələr sırasındadır. Ona görə də bu təxribatların qarşısı alınacaq. Bu günlərdə beynəlxalq qaz boru kəməri olan TAP istifadəyə verildi, Azərbaycan qazı dünya bazarına çıxdı. Təsəvvür edirsiniz, bu, nə deməkdir? Müharibədən yenicə çıxmış bir ölkə Avropanın enerji təhlükəsizliyini təmin edən böyük bir layihəni başa çatdırdı və TAP işə başladı.

- Belə başa düşdüm ki, hərbi sahə ilə iqtisadiyyatın güclənməsi əsas prioritetlərdəndir. Həm təxribatların qarşısını almaq, həm də Qarabağın bərpası baxımından...

- İşğaldan azad edilən ərazilərimizin dirçəlməsi, şəhərlərimizin, kəndlərimizin bərpası ilə yanaşı, dünyaya hərbi və iqtisadi gücümüzün böyük olduğunu nümayiş etdirməliyik. Həm ənənəvi neft-qaz sahəsində, həm də qeyri-neft sektorunda inkişaf etməliyik. Dünya görməlidir ki, Qarabağı necə gözəlləşdiririk. Həmçinin, mədəniyyətimizi dünyaya nümayiş etdirməliyik. Ermənistanın faşist ideologiyasına qarşı, multikultural ölkə olduğumuzu, bu dəyərlərə qiymət verdiyimizi göstərməliyik. Ermənilərin soyqrımı siyasətinə qarşı, xalqların birgəyaşayış düsturunu dünyaya təqdim etməliyik. Bu ideyaları isə qoruyan qüvvələr olmalıdır. Həmin qüvvə də güclü ordumuz və güclü iqtisadiyyatımız, xalq-iqtidar birliyi olmalıdır.

- Yəni, görülməli olan işlər çoxdur...

- Əlbəttə, işlər çoxdur, həm də həddindən artıq çoxdur. Bu işləri görmək üçün bizim hər bir potensialımız var. Ən əsası da, gördüyümüz işlərin hamısını beynəlxalq aləmə göstərməliyik, sübut etməliyik. İllər boyu bizə qarşı olan “ilanın” quyruğunu tapdamışıq. Amma o “ilanın” hələ ki, zəhəri qalıb. Həm Ermənistanın içərisində, həm də xaricdə o zəhər var. Azərbaycan dünyaya elə gözəl nümunələr təqdim edib, edəcək ki, qısqanclıqlar olacaq. Azərbaycanı başqa istiqamətə yönləndirmək cəhdləri olacaq ki, o cəhdlərə xalqımızın birliyi ilə, dövlətimizin gücü və potensialı ilə, gördüyümüz işlərlə cavab verməliyik.

- Ermənistanda və Qarabağ separatçılarının içərisində revanşist qüvvələr var. Onlar yenidən toparlanmaq, yenidən işğalçılıq etmək çağırışları edirlər. Həmin qüvvələri Azərbaycan necə ram edəcək? Ermənistan cəmiyyətini necə inandırmalıyıq ki, yeni müharibə onların özləri üçün fəlakətdir?

- Əlbəttə, revanşist qüvvələr var. Özü də onların sayı az deyil, həm Ermənistanın içərisində, həm Ermənistandan kənarda yenidən müharibə çağırışı edən qüvvələr mövcuddur. Amma reallıq tamamilə başqadır. Bu gün Ermənistanın içərisindəki revanşistlər hakimiyyətə gəlməyə can atırlar. Onlar hansısa formada yenidən müharibə məsələlərini gündəmə gətirməklə öz maraqlarını güdürlər. Lakin Azərbaycanın yaratdığı reallığı dəyişdirmək mümkün deyil. Azərbaycanın qələbəsi dünyaya artıq yeni geosiyasi xəritə nümayiş etdirir. Təsəvvür edin ki, Rusiya ilə Türkiyə arasında birbaşa dəmiryol xətti olacaq. Azərbaycanın Naxçıvan bölgəsi ilə quru yolu bərpa ediləcək. Azərbaycan Ordusu Şuşada, Ağdamda yerləşib. Sərhədlərimiz bərpa olunub və əsgərimiz sərhədlərimizi elə qoruyur ki, onu pozmaq, dəyişdirmək istəyənlər faktiki olaraq özlərinə qəsd etmiş olacaqlar.

Təbii ki, hansısa revanş istəkləri var, bu çağırışlar edilir. Amma Ermənistandakı həmin qisasçılar Azərbaycanın yaratdığı reallığı dəyişmək iqtidarında deyillər. Yenidən işğalçılıq meyillərində olanların ayaqları yer tutmasın deyə Azərbaycan qəti dayanmaq fikrində deyil. Dayanmamaq, irəli getmək, artıq hərbi müstəvidə yox, iqtisadi, mədəni, siyasi-diplomatik müstəvidə işlər həyata keçirilməlidir və həyata keçirilir. Bu gün hər kəs Azərbaycanla ünsiyyətdə olmaq istəyir. Bir çox xarici qüvvələr qalib gəlmiş xalqla, dövlətlə əlaqələr qurmağa maraq göstərir. Siz baxın, Azərbaycanda hansı səviyyədə görüşlər keçirilir, ölkə başçısına kimlər təbrik məktubları göndərirlər. Bu gün beynəlxalq aləmdə regionumuz Azərbaycanın qələbəsi üzərində təhlil edilir. Bütün bunları Ermənistanın həmin revanşist qüvvələri nəzərə almalı, ağıllarını başlarına yığmalıdırlar. Ermənistan düz yola gəlib Azərbaycanla, Türkiyəylə, Rusiyayla normal münasibətlər qurmalıdır. Əks təqdirdə, bir dövlət olaraq özü-öz mövcudluğunu sual altında qoymuş olacaq.

- Rusiya və Ermənistan mətbuatında məlumatlar yayılıb ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri yanvarın 11-də Moskvada görüşəcəklər. Sizcə, bu görüşdən hansı nəticələr əldə edilə bilər?

- Mənim elə bir görüş barədə məlumatım yoxdur. Bu gün Ermənistan daxilində xaosdur, ciddi böhran müşahidə edilir. Onlar bu gün özləri anlamırlar ki, Ermənistanı kim, necə, hansı səviyyədə və hansı imkanlarla beynəlxalq aləmdə təmsil etmək iqtidarındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru