Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                     Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı .....                     Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər .....                     Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib .....                     UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? .....                     Üçuşaqlı ailələrə müjdə .....                     1085-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib .....                     Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? .....                     Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. .....                     AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb .....                     “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” .....                     Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı .....                     AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... .....                     BU VURHAVURDA... YAP niyə susur ki? .....                     Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının .....                     “Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi .....                     Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib .....                     AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. .....                     “Mingəçevir Bazar” QSC-nin .....                     Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. .....                     Sərhəd postlarının koordinatları xalqdan gizlədilir .....                     "Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb .....                     Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır .....                 

Rusiya masada özündən başqa heç kimi istəmir - Partiya sədri
Tarix: 15-01-2021, 08:54 | Çap et
Rusiya masada özündən başqa heç kimi istəmir
44 günlük Vətən Müharibəsi Azərbaycanın regiondakı üstünlüyünü bərpa edib. Artıq bölgədə proseslər yeni müstəviyə keçib. Azərbaycanın öz sərhədlərini, ərazi təhlükəsizliyinin qorunması müstəvisində qarşılaşdığı vəziyyətlər gərginliyi ilə diqqət çəkir.

Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Ümid partiyasının sədri İqbal Ağazadə maraqlı nüansları önə çəkib.

- Azərbaycan-Ermənistan arasında aparılan danışıqlarda əsas vasitəçi olan Rusiya regionda nəyə nail olmağa çalışır. Bu prosesdə Azərbaycan üçün mühüm olan nədir?

- Bu gün Azərbaycan üçün mühüm olan odur ki, proses gedir. Azərbaycan bu prosesdən uduzmur. Rusiya bu görüşləri ona görə təşkil etmir ki, tərəflər sülhə nail olsun, Cənubi Qafqaza əminəmanlıq gəlsin. Hamı yaxşı başa düşür ki, Kreml bu görüşü regionda möhkəmlənmək, regionu öz nüfuz dairəsindən çıxmamaq üçün yollar axtardığına görə təşkil edir. Moskva daha çox “masalar” təşkil edir və daha çox sənədlərin imzalanmasına çalışır ki, onun əsasında tərəflərə təzyiq edib regionda qalmaq üçün hüquqi əsas tapsın. Şimal qonşumuz bunu reallaşdırmaq üçün hələlik ortaya mövqe qoya bilir. Hələlik regionda masanın başında Rusiya dayanır.

- Azərbaycan Ermənistanla danışıqlarda kommunikasiya və iqtisadi-ticari əlaqələrin qurulmasından əvvəl ilk növbədə hansı məsələnin həlli üzərində dayanmalıdır?

- Kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması yalnız o şərtlə mümkün ola bilər ki, tərəflər Azərbaycanın ərazi bütövlüyünü tanısın. Hesab edirəm ki, yaradılan işçi qrupunun və Azərbaycanın səlahiyyətli nümayəndələrinin danışıqlarda ilk qaldıracağı məsələ bu olmalıdır. Artıq ondan sonra prosesi fərqli istiqamətdə aparmaq rahat olacaq. Təəssüf ki, bu məsələ indiyə qədər ortaya gətirilməyib.

Ona görə də Azərbaycanın danışıqlarda birinci növbədə BMT-də qəbul edilmiş sərhədlər çərçivəsində dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsini qaldırmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanımalıdır. Ərazi bütövlüyü tanındıqdan sonra konflikt yeni bir mərhələyə daxil olur. Artıq bundan sonra Ermənistan tərəfindən hər hansı bir hərbi müdaxilə baş verərsə, bu, bir ölkənin başqa bir ölkənin ərazisinə qəsdi və yaxud da müharibəyə başlaması kimi qiymətləndirilə bilər. Diqqət edirsizsə, Rusiya bu məsələdə də maraqlı deyil. Rusiya ərazi sərhədlərinin bütövlüyü məsələsinin müzakirəsinə başlanılmasını istəmir.

- Sizin fikrinizcə, Qarabağ məsələsi yenidən beynəlxalq müstəvidə hüquqi bir mərhələyə daxil ola bilərmi?

- Ərazilərimizin tanınmasından sonra Azərbaycan istənilən danışıqlarda hüquqi üstünlük əldə edəcək. Ona görə də, qeyd etdiyim kimi, Ermənistanı daha çox buna məcbur etmək lazımdır. Azərbaycan ortaya belə bir mövqe qoymaldır ki, əgər sən mənim ərazi bütövlüyümü tanımırsansa, mənim ərazi bütövlüyümə qəsd və yenidən müharibə etmək barədə düşünürsənsə, mənim səninlə iqtisadi və siyasi əlaqələr qurmağım məntiqə uyğun deyil. Biz xoş məramımızı ifadə eləyirik, kommunikasiyaların açılmasının, Ermənistanın blokadadan çıxmasının tərəfdarıyıq, region xalqlarının yaxın qonşuluq münasibətləri çərçivəsində barış və sülh şəraitində yaşamasını istəyirik. Lakin sən də bunun müqabilində BMT-nin tanıdığı sərhədlər çərçivəsində mənim ərazi bütövlüyümü və suverenliyimi tanımalısan. Bizim ərazilərimiz tanınandan sonra biz istənilən məsələni istənilən masada müzakirə edə bilərik.

- Türkiyənin bir sıra ekspertləri Türkiyənin bu danışıqlar prosesinin kənarına itələndiyini deyir. Türkiyə bu dəfə niyə kənarda qaldı?

- Ermənistan və ayrı-ayrı dövlətlər regionda prosesin içərisində olmaqda maraqlıdır. Rusiya isə “masada” ondan başqa heç kimi istəmir. Azərbaycan masada Türkiyənin olmasında maraqlıdır. Amma masada əsas söz sahibi Rusiyadır.

Yəni bu təkcə Azərbaycanın istəyi ilə bağlı olan məsələ deyil. Türkiyənin bu masada olmasını istəyən çox az dövlətlər var. Azərbaycandan başqa kimsə Türkiyənin masada olmasını istəmir. Bunu ilk növbədə istəməyən Rusiyadır, Avropa ölkələridir. Hətta Rusiyaya embarqo, sanksiya tətbiq eləyən dövlətlər belə Rusiyanın regiona daxil olmasına qarşı çıxmadılar. Türkiyənin hətta sülhməramlı qismində regiona gəlməsini əngəlləmək üçün mövqelər ortaya qoydular. Hər kəs Türkiyəyə qarşı çevrildi. Rusiya bu məsələdə mövqelərini açıq ifadə etməsə də, hamı çox yaxşı bilir ki, Kreml Türkiyənin nəinki masada, bölgədə olmasını istəmir. Faktiki olaraq tək Azərbaycanın istəyi ilə bu məsələni gerçəkləşdirmək o qədər də asan deyil. Azərbaycan fərqli mövqe tutmalıdır. Azərbaycan ərazilərini qorumaq üçün Türkiyə ilə ikitərəfli birgə əməkdaşlıq müqaviləsi bağlayıb, türk ordusunu öz ərazisinə dəvət etməlidir. Türkiyə Monitorinq Mərkəsindəki funksiyasından istifadə edirsə, sülhməramlıların, o cümlədən Ermənistanın Dağlıq Qarabağın üzərində hüquqlarının genişləndirməsinə və hər məsələyə müdaxilə etməsini əngəlləyən bir siyasət yürütməlidir. Eləcə də Ermənistan və İranla sərhədlərinin qorunması istiqamətində Türkiyə-Azərbaycan müqaviləsi bağlanmalıdır. Görünür ki, bu məsələ ilə bağlı Türkiyənin də edə biləcəyi çox az şey var idi.

- Başqa bir mülahizəyə görə, Putin və Makron Cənubi Qafqazda hansısa yeni bir model barədə razılığa gəldilər.

- Heç kəs Cənubi Qafqazda yeni model düzəldə bilməz. Hər hansı yeni model birinci növbədə Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanın Türkiyənin razılığı və maraqları qorunmadan hər hansı prosesdə iştirakı məntiqdən çox uzaq görünür. Əgər bu, Azərbaycanın maraqlarına zidd olacaqsa, dövlətimiz heç bir halda razılaşmayacaq. Türkiyənin maraqlarına zidd olarsa, Azərbaycan belə layihələrdə iştirak etməyəcək. Əgər qəbul etsək ki, Fransa regionda Türkiyəyə qarşı sərt mövqedə dayanan ölkədir, Rusiya Surya və Liviyada Türkiyə ilə döyüş halındadır, deməli hər hansı “Rusiya-Fransa modeli” Türkiyənin ziyanına ola bilər. Ona görə də Azərbaycan bu məsələrərdə iştirak etməyəcək. Azərbaycanın iştirak etmədiyi hər hansı layihə isə iflasa uğrayacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
“Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28
Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25
AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22
BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08
“Ruskiy dom” iddiasını təkcə o təkzib etmədi - SENSASİON GERÇƏKLƏR
Bu gün, 09:07
Tramp Rusiyanın Vogeli azad etməsini yüksək qiymətləndirdiyini deyib
Bu gün, 09:06
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
Bu gün, 08:55
“Mingəçevir Bazar” QSC-nin - SƏHMDARLRI TOPLANIR
Bu gün, 08:52
Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 08:49
Sərhəd postlarının koordinatları xalqdan gizlədilir - Paşinyanın tənqidçiləri iddia edir...
Bu gün, 08:47
"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın üzərindəki HƏR İKİ lövhə sökülüb - FOTO
Bu gün, 08:44
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
Bu gün, 08:42
“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:41
Rusiya bizi ermənilərlə BARIŞMAĞA DA QOYMUR... - FAKT BUDUR!
Bu gün, 08:37
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33
Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27
Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru