“Bu cür fikirləri totalitar rejim və imperiyalar insanları mübarizədən çəkindirmək məqsədilə yayır…” - Etibar Məmmədov
Tarix: 27-01-2021, 08:30 | Çap et
![“Bu cür fikirləri totalitar rejim və imperiyalar insanları mübarizədən çəkindirmək məqsədilə yayır…” “Bu cür fikirləri totalitar rejim və imperiyalar insanları mübarizədən çəkindirmək məqsədilə yayır…”](/uploads/posts/2021-01/thumbs/1611721852_777.jpeg) Hələ cəngindən tamam qurtarmadığımız 3 əsrlik Rusiya imperiyasının totalitar, avtoritar, şovinist və s. xislətləri, onun ərazisində yaşamış hər bir insanın taleyində özünü bu və ya dərəcədə göstərib. Azərbaycan xalqının, hələ öncələri demirik, yalnız 1988-1991-ci illərdə milli azadlıq, suverenlik, müstəqillik uğrunda apardığı mübarizə zamanı çəkdiyi müsibətlər, yaşadığı faciələr də buna əyani sübutdur. Kimisi maddi cəhətdən hədsiz əziyyətlərə qatlaşdı, kimisi dogma yurdundan didərgin salındı, özü, yaxud doğmaları həlak oldu, yaralandı, əsir düşdü, kimisi isə apardığı mübarizəyə görə aylarla, illərlə zindanlarda yatdı, əzab-işgəncə çəkdi, bəziləri isə rahatlığı seçərək rejimə boyun əydi, xalqını, Vətənini satdı və mənəvi çirkab içində əldə etdiyi vəzifə, var-dövlət hesabına “təmiz” ömür sürdü…
O dövrdə Sovet rejiminə qarşı mübarizə aparanların hədələndiyi, qorxudulduğu zindanlar əsasən SSRİ DTK-nın “Lefortovo”, “Matrosskaya tişina” adlı xüsusi həbsxanaları idi. Və o illərdə indiyədək “aktuallı”ğını itirməyən belə fikirlər də yayılır və ağızdan-ağıza dolaşırdı: “ “KQB”nin türməsinə, “Lefortovo”ya-filana düşən adam oradan boynuna hansısa şərt qoyulmamış salamat, təmiz çıxa bilməz…”
31 il öncə elə bu günlərdə - sovet-rus ordusunun Bakıda törətdiyi 20 Yanvar qətliamından bir neçə gün sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən həbs edilən AXC liderlərindən biri – Etibar Məmmədov “KQB”-nin “Lefortovo” zindanına salındı və 9 ay yarım - 1990-cı ilin noyabrınadək orada saxlanıldı…
İstiqlalçı deputat Etibar Məmmədovla Moderator.az üçün söhbətimizə elə “KQB” zindanları haqda yuxarıda səsləndirdiyimiz fikrə münasibəti ilə başladıq. “Belə düşünənlərin xətrinə dəyməsin, bu cür fikri yalnız bəsit, primitiv düşüncəli adamlar söyləyə bilər. Təbii ki, “KQB” zindanlarına düşən adamlara təzyiqlər də olurdu. Amma fiziki təzyiqdən söhbət getmir. Çünki mənə qarşı nə həbs olunan vaxtı, nə də “Lefortova” da saxlanıldığım müddətdə belə bir təzyiq olub. Odur ki, yalandan deyə bilmərəm ki, bu tip zindanlara düşənlərə fiziki təzyiq olurdu. Ancaq əvəzində elə mənəvi-psixoloji təzyiqlər edilirdi ki, bir çox insanlar buna dözmürdülər. Və o da təbiidir ki, həbsdə saxlayan tərəfin təklifləri də olur. Əməkdaşlıq təklif edirlər, şantaj etməyə çalışırlar. Çox şeylər olur. Həmin o təklifləri təzyiq və hədələrə dözməyib qəbul edənlər də, dözüb etməyənlər də olur. Yəni bu tip zindanlara girənlərin nə 100 faizi bayıra agent kimi çıxır, nə də hamısı oradan azadlığa qəhrəman kimi çıxır. Hər cür hal ola bilər. Bununla belə, ““Lefortovo” tipli zindanlara girənlər heç bir halda oradan hansısa şərt qoyulmamış, ələ alınmamış, təmiz çıxa bilməzlər” –söyləmək də ya dediyim kimi, primitiv düşüncənin məhsuludur, ya da həmin fikri belə zindanlara salınmamışdan agentlik edənlər xüsusi sifarişlə yayırlar. Belə fikirləri elə əks tərəf, yəni vətəndaşların mübarizə apardığı hansısa totalitar, avtoritar rejim, yaxud imperiyalar da yayır və müzakirə obyektinə çevirirlər ki, insanları mübarizədən çəkindirsinlər. Yəni xalqda belə bir əqidə formalaşsın ki, onsuz da mübarizə aparmağın mənası yoxdur. Belə zindanlara düşsək, salamat, təmiz çıxa bilməyəcəyik. Və bu cür şəraitdə vəziyyətdə rejim də istənilən bir adamı oraya salıb-çıxardaraq onun artıq satılması təəssüratını yaradır...”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
• Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42 |
|
|
|
• "Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39 |
|
|
|
• Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32 |
|
|
|
• Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18 |
|
|
|
• Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14 |
|
|
|
• Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10 |
|
|
|
• Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07 |
|
|
|
• Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00 |
|
|
|
• “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59 |
|
|
|
• Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57 |
|
|
|
• Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48 |
|
|
|
• Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44 |
|
|
|
• Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43 |
|
|
|
• İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39 |
|
|
|
• USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35 |
|
|
|
• BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33 |
|
|
|
• İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• "Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25 |
|
|
|
• "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23 |
|
|
|
• Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21 |
|
|
|
• “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16 |
|
|
|
• Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55 |
|
|
|
• BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51 |
|
|
|
• Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44 |
|
|
|
• “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36 |
|
|
|
• Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31 |
|
|
|
• Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29 |
|
|
|
• UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26 |
|
|
|
• Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17 |
|
|
|
• 1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05 |
|
|
|
• Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02 |
|
|
|
• Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59 |
|
|
|
• Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53 |
|
|
|
• AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• “Ümid edirəm ki, Prezidentimiz oğlumun azadlığa çıxması üçün öz humanistliyini göstərəcək” - Hüseyn Abdullayevin anası
Bu gün, 09:28 |
|
|
|
• Gənc şairin öldüyü ağır yol qəzası ilə bağlı QƏRAR
Bu gün, 09:25 |
|
|
|
• AZƏRİQAZ-da mühüm postda DƏYİŞİKLİK... - FOTO
Bu gün, 09:22 |
|
|
|
• BU VURHAVURDA... YAP niyə susur ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:10 |
|
|
|
• Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
Bu gün, 09:08 |
|
|
|
|