"Elə deputat var ki, indiyə kimi bir şəhid ailəsinin qapısını açmayıb" - ETİRAZ
Tarix: 5-02-2021, 08:11 | Çap et
!["Elə deputat var ki, indiyə kimi bir şəhid ailəsinin qapısını açmayıb" "Elə deputat var ki, indiyə kimi bir şəhid ailəsinin qapısını açmayıb"](/uploads/posts/2021-02/thumbs/1612498268_0001.jpg) Sosial şəbəkələrdə Milli Məclis üzvlərinin aylıq əməkhaqlarını əks etdirən cədvəlin yayılması ictimaiyyətdə ciddi rezonans doğurub. Maaş cədvəlinə münasibət bildirənlərin əksəriyyəti deputatların bu qədər çox məvacib almasına kəskin etiraz ediblər. Narazılığın artmasından sonra Milli Məclisin mətbuat xidməti yayılan söz-söhbətə aydınlıq gətirib.
Parlamentdən vurğulanıb ki, bir sıra sosial şəbəkələrdə “Deputatların yeni əməkhaqqı cədvəli” başlığı altında yayımlanan iddialar həqiqəti əks etdirmir. Bəyan edilib ki, bəzi qərəzli dairələr tərəfindən bu cür yalan iddiaların irəli sürülməsində məqsəd ictimai rəyi çaşdırmaq, Milli Məclisin nüfuzuna xələl gətirməkdir. Qeyd olunub ki, spiker 2 min 475 manat miqdarında, sədr müavinləri 2200, komitə rəhbərləri isə 1900 manat civarında aylıq maaş alır. Bundan başqa sədr və deputatlar əlavə xərclər üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət “Şərq”ə bildirib ki, cəmiyyət şəffaflıq istəyir və tələb edir ki, hər kəs layiq olduğu qiyməti almalıdır. Media nümayəndəsinin sözlərinə görə, Milli Məclis rəsmiləri iddiaları təkzib etmək əvəzinə deputatların əmək haqları ilə bağlı öz internet saytlarında açıq informasiya təqdim etsələr daha yaxşı olardı:
“Kim istəsə, parlamentin saytına daxil olar və sədr başqa olmaqla hansı deputatın nə qədər maaş, ezamiyyə xərcləri və digər əlavələr aldığını görər. Bu həm də informasiya əldə etmək haqqında konstitusiyamızın tələbidir və hər vətəndaşın haqqıdır. Lakin Milli Məclis açıq məlumat təqdim etmir. Nəticədə cəmiyyətdə dedi-qodu və şayiələr yayılır. Söz-söhbət yayılandan sonra iddiaları təkzib etməyin nə mənası var?! Parlament əvvəlcə özü şəffaflığı təmin etməlidir”.
A.Həsrətin qənaətincə, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin Milli Məclisin tərkibinə çox ciddi reaksiyası və narazılıq var:
“İnsanlar parlamentin mövcud tərkibini həzm edə bilmir. Qanunverici orqanda oturanların əksəriyyəti Azərbaycanın ictimai-siyasi rəyinə dəxli olmayan təsadüfi adamlardır. Tariximizin ən mühüm hadisəsi olan 44 günlük Vətən müharibəsində belə səssizliyini qoruyanlar oldu. Bir dəfə olsun ağızlarını açmadılar. Hansısa xarici ölkənin parlamentinə, beynəlxalq təşkilatlara məktub yazdıqlarını görmədik. Belə adamların cəmiyyəti qıcıqlandırması normaldır. Deputatların sosial media hesablarına, feysbuk profillərinə nəzər yetirsək, görərik ki, dörd-beş parlament üzvünü çıxmaqla yerdə qalanlar görünmürlər. Deputat olduqları hiss olunmur”.
Jurnalist vurğulayıb ki, əksər parlamentarinin “fəaliyyəti” Vətən müharibəsində özünü daha aydın büruzə verdi:
“Müharibə dövründə və sonrakı dönəmdə ölkəmizin müxtəlif bölgələrinə, şəhər və kəndlərimizə şəhidlərimiz gətirildi: “Elə deputat var ki, indiyə kimi bir şəhid ailəsinin qapısını açmayıb, hansısa qazinin evini ziyarət etməyib. Uzaqdan zəng belə etməyiblər. Bu cür deputatlara xalq arasında rəğbət və sayğı ola bilməz. Ona görə də parlament üzvləri ilə bağlı kiçik məsələ cəmiyyətdə neqativ tərəfdən yozulur və günlərlə müzakirə olunur.
Düşünürəm ki, cənab Prezidentin icra strukturlarında həyata keçirdiyi sürətli islahatlar parlamentə də sirayət etməlidir. Çünki indiki tərkibin böyük hissəsi müharibə günlərində heç nəyə yaramadıqlarını aydın göstərdilər”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01 |
|
|
|
• Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59 |
|
|
|
• Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02 |
|
|
|
• Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09 |
|
|
|
• Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08 |
|
|
|
• Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54 |
|
|
|
• Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42 |
|
|
|
• "Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39 |
|
|
|
• Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34 |
|
|
|
• Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32 |
|
|
|
• Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22 |
|
|
|
• İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18 |
|
|
|
• Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14 |
|
|
|
• Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10 |
|
|
|
• Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07 |
|
|
|
• Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04 |
|
|
|
• Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00 |
|
|
|
• “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59 |
|
|
|
• Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57 |
|
|
|
• Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48 |
|
|
|
• Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44 |
|
|
|
• Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43 |
|
|
|
• İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39 |
|
|
|
• USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35 |
|
|
|
• BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33 |
|
|
|
• İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27 |
|
|
|
• "Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25 |
|
|
|
• "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23 |
|
|
|
• Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21 |
|
|
|
• “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16 |
|
|
|
• Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55 |
|
|
|
• BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52 |
|
|
|
• Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51 |
|
|
|
• Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44 |
|
|
|
• “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36 |
|
|
|
• Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
• Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31 |
|
|
|
• Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29 |
|
|
|
• UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26 |
|
|
|
• Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17 |
|
|
|
• 1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05 |
|
|
|
• Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02 |
|
|
|
• Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59 |
|
|
|
|