“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                 

Partiyalara ayrılan büdcə vəsaiti nə dərəcədə ədalətli bölünür? - AKTUAL
Tarix: 17-02-2021, 16:22 | Çap et
Partiyalara ayrılan büdcə vəsaiti nə dərəcədə ədalətli bölünür?
Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyinin fevralın 16-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, ilin birinci rübü üzrə 10 siyasi partiyaya ümumilikdə 857.5 min manat ödənilib. Bunlar Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Respublikaçı Alternativ Partiyası və Milli Cəbhə Partiyasıdır.

Məlumatda vurğulanır ki, vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun ayrılır.

Qüvvədə olan qanunda bölgü belədir: vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə deputatların sayına proporsional bölünür. Qalan 10 faizdən yarısı son seçkilərdə namizədləri səslərin azı 3 faizini qazanmış, lakin parlamentə düşməyən partiyalar arasında səslərin sayına proporsional olaraq ayrılır. Digər yarısı isə təkrar və əlavə seçkilərdə yer qazanan partiyalara verilir.

Azərbaycanda son parlament seçkiləri ötən il fevralın 9-da keçirilib. Yerlərin yarıdan çoxunu Yeni Azərbaycan Partiyası (YAP) qazanıb. Qalan yerlərdən təxminən 40-ı bitərəflərə, 10-u isə başqa partiyalara məxsusdur. YAP-dan sonra ən çox yer qazanan partiya 3 mandata yiyələnib.

Azərbaycanın siyasi sistemində YAP istisna olmaqla, adı çəkilən partiyaların yeri və rolu çox minimaldır. Bu partiyaların bəzilərini xalq ümumiyyətlə, tanımır, yaxud onlara heç vaxt səs verməyib. Bu da nəticə etibarilə ölkənin siyasi inkişaf səviyyəsini göstərir. Qeydiyyatda olan 50-dan artıq partiyanın əksəriyyəti müstəqilliyin ilk illərində yaranıb. Milli azadlıq hərəkatının fəal iştirakçıları müxtəlif təmayüllü siyasi təşkilatlar yaradıb, onların tərkibində birləşiblər. Mərhum prezident Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası (YAP) 1993-cü ildən iqtidardadır. Onun əsas müxalifəti də xalq hərəkatının yetirməsi olan AXCP və Müsavat olaraq qalır. 90-ci illərin populyar siyasi təşkilatlarından biri – AMİP isə ölkənin siyasi həyatına təsir imkanlarını, demək olar, itirib, yalnız adı qalıb. AXCP və Müsavat vaxtaşırı qopmalara, parçalanmalara, eləcə də təzyiqlərə (xüsusən AXCP) məruz qalaraq zəifləsələr də, ictimai rəydə gerçək müxalifət imiclərini saxlaya biliblər. Ölkənin siyasi həyatına sonralar daxil olmuş (ReAL, Ağ Partiya və s.) partiyalar da yuxarıda adıçəkilən siyasi təşkilatların keçmiş aparıcı funksionerləri tərəfindən təsis edilib.

Azərbaycanda proporisonal seçki sistemi 2002-ci ilin avqustunda keçirilən referendumla ləğv olunub. Bu hadisə ölkənin siyasi sisteminə dağıdıcı təsir göstərib. Partiyalar getdikcə zəifləyib, onların kütləviliyi, siyasi proseslərə təsiri, habelə daxili rəqabət imkanları azalıb. Bu qüvvələr tədricən əsas mahiyyətini itirərək liderlər ətrafında toplaşan siyasi qruplara çevriliblər. Onlar hakimiyyət uğrunda mübarizə aparmaqdan daha çox, öz mövcudluğunu qoruyub saxlamağa çalışan, buna məcbur olan yarımleqal icmaları xatırladır. Çünki repressiyalar, təzyiqlər, seçkilərin ard-arda saxtalaşdırılması siyasi partiya institutunu sarsıdıb. Əsasən 2005-ci ilin parlament seçkilərindən sonra Azərbaycanda müxalif siyasi fəaliyyət, ümumiyyətlə, müxalifətçilik təhlükəli və pesrspektivsiz məşğuliyyətə çevrilib. Siyasi təşkilatların marginallaşmasında, ümumən siyasətin deqradasiyasında neft pullarının da böyük rolu olub. Hökumət əlindəki imkanlardan alternativ qüvvələri və onların nəzarətindəki medianı dağıtmaq üçün gen-bol istifadə edib. Nəticədə uzun müddət seçkilər rəqabətsiz keçib, siyasi məhbus siyahıları biri-birini əvəzləyib, ölkədə siyasi proses faktiki dondurulub, müxalif siyasi fəaliyyətə cəmiyyətdə maraq itib. Referendumlarda parlamentin rolunun azaldılması, prezident institutunun – icra hakimiyyətinin mütləq səlahiyyətlərə malik olması da partiya rəqabətini lazımsız edib.

Uzun müddət davam edən bu tendensiya hətta hakim partiya hesab olunan YAP-ın da rolunu zəiflədib, onu siyasi idarəçilikdən, qərarların qəbulu mexanizmlərindən uzaqlaşdırıb. YAP üzvlüyü 2013-cü ildən sonra yuxarı postlara təyinatda ciddi rol oynamayıb, bu partiya ənənəvi “kadr bankı” funksiyasını itirib. Təsadüfi deyil ki, son 5-6 ildə hakimiyyətdə yüksək vəzifələrə təyin olunanların əksəriyyəti partiyasızdır, bu səbəbdən hazırda YAP-ın hakim partiya olub-olmadığı məsələsi də mübahisəlidir. Məsələn, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, xarici işlər naziri Ceyhun Bayramov, kənd təsərrüfatı naziri İnam Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Anar Kərimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli, TƏBİB-in icraçı direktoru Ramin Bayramlı YAP üzvü deyillər. Prezidentin 5 köməkçisindən yalnız biri YAP üzvüdür, birinci vitse-prezidentin isə heç bir köməkçisi hakim partiyada təmsil olunmayıblar.

Beləliklə, Azərbaycanda siyasi partiya institutunun son illər öz əhəmiyyətini itirdiyi və siyasi sistemdə hər hansı rol oynamadığı qənaətinə gəlirik. Bu, anormal bir durumdur və ölkədə demokratik inkişafı, hüquq və azadlıqların təminatını çətinləşdirir. Hakimiyyətin ötən il irəli sürdüyü dialoq təşəbbüsünü, bir sıra partiyaların dövlət qeydiyyatına alınmasını, bəzilərinə ofis verilməsini ümumən müsbət tendensiya kimi qiymətləndirmək olar. Amma bu prosesin nə dərəcədə səmimi və obyektiv aparıldığı, həqiqətən müxalif partiyaların fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına və ölkədə siyasi rəqabət mühitinin bərpasına yönəlib-yənəlmədiyi ilə bağlı suallar, şübhələr var.

Hakimiyyət həqiqətən dialoqda, əməkdaşlıqda, ölkənin demokratik inkişafında maraqlıdırsa, onda dialoq real məzmun kəsb etməli, bütün siyasi qüvvələri əhatə etməli, Seçki Məcəlləsi başda olmaqla, qanunvericilikdən əngəlləyici müddəalar çıxarılmalı, bu sənədlərə mütərəqqi əlavə və dəyişikliklər edilməlidir.
//PRESSKLUB.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru