Naxçıvanda müalicəvi xüsusiyyətləri ilə məşhur olan "Duzdağ Fizioterapiya Mərkəzi" Publik Hüquqi Şəxsin baş həkimi vəzifəsindən azad edilib.
"DİA-AZ"ın Qaynarinfo-ya istinadən məlumatına görə, 2018-ci ildən mərkəzin baş həkimi vəzifəsində çalışmış Qazıbəyova Heyran Aydın qızı işdən azad olunub və yerinə Rzayev Vaqif Rəşid oğlu təyin edilib.
Qeyd edək ki, Heyran Qazıbəyova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun adamı kimi tanınıb. Elə onun vaxtında sözügedən vəzifəyə təyin olunub.