“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                 

YAP-ın təcili qurultay müəmması - Hakim partiya bu barədə rəsmi mövqe bildirməyə tələsmir
Tarix: 3-03-2021, 08:52 | Çap et
YAP-ın təcili qurultay müəmması
Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Bu barədə “Yeni Müsavat”a YAP rəhbərliyinə yaxın qaynaqlar məlumat veriblər. Məlumatın yayılmasından keçən müddətdə YAP bu barədə rəsmi mövqe bildirməyib.

YAP üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Yeni Müsavat”a bildirdi ki, qurultayla bağlı o da mətbuatdan xəbər tutub. “Mən sıravi YAP-çıyam”, deyən S.Seyidov hələ ki qurultaya dəvət almadığını qeyd etdi. Qurultaydan gözləntilərini soruşduqda, S.Seyidov bildirdi ki, o, həmişə bu məsələ ilə bağlı çıxış edib: “YAP-ın iclaslarına dəvət edəndə bildirmişəm ki, belə bir qurultayın keçirilməsi çox vacib, çox əhəmiyyətlidir. Azərbaycanda islahatlar hər yerdə gedir, o cümlədən YAP-ın içərisində də getməlidir və YAP-ın fəaliyyəti ilə bağlı da həyata keçirilməlidir”.

"Qarşıdakı qurultay hakim partiyada gəncləşmə siyasətinin həyata keçirilməsini nəzərdə tuturmu", sualına cavabında deputat qeyd etdi ki, islahatlar yalnız gəncləşməni nəzərdə tutmur: “Təbii, o cümlədən gəncləşməni. Ancaq hesab edirəm ki, siz gəncləşmə deyəndə idarəetməni, ümumiyyətlə, dünyada gedən proseslərin təhlilini, əlaqələri, bütün məsələləri nəzərdə tutursunuz. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bunu gəncləşmə ilə məhdudlaşdırmaq düzgün olmazdı. Təbii ki, o cümlədən də gəncləşmə. Ancaq ümumi islahatlar mütləq getməlidir”. "Özünüzü YAP-ın rəhbər strukturlarında görürsünüzmü", sualına cavabı isə belə oldu: “Mənim xeyli vəzifələrim var və mən sıravi YAP-çı olmağımla fəxr edirəm.”

Adının açıqlanmasını istəməyən qaynaqlar isə iddia edir ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır. Onların yerinə gənc kadrlar seçiləcək. Məlumata görə, hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adlarını təxmin etmək mümkündür. Onlar YAP sədrinin 4 müavinindən ikisi olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti). İddia olunur ki, hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov (baş nazirin sabiq müavini), Vaqif Əliyev (mədəniyyət və turizm nazirinin müavini), Nurlana Əliyeva (Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri), Nizami Xudiyev (Pedaqoji Universitetin kafedra müdiri), Abel Məhərrəmov (BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları aktiv siyasətlə və partiyanın seçkili orqanları ilə vidalaşacaqlar. YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanovun da hakim partiyanın rəhbər heyətinin siyahısından çıxarılacağı vurğulanır.

“Bizdə də belə bir məlumat, informasiya -qeyri-rəsmi- var ki, partiyamızın yaxın zamanlarda növbəti qurultayı ola, keçirilə bilər. Partiyamızın müxtəlif strukturlarında da bu haqda söz-söhbətlər dolaşır. Amma partiya rəhbərliyindən, rəsmi səviyyədə qurultayla bağlı bizə heç nə daxil olmayıb, deyilməyib. Bu baxımdan, qurultay ola da bilər, olmaya da”. Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən və hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən millət vəkillərindən biri deyib. Qeyd edib ki, qurultayla bağlı məlumatlar, fikirlər hələlik və daha çox ehtimallar şəklində, səviyyəsindədir. “Yenə də qeyd edirəm ki, rəsmi səviyyədə hələlik heç nə yoxdur, bizlərə heç nə deyilməyib. Amma qurultayın olma, keçirilmə ehtimalı da az deyil. Burada da qeyri-adi heç nə yoxdur və ola da bilməz. Bu, partiyamızın, onun rəhbərliyinin, seçkili orqanlarının qərar verəcəyi bir məsələdir. Kənardan da kimsənin buna qarışmasına, müdaxilə etməsinə heç bir əsas və səbəb yoxdur. Partiyamız da hər zaman yeniliklərə, dəyişikliklərə açıq olan bir partiyadır. Siyasi palitradakı bütün yeniliklər, dəyişikliklər də məhz bizim partiyaya məxsusdur”, - deyə, YAP-çı deputat sözlərinə əlavə edib. O, qurultay olacağı təqdirdə, YAP rəhbərliyində, partiyanın İdarə Heyətində, Siyasi Şurasında, İcra Katibliyi və Mərkəzi Aparatında dəyişikliklərin, yenilənmələrin baş verəcəyini, həmin strukturlarda yeni simaların təmsil olunacağını da mümkün və gözlənilən variantlardan sayıb. “Amma bir daha qeyd etmək istəyirəm ki, hələlik qurultayla bağlı heç bir rəsmi qərar, məlumat yoxdur. Ona görə də ancaq ehtimallar, mülahizələr şəklində danışmaq olar... Bir qədər gözləyək” - deyə, adının çəkilməsini istəməyən millət vəkili sonda qeyd edib.

YAP-ın qurultayının hansı məkanda keçiriləcəyi və tədbirin hansı formatda baş tutacağı da hələlik məxfi saxlanılır. Bu barədə adının çəkilməsini istəməyən deputat bildirib. Bəzi YAP-çı deputatlara qurultayda iştirakla bağlı hələlik heç nə bildirilməyib, dəvət gəlməyib. Söhbət YAP Siyasi Şurasında və İdarə Heyətində təmsil olunmayan, rayon və şəhər təşkilatlarının sədrləri olmayanlardan gedir. Məlumata görə, qurultay zamanı bəzi iqtidaryönlü tanınmış millət vəkillərinin və nüfuzlu şəxslərin də YAP-da, onun rəhbər orqanlarında təmsilçiliyi, iştirakı baş verə bilər. Mənbə bunu da istisna etməyib, mümkün variantlardan sayıb. Etikxeber.az-a açıqlamasında o, partiyanın 1999-cu ildə keçirilən qurultayında belə bir halın, məqamın yaşandığını, keçmiş ADİP-çilərin (ADİP-1-in üzvü olanlardan söhbət gedir) YAP-a keçdiyini, onların təmsilçisi olaraq, Mübariz Qurbanlının partiya rəhbərliyinə gətirildiyini də xatırladıb. “Ona görə bu qurultayda da oxşa məqamlar yaşana bilər”, - deyə, mənbə əlavə edib.

Pandemdemiya dövründə qurultayın onlayın, yoxsa adi qaydada keçiriləcəyinə gəldikdə, bu da hələlik məlum deyil. Ancaq yayılan xəbərlərdən belə aydın olur ki, ənənəvi toplantı olacaq. Martın 3-də YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən deputatların koronavirus testindən keçəcəkləri bildirilir.

Yazı çapa hazırlanarkən belə məlumat yayıldı ki, YAP-ın qurultayı İdarə Heyəti və Siyasi Şuranın genişləndirilmiş iclası formatında da reallaşa bilər. Qurultayda iştirak edəcək şəxslər isə artıq məlumatlandırılıb və YAP-ın mərkəzi qərargahına dəvət olunub. Martın 3-də isə YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri, İdarə Heyəti və Siyasi Şuranın üzvləri mərkəzi qərargahda olacaqlar.

Qeyd edək ki, YAP-ın 6-cı qurultayı 2018-ci il fevralın 8-də keçirilib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru