"Azərbaycan öz sərhədlərində möhkəmlənməklə beynəlxalq hüquqdan kənar heç bir addım atmır" - ekspert
Tarix: 17-05-2021, 09:58 | Çap et
!["Azərbaycan öz sərhədlərində möhkəmlənməklə beynəlxalq hüquqdan kənar heç bir addım atmır" "Azərbaycan öz sərhədlərində möhkəmlənməklə beynəlxalq hüquqdan kənar heç bir addım atmır"](/uploads/posts/2021-05/thumbs/1621231098_0001.jpg) Ermənistan tərəfi Azərbaycan Ordusunun sərhədləri müəyyənləşdirmək üçün qanuni addımlarına qarşı əsassız müqavimət göstərir. Qanuni sərhədlərin demarkasiya və delimitasiya prosesinini “Ermənistan sərhədlərinə müdaxilə kimi” qələmə verməyə çalışan İrəvan Qarabağın işğalda saxlanıldığı vaxtda qanunsuz olaraq bir neçə kilometr qabağa çəkdiyi dövlət sərhədini qorumağa çalışır. Düşmən tərəf yaranmış süni insidentdən böyük şou düzəldərək hay-küy qoparır, gah Rusiyanı, gah KTMT-ni, gah da Fransanı köməyə çağırır. Xüsusən, Moskvanın prosesə müdaxiləsi üçün israrlı çağırışlar edilir. Lakin İrəvan Kremldən arzuladığı reaksiyanı görə bilmir. Erməni mediası “Ermənistan və Rusiya liderlərinin Azərbaycan silahlı birliklərinin bəlli mövqedən geri çəkilməli olduğu fikrini bölüşdüklərini” tirajlayırlar. Ancaq Kremlin yaydığı rəsmi açıqlamada Rusiyanın Ermənistanla “həmfikirliyinə” dair heç bir ifadə yoxdur. Putin yalnız eskalasiyanın yolverilməzliyini ifadə edib və 10 noyabr 2020-ci il bəyanatının tələblərinə əməl edilməsini istəyib. Həmçinin, qısa müddətdə situasiyanın stabilləşəcəyinə inandığını bildirib.
Göründüyü kimi, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də informasiya manipulyasiyası edir. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib. Vurğulanıb ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri ilə bağlı bundan qabaq da bəzi narazılıqlar olub. Lakin problemlər üçtərəfli bəyanatı imzalayan tərəflərin danışığı ilə həll edilib. C.Bayramov Ermənistanın məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını bəyan edib. Bundan əlavə XİN rəhbəri ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi Filip Riker və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino ilə də bu məsələnin müzakirəsini aparıb. Bu arada məlum olub ki, KTMT-nin baş katibi Stanislav Zasla Ermənistanın müdafiə naziri vəzifələrini icra edən Vaqarşak Arutyunyan arasında növbəti telefon danışığı baş tutub. Bu barədə qurumun mətbuat katibi Vladimir Zaynetdinov deyib. Onun sözlərinə görə, mövcud situasiya ilə bağlı KTMT-yə heç bir rəsmi sənəd daxil olmayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır. O bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir: “Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”. Onun sözlərinə görə, rəsmi Bakı hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, əslində heç bir siyasi hadisə baş vermir. Professorun sözlərinə görə, 10 noyabr sazişinə əsasən, Azərbaycan-Ermənistan sərhədləri əvvəlki, yəni sovet dövründə olan inzibati sərhədlər çərçivəsində, coğrafi koordinatlar üzrə delimitasiya və demarkasiya olunur:
“Qaragöl 1988-ci ilin noyabr ayında Azərbaycan tərəfindən qoruq elan olunub. Göl bütünlüklə Azərbaycanın inzibati sərhədləri daxilindədir. Hələ göldən xeyli aralı torpaqlar da bizimdir. Bir qarış torpağımızdan vaz keçməyəcəyik. Dövlətin tarixi sərhədləri bərpa olunmaqdadır. Ermənistanla sərhəd boyu güclü sərhəd postlarımız qurulur. Kimin nə deməsindən asılı olmayaraq, proses üçtərəfli anlaşmanın tələblərinə uyğun olaraq sonadək aparılacaq. Ermənilərin hay-küy salmasının, Qaragöl ətrafında süni gərginlik yaratmasının səbəbləri bəllidir. Bir ay sonra Ermənistanda parlament seçkisi keçiriləcək. Həm iqtidar, həm də müxalifət “sərhəd gərginliyindən” maksimum yararlanmağa çalışır. Baş nazir Nikol Paşinyanı qınamaq mənasızdır. Adam küçədən gəlib və bizdəki bəzi siyasətçilər kimi “çayxana səviyyəsində” düşünür. Küçə adamının ölkədəki hay-küydən faydalanmaq istəyi başadüşləndir. Müxalifətin də məqsədi bəllidir. Əsasən, Sarkisyan-Vanesyan və Koçaryan-Sarukyan cütlüyü bütün mümkün vasitələrdən istifadə edərək Paşinyan əleyhinə təbliğat aparırlar. Ona görə də hadisələri şişirdir və əhali arasında təbliğat aparırlar. Burada erməni xisləti də öz rolunu oynayır. Ermənilər istənilən prosesi pozmaqla “məşhurlaşıblar”. İqtidar, yaxud müxalifətin sərhəd məsələsi ilə bağlı KTMT-yə, Rusiya və Fransaya müraciətləri əhəmiyyət kəsb etmir. Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ona görə də narahat olmağa dəyməz”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08 |
|
|
|
• “Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10 |
|
|
|
• Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07 |
|
|
|
• Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39 |
|
|
|
• London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11 |
|
|
|
• “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47 |
|
|
|
• "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43 |
|
|
|
• Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28 |
|
|
|
• Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22 |
|
|
|
• Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15 |
|
|
|
• Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12 |
|
|
|
• Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01 |
|
|
|
• “Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57 |
|
|
|
• Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27 |
|
|
|
• Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09 |
|
|
|
• MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04 |
|
|
|
• Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18 |
|
|
|
• “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12 |
|
|
|
• "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09 |
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
|