"Görünür o məmurlarda səviyyə, tərbiyə, əxlaq yoxdur" - Nəriman Həsənzadə
Tarix: 19-05-2021, 08:45 | Çap et
!["Görünür o məmurlarda səviyyə, tərbiyə, əxlaq yoxdur" "Görünür o məmurlarda səviyyə, tərbiyə, əxlaq yoxdur"](/uploads/posts/2021-05/thumbs/1621399526_0001.jpg) "O vaxt Ağstafadan Bakıya yaşamağa tək özüm gəlmişdim, bir anam var idi, fikirləşirdim ki, anamı da gətirim yanımda yaşasın. Axşam məktəbində dərs deyirdim, kiminsə yerinə məni hərbi xidmətə göndərdilər. Xalq şairi Səməd Vurğunun yanına getdim ki, mənə kömək etsin. Səməd Vurğun da o vaxt akademiyada vitse prezident idi. Götürüb hərbi komissarlığa zəng edib dedi ki, cavan şairdir, bir anasıdır, bir də özü, axı bir uşağı əsgər aparmırlar. Məni Rusiyaya çağırmışdılar, Səməd Vurğunun xahişi ilə Bakıya saldılar. Getdim hərbi xidmətə, bir il olmamışdı ki, xəbər gəldi ki, anan rəhmətə gedib. Mən onda əsgərlikdən qaçdım! Necə qaçdım? Salyanski kazarmada xidmət edirdim, Sovet ordusu idi. Eyvazov adlı bir mayor var idi, gəlib dedim ki, yoldaş mayor, mənim anam rəhmətə gedib, icazə verin gedib dəfn edim. Məndən başqa heç kəsi yoxdur. Dedi ki, gərək hərbi komissar teleqramı təsdiq etsin ki, anan həqiqətən də rəhmətə gedib. Mənə posta qayıtmağımı tapşırdı. Tutulub qaldım ki, bəs mənim anamı kim dəfn edəcək?! Mənə acıqlananda avtomatı üstünə çəkdim, tez əllərini qaldırıb təslim oldu ki, get, icazə verirəm. Qapıdan çıxanda yenə də 4-5 əsgər üstümə hücum çəkdi, onlara vaxt verdim ki, ya geri çəkilin, ya da atəş açıram. Geri çəkildilər və mən avtomatla birgə şəhərə qaçdım"
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə bildirib. Müsahibimiz daha sonra əlavə edib. "Gəldim şəhərə geyimimi dəyişdim, ağlaya-ağlaya Ağstafaya qaçdım. Anamı dəfn etdim, Bakıya hərbi hissəyə qayıdanda eşitdim ki, məni hərbi tribunala veriblər. Moskvaya kimi xəbər çatıb ki, bir əsgər silahla qaçıb. Bəxtimdən hər zaman qarşıma yaxşı insanlar çıxıb. Səhəri gün diviziya ilə yazıçılar görüşə gəldilər. Onların arasında Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri və s.yazıçı və şairlər vardı. Nigar xanımı da Gəncədən tanıyırdım, mənə doğma idi. Dedi ki, niyə qəmlisən, nə olub? Dərdimi dedim ona, o da Rəsul müəllimə dedi. Rəsul müəllimlə Nigar xanım generalın yanına xahişə getdilər və məni hərbi tribunaldan xilas etdilər. Bu mənim həyatımda çox böyük hadisə oldu. İndi də valideynlərimlə bərabər Nigar Rəfibəyli və Rəsul Rzaya rəhmət oxuyuram" deyə Nəriman Həsənzadə bildirib. Xalq şairi məmur özbaşınalığından da danışaraq onları ölkə başçısından nümunə götürməyə çağırıb. "İcra başçısı niyə tutulsun? Axı cənab prezident onu özü təyin edib, necə tanısın insanları? Görünür o məmurlarda səviyyə, tərbiyə, əxlaq yoxdur. Onlar xalq qarşısında cavab verməyə borcludurlar. Çünki cinayətkardırlar! Mat qalırsan ki, icra başçısı bu qədər yırtıcılıq edib. Nə istəyirsiz?! Biz cənab prezidentin arxasınca gedirik, onun kimi ölkəni hamı sevməlidir, uzağa baxmaq lazım deyil, o özü bizə örnəkdir. Xalq onun ardınca gedir. Ölkəni içəridən yeyənlərin özü də elə bizim düşmənimiz sayılır. Özünüz də görürsünüz ki, o da artıq get-gedə ələnir. Cənab prezident də onları bağışlamır. Yırtıcılıq etməkdənsə gedib hansısa şəhid ailəsinin, qazimizin problemini həll etsinlər" deyə Nəriman Həsənzadə bildirib.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08 |
|
|
|
• “Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10 |
|
|
|
• Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07 |
|
|
|
• Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39 |
|
|
|
• London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11 |
|
|
|
• “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47 |
|
|
|
• "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43 |
|
|
|
• Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28 |
|
|
|
• Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22 |
|
|
|
• Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15 |
|
|
|
• Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12 |
|
|
|
• Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01 |
|
|
|
• “Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57 |
|
|
|
• Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27 |
|
|
|
• Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09 |
|
|
|
• MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04 |
|
|
|
• Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18 |
|
|
|
• “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12 |
|
|
|
• "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09 |
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
|