"İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil" - deputat
Tarix: 22-07-2021, 08:54 | Çap et
!["İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil" "İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil"](/uploads/posts/2021-07/thumbs/1626929666_0001.jpg) "Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır". Azərbaycan Milli Mətbuatının banisi Həsən Bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi. Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır. Gün demək, Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir. Gün, Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer Kürəmizi aydınladır. 1875-ci ildə Gün işığına çıxan "Əkinçi" kodu altında öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi. Düşünürdü ki, Günəş varsa, Torpaq varsa, canlı toxum varsa, daha nə lazımdır ki, hərtərəfli yetkin bir toplum yetişsin. Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı dinin daşlı-gilli cəhalət, xurafat qarışığı var. Və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi. O, qəzet işinə söz əkinçiliyi kimi baxırdı. Toxumu səpirsən, hər qarışından cücərtilər boy verəcək. Ancaq torpağın və toplumun tərkibində hansı qarışığın olması çox önəmlidir. Yenə də şükürlər olsun ki, bu Günəşin yanğısının hesabına ayrı-ayrı vaxtlarda Günün əkinçiləri yetişdi. Onlar da durmadan toxumları səpdilər. Bu günümüzdə nələrsə yaxşı-pis cücəribsə, həmin əkinçilərin iztirablarının, alın tərinin və istedadının nəticəsidir. Bizdə bu peşənin insanlarına jurnalist deyirlər. Əsrin əvvəllərində qəzetçi deyərdilər. Fikrimcə, qəzetçi daha uyğundur. Türkiyədə də qəzetəçi ifadəsi yayğındır. Həm də birini digərindən fərqləndirmək üçün "usta qəzetəçi" ifadəsini işlədərlər. Bizdə bu təqribən "peşəkar jurnalist"ə ekvivalent ifadədir. Ancaq ən prestijlisi də "əməkdar jurnalist" ifadəsidir. Çünki bunun arxasında rəsmi tanınma sənədi var. Mənim qəzetçilərə baxışım belədir: usta qələm əhli, peşəkar qəzetçi və kar qəzetçi. Birincilər sadəcə bu peşədə özəl istedad sahibləridir və təkrarolunmaz yazı üslubları, peşə əxlaqı və idealizmi ilə fərqlənirlər. İkincilər vərdiş və təcrübə ilə bu peşədə məskunlaşıblar, öz işlərini yaxşı bilirlər, nəyi eşidib, nəyi eşitməməyi xüsusən yaxşı bilirlər. Peşə ilə karlığın sintezini qurmağı bacaranlardır. Həmişə "tərəqqi"dədirlər. Üçüncülər isə, bu sahədə özlərini eşitməzliyə qoyublar, istedadsızlıqdan narahat deyillər, imtiyaz və növbə məsələlərində həssasdırlar, peşənin içində usanmadan yaşayırlar. Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilər mütləq çoxluğu təşkil edirlər. Ona görə də toplumu dəyişməyə, yeniləşdirməyə, nimdaş dəyərlərini söküb dağıtmağa risq edən idealistləri görəndə sevinirsən, təsəlli tapırsan. Həsən bəyin "əkinçi"liyinin bir maraqlı məqamı da var. İyul ayları bizim coğrafiyada əkin vaxtı deyil. Nə yazlıq əkinin, nə də payızlıq əkinin vaxtına uyğundur. Gecikməyin səbəbi münbit torpağın, yəni sağlam düşüncənin olmaması idi. Hələ Qori müəllimlər seminariyasının da Azərbaycan bölməsi fəaliyyətə başlamamışdı. Ermənilərin, gürcülərin məktəbləri də vardı, qəzetləri də. Ona görə də Azərbaycan tarlasına bu toxum virtual olaraq Tiflisdən səpilmişdi. Həsən bəy qəzet savaşında ənənəvi olaraq yalnız rusla, gürcü ilə, erməni ilə üz-üzə deyildi. Öz doğma qaragüruhu ilə üz-üzəydi. Bəlkə də buna görə Həsən bəy Məlikovdan daha çox onu həm dünənin, həm də günümüzün şərtlərində Zərdabi olaraq tanımaq, tanıtmaq daha məntiqlidir. Bu adın bir bölgə ilə əlaqələndirilməsini təsadüfi də saymaq olar. Zərdab sözü dilimizdə ilan zəhərinə qarşı müqavimət formalaşdırmaq üçün vurulur. Həsən bəy həm də bizim millətin cəhalət və nadanlıq tarixinə vurulmuş bir zərdabdır. Dünən də, bu gün də az sayda da olsa bu zərdabın təsir gücünü mövcudluğunda qoruyan insanlarımızın hesabınadır müstəqil dövləti qorumaq ruhu, milləti müasir dəyərlərə daşımaq ruhu... Milli Mətbuat günü həm də çevrədəki erməni və erməniyəbənzər ilanlarla birgə yaşamaq və ayaqda qalmaq üçün zərdablandığımız gündür. Mən bilmirəm Həsən bəy Zərdabidən yüz il sonra daha nələri mənimsəyəcəyik, ancaq başlığa çıxardığım çağırışı qaragüruha təslim olmuş ziyalılarımızın sayı artdıqca hökmən təkrarlayacağımızdan əminəm: "Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır". Günümüz aydınlıq olsun. Zərdab vurulan Günümüzü deyirəm. Fazil Mustafa, Millət vəkili //moderator.az//
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40 |
|
|
|
• Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38 |
|
|
|
• Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09 |
|
|
|
• TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06 |
|
|
|
• Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04 |
|
|
|
• “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01 |
|
|
|
• "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59 |
|
|
|
• "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53 |
|
|
|
• Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51 |
|
|
|
• Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50 |
|
|
|
• Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• 1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12 |
|
|
|
• "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10 |
|
|
|
• Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06 |
|
|
|
• Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04 |
|
|
|
• Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57 |
|
|
|
• Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50 |
|
|
|
• Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42 |
|
|
|
• Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31 |
|
|
|
• Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27 |
|
|
|
|