![Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739447386_0001.jpg)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"DİA-AZ" xəbər verir ki, Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər:
“Vətən uğrunda” medalı ilə
Babayev Azər Ələddin oğlu – polkovnik
Qasımov Elnur Əhməd oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Qayqiyev Şamil Mahama oğlu – mayor.