İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                     Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                     "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi .....                     "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                     Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər .....                 

"QMİ sədri bu fətva barədə danışanda məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verməli idi" - Rəsul Mirhəşimli
Tarix: 27-07-2021, 08:14 | Çap et
"QMİ sədri bu fətva barədə danışanda məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verməli idi"
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin “Xameneyinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və Türkiyədə birmənalı qarşılanmayıb. “Yeni Müsavat” yada salır ki, Şeyxin bu açıqlaması ciddi müzakirələrə yol açıb. Hətta gözlənilmədən QMİ sədrinin bu fikirlərinə rəsmi sayılan mediada sərt cavablar verilib. Həmçinin Türkiyənin “Haber Global” televiziyasında gedən süjetdə Paşazadənin açıqlaması absurd adlandırılıb və sual olunub ki, Azərbaycan əsgərinin cəbhədə qanı və canı ilə qazandığı zəfərə ermənipərəst İran necə olur ki, şərik göstərilir?

Şeyxi bu çıxışına görə ittiham edənlər Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssüfünü ifadə edib. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri - M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb: “Demək ki, Xameneyi Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş” deyə o sosial şəbəkədə yazıb.

Özü isə yenidən müsahibə verib, deyib ki, heç bir dövlətin qucağında əyləşməyib: “Təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimi olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir”. Şeyx qeyd edib ki, onu ittiham edənlər ölkədə sünni-şiə qarşıdurması yaratmağa çalışır: “Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm, ömrümü düzgün yaşamışam. Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.

İran da bizim qonşumuzdur. Türkiyə də qonşumuzdur. Türkiyə bizim həm də yaxın qardaşımız, dostumuz, həmişə bizim yanımızda olan dövlətdir. İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orada 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır".

Şeyx Xameneyi ilə bağlı açıqlamanı verdiyi ilk günlərdə əksəriyyəti bunu Azərbaycanın İran siyasətinin anonsu kimi dəyərləndirirdi. Lakin üstündən bir neçə gün keçdi, məlum oldu ki, dövlət bu cür açıqlamadan heç də məmnun olmayıb, elə iqtidaryönlü mediada Şeyxin sərt tənqid olunması da bunun göstəricisi idi. Bəs Şeyxin İran açıqlaması onun sonunu gətirə bilərmi? Maraqlıdır, bunu bilərəkdən edib, yoxsa təcrübəsizlik nümayiş etdirib?

AĞ Partiyanın başqanı, inanclı siyasətçi Tural Abbaslı “Yeni Müsavat”a qeyd etdi ki, A.Paşazadə siyasətçi deyil, çıxışlarında korrekt olmaya bilər. Partiya sədri hesab edir ki, Şeyx siyasi həssassiyyətləri nəzərə almaq baxımdan geniş bilgilərə malik deyil, həm də yaş faktoru var.

“Məncə, elə demək istəməyib. Ancaq bu açıqlamadan yaranan narazılıq Şeyxdən daha çox İrana olan münasibətdir. Çünki İranın yürütdüyü siyasət Azərbaycan cəmiyyətini razı salmayıb. Amma Şeyx hər iki müsahibədə İran və Türkiyə arasında paralellər aparır. İlk açıqlamasında hər ikisinə təşəkkür edir, ikinci müsahibədə isə deyir ki, mən bu iki ölkədən heç birinin adamı deyiləm, din adamıyam. Ona görə bunu nəzərə almaq lazımdır ki, Paşazadə siyasi fiqur deyil”, - deyə T.Abbaslı vurğuladı.

Onun fikrincə, bu məsələni çox şişirtmək olmaz: “Şeyx Azərbaycanın xarici siyasət kursunu müəyyən etmir. Təbii ki, Türkiyə ilə İranı müqayisə etmək olmaz, qüsurlu yanaşmadır. Biz İranla əlaqələri düzəltmək naminə Türkiyə ilə münasibətləri soyuda bilmərik. Ancaq Tehran da bilməlidir ki, bu siyasəti aparan özüdür, həm 1-ci, həm 2-ci Qarabağ müharibəsində Azərbaycan cəmiyyətini qane etməyən siyasəti ilə...

Şeyxə gəldikdə, fikirlərini dəqiq ifadə etməsi lazımdır. Çünki regionda həssas dönəmdir, dövlətlərin münasibətləri kövrəkdir, istənilən halda diqqət mərkəzində olan, çıxışları reaksiya doğuran bir din xadimidir".

Araşdırmaçı-yazar, inanclı jurnalist Rəsul Mirhəşimlinin “Yeni Müsavat”a bildirdiyinə görə, QMİ sədri adətən açıqlamalarında çox diqqətli davranan din xadimidir: “Özü də sonrakı müsahibəsində verdiyi açıqlamanın kontekstdən çıxarıldığını deyib. Lakin bütün hallarda QMİ sədri bu fətva barədə danışanda məlumatları dəqiqləşdirdikdən sonra açıqlama verməli idi.

İnsanların böyük əksəriyyəti bilir ki, Xameneyinin “Qarabağ İslam torpağıdır” fikri 44 günlük Vətən müharibəsi zamanı deyilən fikir deyildi. Hələ 2019-cu ildə bu ifadə Tehranın küçələrində plakat olaraq asılmışdı".

R.Mirhəşimli hesab edir ki, Azərbaycan Qarabağda işğal altında olan torpaqlarının azadlığına Ali Baş Komandanın qətiyyəti, Ordumuzun rəşadəti və hərbçilərimizin qəhrəmanlağı sayəsində nail olub: “Sonradan deyilmiş sözləri təkzib etmək məcburiyyətində qalan istənilən şəxs bu açıqlamanı verərkən də diqqətli olmalı idi. Bu açıqlamanın QMİ sədrinin vəzifədən gedəcəyinə yol açmasına dair yayılan məlumatlara inanmıram. Çünki QMİ sədri bu qurumun qurultayında seçilir. Qurultay da Allahşükür Paşazadəni ömürlük QMİ sədri seçib”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin sözlərinə görə, Şeyxi işdən çıxarmaq dövlət başçısının səlahiyyətində deyil: “Hacını Şeyx seçən bütün Qafqazın dindarlarıdır. Qafqazın şeyxi Bütün Qafqaz üzrə dindarların qurultayında seçilir. Bizim Şeyx isə ömürlük seçilib. Onun şeyx kimi vəzifədən getməsinə biz qərar verə bilmərik”.

Z.Əliyev bildirir ki, Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda - Qafqaz Müsəlmanları İdarəsində birləşiblər: “Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda - Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri Qafqaz Xalqları Ali Dini Şurasının sədrini seçə bilər, yaxud sədrlikdən geri ala bilər. Ona görə Şeyxin vəzifədən getməsinə ancaq bu şəxslər qərar verə bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru