59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                     Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                     "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi .....                     "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                     Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər .....                     Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? .....                     Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                 

"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?" - Partiya sədri
Tarix: 7-08-2021, 09:04 | Çap et
"Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir?"
Son günlər sosial şəbəkələrdə feministlər, bir sıra ictimai fəallar qadın qətllərinin siyasi anlam daşıdığına dair paylaşımlar edirlər.

Onların fikrincə, ailədə zorakılıq halları ilə qarşılaşan qadınların polisə müraciətinin cavabsız qalması, daha doğrusu, polisin bu mövzularda barışdırıcı mövqedən çıxış etməsi hökumətin bu sahədə apardığı siyasətin bir parçasıdır. Bəs görəsən, partiya sədrlərinin bu məsələyə münasibəti necədir? Onlar qadın qətlləri siyasi hesab edirlərimi? Partiyalar qadınların ictimaiyyətdə rolunun artırılmasına dair hansı tədbirlər görür? Günümüzdə qadınlar partiya daxilində necə təmsil olunur?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Cebhe.info-ya deyib ki, qadınların cəmiyyətdə rolu çox mühüm olsa da, bu qətllərin heç biri siyasi deyil.

Partiya sədrinin fikrincə, bu, sadəcə cəmiyyətin mədəni səviyyəsinin aşağı olmasından irəli gələn problemdir:

“Qadınların böyük əksəriyyəti təhsil almaq imkanlarından məhrum olduğuna görə onların iqtisadi azadlıqlarını təmin etmək, öz hüquqlarını qorumaq səviyyəsi xeyli aşağı düşür. Əslində biz Azərbaycanın gələcəyini düşünürüksə, “savadlı ana” modeli istiqamətində islahatlar aparmalıyıq”.

Onun sözlərinə görə, qadınların əksəriyyəti erkən yaşlarında ailə həyatı qurduğundan özlərini “ev qulluqçusu” səviyyəsində görməyə məcbur olurlar:

“Kişilər arasında da təhsil səviyyəsinin aşağı olması, alkoqol istifadəçilərinin artması da sonda qadınların “başında çartlayır””.

Fazil Mustafa bildirib ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: “Ona görə də bu məsələni siyasiləşdirmək əvəzinə, sosiallaşdırmaq lazımdır”. Qadınların partiyalarda yer tutması məsələsinin də çətinliyini vurğulayan Fazil Mustafa söyləyib ki, Azərbaycanda lider qadın olmaq, proseslərin önündə getmək böyük cəsarət tələb edir:

“Ölkədə 50-dən çox partiya olsa da, faktiki olaraq sədri qadın olub proseslərdə aktiv iştirak edən bircə partiya da yoxdur. Bu, o deməkdir ki, cəmiyyətimizdə qadınların sözünü deməsi üçün münbit şərait yoxdur. Düzdür, Azərbaycanda bu sahədə müsbət nümunələr də var. Məsələn, ölkənin Birinci vitse-prezidenti, parlamentin spikeri kifayət qədər yenilikçi, intellektual xanımlardır. Sadəcə cəmiyyət daha çox pis nümunələri önə çəkir”. Sədr söyləyib ki, rəhbəri olduğu partiyanın qadın üzvləri olsa da, heç biri partiyada aparıcı mövqeyə gəlməyə maraq göstərmir: “Müqayisə etsək, qadın üzvlərimizin sayı heç 10%-i keçməz. Bu, çox aşağı göstəricidir. Ən azı, hər partyida ümumi üzvlərin 40%-i qadın olmalıdır. Bu da bizim günahımız deyil”.

Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu isə deyib ki, qadın qətllərini siyasi adlandırmaq axmaqlıqdan başqa bir şey deyil:

“Mahatma Qandinin məşhur bir sözü var. Deyir ki, qeyri-siyasi olanları siyasiləşdirməyə ehtiyac yoxdur. İstənilən qeyri-siyasi hadisənin siyasi nəticələri var. Bu isə məişət zəminində baş verən hadisədir. Dünyanın dörd bir yanında belə zəmində qətllər törədilir. Bir çox yerlərdə kişilər qadınları öldürür”.

Partiya sədri sual edir: “Belə çıxır, dövlət ailələrə göstəriş verir ki, hərə öz arvadını öldürsün?” Onun fikrincə, hakimiyyətin belə bir siyasət apardığını düşünmək gülüncdür: “Kimin başının altından belə axmaq fikirlər çıxır? Mənim başım çıxmır”. Polisin səssizliyi məsələsinə gəlincə, Sərdar Cəlaloğlu söyləyib ki, bu, özündə siyasi yox, sadəcə polisin öz vəzifəsinin öhdəsinin gələ bilməməsi faktını ehtiva edir.

O, ADP-də qadınların həddən artıq az təmsil olunduğunu da diqqətə çatdırıb: “Amma hüquq bərabərliyi hər bir halda təmin olunur. Ümumilikdə Azərbaycanda siyasi sferada bir süstlük hökm sürür. Bu vəziyyət qadınları da əhatə edir. Lakin qadınlar həm də milli mentalitet məsələsinə görə siyasətdə aktiv iştirak edə bilmirlər”.

Ağ Partiya sədri Tural Abbaslı isə hesab edir ki, bu məsələ ümumiyyətlə, şişirdilir. Onun fikrincə, insan qətlindən, zorakılıqdan danışmaq lazımdır:

“Basqını cinsiyyətə, irqə, milliyətə, dinə görə bölmək mənasızdır. Son günlərdə qadın qətlləri artdığı kimi, kişi qətllərinin də sayı artıb. Bunun statistikasını aparan varmı? Siyasi qətl siyasi motivin olduğu qətldir. Məsələn, Elmar Hüseynovun qətli siyasi idi. Məişət zəminində törədilən qətllər isə siyasi deyil. Sadəcə olaraq cəmiyyətə Avropadakı bəzi cərəyanların təsiri var”.

“Bəs polisin məsələyə səssiz qalması iddiasına nə deyirsiniz?” sualına gəlincə, partiya sədri qeyd edib ki, polisin hər hansı bir şikayətə onu məhz qadın edib deyə baxmaması inandırıcı görünmür: “Mən elə bir halla qarşılaşmamışam ki, polis qadına “get, ərin gəlsin” desin. Əgər belə bir hal varsa, bizə həmin polis idarəsinin adını desinlər. Biz də xüsusi şəkildə tələb edək. Əgər polis şikayətə məsuliyyətsiz yanaşıbsa, bu, həmin idarənin günahıdır”.

Tural Abbaslı Ağ Partiyada qadınların təmsilçiliyinə də toxunub: “Bəlkə də Azərbaycanda qadınların ən çox müraciət etdiyi partiyalardan biriyik. Amma onların siyasi sferada aktivliyi özlərindən aslıdır. Biz zorla hamını aktiv siyasi fəaliyyətə cəlb edə bilmərik axı”. O, sonda hələlik Ağ Partiya daxilində xanımların fəaliyyətindən şikayətçi olmadığını söyləyib: “Hər şey cəmiyyətdə necədirsə, bizdə də ona adekvatdır”.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə feministlərin səsləndirdikləri sloqanları məntiqəuyğunsuz hesab edir. O sual edir:

“Əgər ailə-məişət zəminində qətl törədilirsə, burada dövlət nə etməlidir? Dövlət hər bir ailəyə polismi ayırmalıdır? Onda deyilməyəcəkmi ki, ölkə polis rejimi ilə idarə olunur?”

Ağasif Şakiroğlu bildirib ki, səsləndirilən fikirlər məqsədyönlüdür:

“Dövlət nə zamandan qatil subyekti olub? Anlamıram. Absurd fikirlərdir. Dövlət qatildirsə, deməli, dövlətə qulluq edən milli ordunun zabitləri də qatildir. Yanğınsöndürmədə xidmət edən əməkdaş da qatildir. Bu, yalnız dövlətə, Azərbaycanın dövlətçiliyinə qarşı hücumdur”.

Partiya sədrinin qənaətincə, feminist xanımlar qadınların öz hüquqlarını bilməsi istiqamətində maarifləndirmə işləri ilə məşğul olsalar, daha faydalı iş görmüş olarlar: “Dövlətin qanunları var. Qanun qarşısında isə hər kəs bərabərdir. Düzdür, xanım polisə müraciət edib. Polis nə etməli idi? Həmin şəxsi törətmədiyi cinayətə görə həbs etməli idi? Təbii ki, yox. Ola bilsin ki, polis onların barışacaqlarını düşünüb. Hər bir ailədə münaqişə olur. Nə bilsin ki, onun əri qətl törədəcək?”

Ağasif Şakiroğlu söyləyib ki, zorakılıq hadisəsi olduqada məhkəməyə müraciət edilməli idi:

“Polis adam boşayan deyil. Mən dünənki aksiyanı da əvvəldən sona qədər izlədim. Xəzər rayon polis bölməsi əməkdaşlarının verdiyi rəsmi açıqlamaya görə, öncə faktla bağlı araşdırma apararaq işi məhkəməyə yollayıblar. Məhkəmə də ailəyə barışıq üçün möhlət verib”. Onun fikrincə, problemin siyasiləşdirilməsi məsələnin həlli yolu deyil, əksinə, düşünüb ən optimal variantları tapmaq lazımdır.

GAP sədri təmsil olunduğu partiyada qadınların aktiv siyasi fəaliyyət göstərdiklərini deyib: “Partiyamızın İdarə Heyətinin üçdə biri, Ali Məclsinin təxminən 40%-i xanımlardan ibarətdir. Gənclər Komitəsinin İdarə Heyətinin 11 üzvündən 5-i xanımdır. Gələcək Azərbaycan Partiyası bəlkə də, Azərbaycanda yeganə partiyalardan biridir ki, gender bərabərliyi tam təmin olunur. Onlarla üzvümüz isə eyni zamanda müxtəlif ictimai birliklərin QHT-lərində ictimai fəaliyyətlə məşğuldurlar”.
Cebhe.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru