"Daha çox öz kreslolarını itirməmək barədə düşünürlər" - Partiya sədri
Tarix: 24-08-2021, 08:20 | Çap et
!["Daha çox öz kreslolarını itirməmək barədə düşünürlər" "Daha çox öz kreslolarını itirməmək barədə düşünürlər"](/uploads/posts/2021-08/1629778840_0001.jpg) Hakim Yeni Azərbaycan Partiyasının çox geniş resurslarının olduğu bəllidir. YAP-ın ən ciddi resurslarından biri Milli Məclisdə deputatlarının sayının çox olmasıdır. Partiyanın parlamentdə deputat sayı çox böyükdür, amma hökumətin gördüyü işlərin təqdimatından onların fəaliyyəti, təbliğatı çox zəifdir. Ölkə başçısı səhnədə və kameralar qarşısında olanda ictimai əhval müsbətə doğru dəyişir, ictimai rəy hakimiyyətin xeyrinə yüksəlir. Prezident çıxışlarına bir qədər ara verən kimi, 3-5 müxalif “qırğı” hakimiyyətin və Prezidentin gördüyü işləri qaralayır, gözdən salmağa çalışır. Bu ideoloji müharibədə 5-6 deputatı çıxmaqla, kimsə onlarla döyüşmür, tələblərə cavab vermir. O zaman o sayda deputatı Milli Məclisə niyə gətirirdilər? Deputat istənilən siyasi qüvvənin-müxalifətin, iqtidarın danışan dilidir. Amma əksər hallarda iqtidar deputatlarının çoxu danışanda vəziyyət hökumətin xeyrindən çox ziyanına dəyişir. Bəs bu vəziyyəti və Milli Məclisin tərkibini dəyişmək haqda iqtidar nə düşünür və düşünməlidirmi?
Hakimiyyətyönlü Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, hakimiyyətin ilk növbədə 44 günlük müharibə və ondan sonra yaranmış vəziyyətlə bağlı mövqeyinin xalqa çatdırılmasında ciddi problemlər mövcuddur: “Əsas çətinlik ondan ibarətdir ki, dövlət başçısı hər şeyi açıq şəkildə demək imkanına malik deyil. Bu təbiidir. Çünki bu, xalqın və dövlətin maraqlarını gözləmək, dünya siyasətini və mövcud reallıqları dərindən bilmək, tutduğu yüksək dövlət vəzifəsinin məsuliyyətini daim hiss etmək və s. amillərlə bağlıdır. Müxalifətin isə belə bir ”dərdi" yoxdur. Əsas odur ki, onların dedikləri “dərin” fikirlər “xal” gətirsin, hazırlıqsız kütlənin xoşuna gəlsin, ona “oğulsan” deyənlərin və rəqibləri küçə söyüşləri ilə söyənlərin sayı durmadan artsın.
Şübhəsiz ki, bizim-hakimiyyəti təmsil edən və dəstəkləyən siyasilərin əsas çətinliyi təkcə bununla bağlı deyil. Bu gün bu mövqeni müdafiə etmək yüksək hazırlıq, ciddi mütaliə tələb edir. Əks mövqedə durmaq, hakimiyyəti “inandırıcı” tərzdə tənqid etmək üçün nə mütaliəyə, nə savada ehtiyac yoxdur. Bazarda xırda ticarətlə məşğul olan bir həmvətənimizin öz həmkarları qarşısında az qala hər gün səsləndirdiyi fikirləri oğurlayıb, ondan bir az aşağı səviyyədə söyləmək kifayətdir ki, “böyük siyasətçi” titulunu qazanasan və “xalqın nəzərində” avtoritetə çevriləsən. Ancaq dövlətçilik mövqeyində dayanmaq üçün hər gün ən azı 8-10 saat mütaliə etməli, öz üzərində işləməlisən. Azərbaycanda nə qədər siyasətçinin buna həvəsi və ciddi mətnləri öyrənmək potensialı var? Belə potensialı olanların içərisində yüksək natiqlik qabiliyyəti olan neçə nəfər var? Onların içərisindən nə qədəri özünü bu mübarizəyə atmaq, küçə söyüşlərinə və təhqirlərə qarşı dayanmaq dəyanətinə malikdir? Təəssüf ki, belələrinin sayı barmaqla sayılacaq qədər son dərəcədə azdır".
Partiya sədri fikrinin davamı olaraq qeyd etdi ki, burada ikinci mühüm məqam ortaya çıxır: “Sayı onsuz da az olan bu dəyərli insanların hakimiyyət strukturları ilə əlaqə saxlamaq, onlardan vaxtında zəruri məlumatları almaq imkanı varmı? Müvafiq qurumlar Prezidentin mövqeyini xalqa çatdırmaq, onunla çiyin-çiyinə mübarizə aparmaq istəyən insanlara kömək göstərmək barədə düşünürlərmi? Dövlət və hakimiyyətə yaxın televiziya kanallarına rəhbərlik edənlərin təbliğatı yüksək səviyyədə qurmaq, bütün potensialı bu işə cəlb etmək kimi bir dərdi varmı?
Təəssüf ki, bu suallara təsdiqləyici cavab vermək qeyri-mümkündür, təbliğatın, xalqla əlaqənin yüksək səviyyədə olmasına cavabdeh vəzifəli şəxslər bu işi qurmaq barədə deyil, daha çox öz kreslolarını itirməmək barədə düşünürlər. Bunun yolu isə çox sadədir: nə qədər faydalı olsa da fərqli fikir söyləyənləri yaxına buraxma, meydanı çox vaxt mənasız, ictimai rəyə heç bir təsiri olmayan, ancaq “xatasız” fikirlər söyləyənlərə ver və kresloda rahat otur, ictimai rəyi şikəst edən “liderlərin” Prezidentə qarşı açdığı cəbhəni, xalqın hər gün aldadıldığını, çaşdırıldığını qətiyyən özünə dərd eləmə".
A.Səmədov vurğuladı ki, yuxarıda qeyd etdiyi problemlər həll edilməyincə, Milli Məclisin tərkibinin dəyişilməsi də ciddi nəticə verməyəcək: “Ona görə də ilk növbədə hakimiyyətin mövqeyinin xalqa çatdırılmasına, xalqla əlaqələrə cavabdeh olan vəzifəli şəxslər iş üslublarını dəyişməlidir, ya da onlar dəyişməlidir. Yalnız həm parlamentdə, həm də kənarda olan siyasətçilərə düzgün qiymət veriləcəyi, onlara zəruri yardım göstəriləcəyi təqdirdə təbliğatı yüksək səviyyədə qurmaq, Prezidentə real yardım etmək mümkündür. Əks halda, yenə də bütün ağırlıq dövlət başçısının üzərində qalacaq”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 19:00 |
|
|
|
• Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Bu gün, 18:58 |
|
|
|
• Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12 |
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40 |
|
|
|
• Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38 |
|
|
|
• Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09 |
|
|
|
• TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06 |
|
|
|
• Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04 |
|
|
|
• “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01 |
|
|
|
• "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59 |
|
|
|
• "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53 |
|
|
|
• Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51 |
|
|
|
• Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50 |
|
|
|
• Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• 1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12 |
|
|
|
• "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10 |
|
|
|
• Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06 |
|
|
|
• Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04 |
|
|
|
|