“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”
Tarix: 30-08-2021, 09:12 | Çap et
![“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır” “Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”](/uploads/posts/2021-08/thumbs/1630300376_0001.jpg) Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev “Xalq Cəbhəsi.az” saytında cavab verib. Həmin müsahibəni təqdim edirik: - Çox təəssüf ki, o hər keçən gün daha çox ekstremizmə yuvarlanır. İndiyə qədər çox adam Qüdrət bəyə daş atmaqla özünü təsdiq etməyə çalışıb, o da olsun onlardan biri. Azərbaycanın çox böyük alimləri, elm, mədəniyyət, dövlət xadimləri kənddən çıxıb. O hüquq fakültəsinə daxil olmaq üçün iş stajı olsun deyə sovxozda fəhlə işləyib, sonra hərbi xidmətə gedib. Bütün peşə sahiblərinə həmişə sayğı və hörmətini ifadə edib. O zaman hüquq fakültəsinə qəbul üçün iki il iş stajı və oğlanların hərbi xidmətdə olması tələb olunurdu. Əli Əliyevin isə Qarabağ məsələsinə yanaşması peşəkar siyasətlə məşğul olan bir şəxsin yox, sovet dövründə kolxozlarda meyvə-tərəvəz yetişdirən, toyuq-cücə saxlayan, ciddi siyasətin incəliklərinə vara bilməyən şəxsin yanaşmasına oxşayır. O, Qüdrət bəyin kənddən çıxdığı üçün kompleksinin olduğunu deyirsə, əslində özü kənddə böyümüş insanları aşağılamağa çalışır. İstənilən şəxs onun siyasi tərcümeyi – halına nəzər yetirsin. Siyasətə qatıldığı gündən neçə siyasi bloka qoşulub, kimlərlə bir yerdə olmayıb ki? Sonra da hamısını ittiham edib. Məhz bu səbəbdən ondan hökumətə və ölkəmizə ziyan vurmaq məqsədilə təbliğatda istifadə edilsə də, heç kim onu daha yaxına buraxmır. Deputat seçilməsinə iqtidarın dəstək verməsi üçün öz dairəsindən namizədliyini geri götürüb gedib İsa Qəmbərə alternativ olması isə hələ yaddan çıxmayıb. Etibar Məmmədovla qohumluq əlaqəsi və AMİP-də olması Əlinin az-çox tanınmasına səbəb olub. Sonralar da yeni qohumluq əlaqəsinə görə deputat olmaq niyyətinə düşdü, amma istəyi reallaşmadı. Bu məsələlərə istəsə özü aydınlıq gətirər. Bundan əlavə, 1993-cü ilin iyununda AMİP funksioneri kimi Rusiya hərbi-sənaye kompleksinin adamı olan Surət Hüseynovun Gəncədə başlatdığı qiyama dəstək verib Elçibəyin devrilməsində rol oynayan bu şəxs, tarixin istehzasına baxın ki, Qüdrət bəyi Elçibəy ideyalarına sadiq olmamaqda ittiham edir. Qoy o, 1992-ci ildə Elçibəyin Rusiyanın ORT kanalına prezident kimi verdiyi müsahibəyə qulaq asıb, yaddaşını təzələsin, sonra danışsın. Həmin müsahibə yutubda 17 avqust 2013-cü ildə ”Elçibəyin ORT-yə şok müsahibəsi” başlığı altında yerləşdirilib. Elçibəy həmin müsahibəsində deyir ki, biz Yeltsinlə sənəd paraflamışıq ki, İran-Azərbaycan sərhədlərini rus əsgərləri qoruyacaq, Rusiya ilə Azərbaycan arasında isə sərhəd olmayacaq. Qərbin Qarabağ məsələsinə münasibəti ortada ola-ola bu adam və onun kimilər deyir ki, Azərbaycan "Krım Platformasına” qoşulmamaqla özünü Qərbin dəstəyindən mərhum etdi. Qərbin dəstəyi bu qədər həlledicidirsə elə qoy, Krımı azad etsin. Daha "Krım Platforması” adı altında konfrans niyə keçirir? Yaxud, həmin tədbirə qatılan Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü təmin etsin. Qərb bizimlə eyni seperatizm problemləri yaşayan digər sovet respublikalarının ərazi bütövlüyünü tanıyıb, problemlərin onların ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulasa da, bizə münasibətdə eyni mövqeni sərgiləməyib. Abxaziyaya, Cənubi Osetiyaya, "Dnestryanı Respublikaya” maliyyə yardımı ayırmadığı halda "Dağlıq Qarabağ”dakı separatçı rejimə maliyyə yardımı ayırıb. BMT TŞ-nın qətnamələri ortada ola-ola Ermənistana işğala son qoymaq üçün heç bir təzyiq edilməyib. İşğalın davam etdirilməsinə göz yummaqla, dəstək verməklə bizi torpaq itkisi ilə barışdırmaq istəyiblər. Bundan başqa, konfransdan öncə Rusiya XİN rəsmi qaydada bəyan etdi ki, konfransa qatılan ölkələri düşmən dövlət hesab edəcəyik. Bunları görə-görə, eşidə-eşidə antirusiya platformada yer almağı yalnız ya Azərbaycanın düşmənləri, ya da ciddi siyasətdən uzaq, soyuq başla yox, emosiyalarla qərar verən siyasətdən uzaq kolxozçu, yaxud çoban və ya böyük intellekt tələb olunmayan digər peşə sahibləri təklif edə bilər. Hökumətin içərisindəki narazı adamlar tərəfindən ortaya atılan, məlumatlar ötürülən bu adam, Milli Məclisə boş qalan yerlərə seçilmək üçün hökumət tərəfindən dəstək veriləcəyinə təminat ala bilməyəndən sonra təhlükəli oyuna baş qoşub. Anlamır ki, Qüdrət Həsənquliyev ondan fərqli olaraq kiminlə münasibətləri varsa onu heç vaxt gizlətmir və bütün fəaliyyəti Azərbaycanı, sadə insanları, haqqı-ədaləti qorumağa yönəlib. Bu yolda qabağına çıxan siyasi fitnəkarları ifşa etmək onun vəzifəsidir.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 19:00 |
|
|
|
• Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Bu gün, 18:58 |
|
|
|
• Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12 |
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40 |
|
|
|
• Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38 |
|
|
|
• Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09 |
|
|
|
• TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06 |
|
|
|
• Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04 |
|
|
|
• “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01 |
|
|
|
• "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59 |
|
|
|
• "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53 |
|
|
|
• Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51 |
|
|
|
• Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50 |
|
|
|
• Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• 1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12 |
|
|
|
• "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10 |
|
|
|
• Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06 |
|
|
|
• Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04 |
|
|
|
|