Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi .....                     Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib .....                     İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                     Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər .....                     Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib .....                     Putin yenə “Oreşnik”dən danışdı: .....                     Türk millətinin bir adı, bir dili var, o da bəllidir .....                     İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib .....                     Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib .....                     Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb .....                     Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? .....                     İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: .....                     “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” .....                     Zelenski ABŞ-nin yaratdığı "canavardır" .....                     Azərbaycan mediasına kiberhücum .....                     “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” .....                     Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır .....                     Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə .....                     “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” .....                     "Abbas öz sənətindədir, mən öz sənətimdə..." .....                     Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .....                     Tramp məcburetmə əməliyyatına başlayıb: .....                     İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? .....                     "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." .....                     Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub .....                     Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... .....                     Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... .....                     Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun .....                     Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” .....                     Şahin Bağırov onu rəis təyin etdi .....                     Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar .....                     SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? .....                     “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək” .....                     “Melissa Park”a xəbərdarlıq edildi .....                     Qaib yazılmır, axşam dərsləri ləğv edilib .....                     Nikol bu şəhər uğrunda savaşa başladı: .....                     “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib .....                     "Mənim dediklərimi kim necə anlayır, özü bilər" .....                     Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı .....                     DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, .....                 

Parlamentdə deputatların SAYI ARTIRILIR? - GƏLİŞMƏ
Tarix: 14-12-2021, 08:33 | Çap et
Parlamentdə deputatların SAYI ARTIRILIR?
“Bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, inşallah, sizinlə bərabər”.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon sakinləri ilə görüşdə şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidovun atası Nəriman Həmidovun “İlham Əliyev Azərbaycanın daimi prezidenti olsun” fikrinə münasibət bildirərkən demişdi.

Prezidentin dedikləri, gələn il ölkədə referendum keçiriləcəyi və idarəçilik sistemində ciddi yenilənmələrin olacağı barədə xeyli müddətdir siyasi kuluarlarda dolaşan söz-söhbətləri daha da canlandırdı. Müşahidəçilər əsas vurğunu ölkə başçsının “mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir…” fikrinin üzərinə salırlar. Bu açıqlamanın təsadüfi olmadığı, siyasi sistemdə gözlənilən yenilənmələrin anonsu olduğu qeyd olunur.

Siyasi kuluarlarda gedən müzakirələrdə bildirilir ki, 44 günlük müharibədəki zəfərdən reytinqini yüksəldə bilmiş hakimiyyət dünyada və regionda cərəyan edən siyasi kataklizmlərə daha dayanıqlı idarəçilik sisteminə keçid etmək istəyir. Bu məqsədlə ölkədə referendum keçirilir və icra hakimiyyəti, qanunverici hakimiyyət və yerli özünüidarə orqanları ilə bağlı vacib dəyişikliklər əhalinin seçiminə çıxarılır. Siyasi mühitdə dolaşan bu mülahizələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

– Milli Məclisin tərkibi genişləndirilərək, 201 mandatlı parlament yaradılır.

– Deputat seçkiləri proporsional və majoritar qaydada – qarışıq sistem üzrə keçirilir.

– Güc strukturlarının tabe olduğu, ölkənin müdafiə və xarici siyasət də daxil, bütün strateji məsələlərində həlledici söz sahibi olduğu Dövlət Şurası yaradılır. Onun rəhbəri Milli Məclis tərəfindən ömürlük olaraq seçilir. Eyni zamanda, Konstitusiya ilə ona toxunulmazlıq hüququ verilir. (Qazaxıstanda olduğu kimi – red.)

– Prezidentin iki dəfədən artıq seçilməsi qaydası ləğv olunur. Prezident seçkiləri 5 ildən bir ümumi səsvermə qaydasında seçilir.

– Vitse-prezidentlik institutu gücləndirilir və bu postu tutan şəxslər prezidentlə bərabər seçilir.

– Nazirlər Kabineti ləğv edilir, onun bütün səlahiyyətləri Vitse-prezident institutuna həvalə edilir.

– Yerli icra hakimiyyətləri ləğv olunur, onları prezidentin sərəncamı ilə yaradılmış 14 iqtisadi zona əvəzləyir. Xatırladaq ki, həmin sərəncama görə, Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları yaradılıb.

– Bələdiyyələrin yerli idarəçilikdə rolu artırılır və inzibati qurumların səlahiyyətlərinin bir hissəsi seçkili qurumlara qaytarılır və s.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun dekabrın 12-də verdiyi açıqlama da gələn il ölkədə referendumun keçiriləcəyi ilə bağlı gözləntiləri daha da artırıb. O, bildirib ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq. MSK sədri vurğulayıb ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır, bu məsələ də öz həllini tapacaq.

Maraqlıdır, M.Pənahov “Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır” deyərkən, nəyə işarə vurub? Əlbəttə, söhbət iki ilə yaxındır deputatsız qalan dairələrdən getmir. Qanunvericiliyə görə, nəticələri ləğv olunmuş seçki dairələri üzrə MSK 3 ay ərzində əlavə seçkilər elan etməli idi, amma bu baş verməyib və hakimiyyət üçün əhəmiyyətli məsələ deyil. Deməli, Məzahir Pənahov daha ciddi qərarların anonsunu edib ki, bu da referendum hazırlığından xəbər verə bilər.

Ötən 21 ildə Azərbaycan Konstitusiyası 3 dəfə dəyişdirilib və Əsas Qanuna əlavələr siyasi hakimiyyətin möhkəmləndirilməsi xarakteri daşıyıb. Bu zaman hakimiyyət daxildə müxalifətin və beynəlxalq təşkilatların müqaviməti ilə qarşılaşsa da onlara əhəmiyyət verməyib. Amma təxmini konturları yuxarıda qeyd olunan, ehtimal olunan növbəti dəyişiklikdə bütün maraqlı tərəflərin maraqları qismən nəzərə alınıb.

İlk növbədə, dövlət hakimiyyətinin nüvəsi seçki sisteminin nəzarətindən çıxarılır. Dövlət Şurasının (başqa ad da ola bilər – red.) rəhbəri ömürlük təyin olunduğuna görə, onun postu heç vaxt müzakirə mövzusuna çevrilmir. Siyasi, iqtisadi və təhlükəsizlik sistemini legitim bir mərkəzdə cəmləyəcək bu dəyişiklik hazırki hakimiyyətin əsas hədəfidir.

Prezidentin 5 ildən bir seçilməsi, bir şəxsin iki dəfədən artıq namizəd ola bilməməsi (hazırda bu müddət 7 ildir və bir şəxs istədiyi qədər seçilə bilər) demokratik norma kimi daxili və xarici qüvvələrin dəyişikliyə dəstəyinin əldə olunmasına hesablanıb. Eyni zamanda, parlamentin majoritar və proporsional qaydada seçilməsi, tərkibinin genişləndirilməsi də ölkədə siyasi iştirakçılığı artırmağa, qanunverici hakimiyyətin nüfuzunun bərpasına və ona beynəlxalq dəstəyin təmin olunmasına şərait yarada bilər. Məsələn, əksər partiyaların parlamentdə təmsilçiliyinə şərait yaradılması mümkündür.

Yerli icra hakimiyyətlərinin ləğvi və bələdiyyə institutunun gücləndirilməsi də sözsüz ki, həm daxildə, həm də xaricdə məmnunluqla qarşılana bilər.

Sual oluna bilər ki, hakimiyyət adətən daxili oyun qaydalarını müəyyənləşdirərkən, yaxud onları dəyişdirərkən heç bir qüvvənin marağını nəzər almayıb, bu dəfə niyə mümkün qədər balanslaşdırmaya çalışsın?

Azərbaycan Avropa Şurasının monitorinqi altında olan ölkədir, üzərinə götürdüyü öhdəliklərə görə, hakimiyyət sistemi ilə bağlı bütün qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmalıdır. Bu dəyişiklik fundamental xarakter daşıdığı üçün ona beynəlxalq dəstəyin əldə olunması vacib şərtdir. Həmçinin hazırki geosiyasi toqquşmalardan sığortalanmaq üçün də bu keçid uyğun zamanda və mümkün qədər razılaşdırılaraq həyata keçirilməlidir.
//PRESSKLUB.AZ//

DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Bu gün, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Bu gün, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Bu gün, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Bu gün, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Bu gün, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Bu gün, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Bu gün, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Bu gün, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Bu gün, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Bu gün, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Bu gün, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Bu gün, 17:42
Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Bu gün, 17:35
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Bu gün, 17:26
“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Bu gün, 17:11
Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Bu gün, 17:09
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Bu gün, 17:02
"Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Bu gün, 16:57
Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Bu gün, 16:50
Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Bu gün, 16:39
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Bu gün, 16:36
"Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 16:31
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Bu gün, 16:20
Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12
Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Bu gün, 16:09
Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Bu gün, 16:00
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Bu gün, 15:57
Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Bu gün, 15:56
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Bu gün, 15:54
SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Bu gün, 15:52
“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Bu gün, 15:47
“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Bu gün, 15:46
Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Bu gün, 15:19
Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Bu gün, 15:15
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Bu gün, 15:09
"Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Bu gün, 15:04
Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Bu gün, 15:02
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Bu gün, 15:00
"Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Bu gün, 14:58
"Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Bu gün, 14:43
Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Bu gün, 14:02
İşçilərini bədbəxt hadisələrdən sığorta etməyənlər cərimələnəcək - Məcəllə dəyişir
Bu gün, 14:00
"Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz" - deputat
Bu gün, 13:58
"Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07
Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05
Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03
Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59
"Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru