Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır .....                     “Yeni Ermənistan Respublikası” yaradılır? .....                     “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” .....                     Erməni əsgər “ildırım sürəti ilə” öldü .....                     Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır .....                     "Hər ikimiz fevralın 29-da anadan olmuşuq" .....                     5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı .....                     "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı .....                     Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                 

"Sadəcə, xristian təəssübkeşliyidir" - Partiya sədri
Tarix: 16-03-2022, 09:02 | Çap et
"Sadəcə,  xristian təəssübkeşliyidir"
Bütün dünyanın diqqətinin Rusiya-Ukrayna cəbhəsinə yönəldiyi vaxtda, Ermənistan ABŞ-da olan hamilərini hərəkətləndirib. “Yeni Müsavat” yazır ki, Birləşmiş Ştatlarda olan erməni lobbisi, hər zaman olduğu kimi, əlaqələrindən istifadə etməklə Azərbaycana qarşı məkrli fəaliyyətini davam etdirməkdədir. Bu istiqamətdə təbii ki, erməni diasporu da dəridən-qabıqdan çıxır. Onların budəfəki arzusunu ABŞ Konqresinin Nümayəndələr Palatası həyata keçirib. Palata Qarabağda olan qondarma “artsax”a qarşı hərbi əməliyyatların mümkünlüyü barədə hesabat tələb edən qanun layihəsi qəbul edib. Nəticədə 2022-ci maliyyə ilinin xərclərini ümumiləşdirən, Ermənistana ən azı 45 milyon dollar və “artsax”da humanitar minatəmizləmə üçün 2 milyon dollar nəzərdə tutan layihə qəbul olunub.

Qanun layihəsinin özündə “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin redaksiyası var və həmçinin “bu qanunun qüvvəyə mindiyi tarixdən sonra 90 gündən gec olmayaraq” “artsax”a qarşı hərbi əməliyyatların aparılması ehtimalı haqda hesabat tələb olunur.

ABŞ konqresmenlərinin heç kimin tanımadığı Azərbaycan ərazilərində məskunlaşmış ermənilərin qondarma “artsax” adını dövlət siyasətinə alət etməsinin arxasında dayanan plan nədir? Konqresmenləri narahat edən hansı “hərbi əməliyyatdan” söhbət gedir? Ümumilikdə, ABŞ konqresmenlərinin Qarabağda erməni separatçılarına belə qahmar çıxmağının arxasında nə dayanır? Bundan az əvvəl Avropa Parlamentinin məlum qərəzli qətnaməsi, indi də ABŞ Konqresində anti-Azərbaycan sənədinin qəbuluna qarşı rəsmi Bakının addımları necə olmalıdır? diaaz.space xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın rəsmi strukturları, eləcə də bir sıra Qərb dövlətləri Qarabağda əldə etdiyimiz qələbədən narahat olublar. Partiya sədri hesab edir ki, 30 il ərzində Azərbaycana və Ermənistana ikili yanaşmanın şahidi olmuşuq deyə, indi baş verənlər təəccüb doğurmur: “Ona görə bu cür qanun layihəsinin qəbul edilməsi birmənalı şəkildə düşmən mövqeyi kimi qiymətləndirilməlidir. Çünki Gürcüstana, Moldovaya, Ukraynaya münasibətdə separatçılara qarşı çıxan Qərb ölkələri və ABŞ eyni separatizm bəlası ilə üzləşmiş Azərbaycana tamamilə ədalətsiz mövqe sərgiləyir. Buna nə ad vermək olar?”

AMİP sədrinin fikrincə, ABŞ Luqansk, Donetskdəki separatçılara yox, amma Xankəndində yuva salmış terrorçulara dəstək olur: “Bayden administrasiyası bir neçə il əvvəl Bakıya hansı münasibət bəsləyirdisə, indi də o xətti davam etdirməkdədir. Çox təəssüf ki, bu da ədalət tərəzisinin pozulmasıdır. ABŞ Ukraynaya dəstək göstərir, amma digər tərəfdən, bədnam 907-ci düzəliş hələ də qüvvədə saxlanır. O baxımdan bu, dünənin işi deyil, 30 ildir davam edən siyasətdir”.

A.Əlizadə erməni lobbi təşkilatlarının bu məsələdə gücünü istisna etmir, lakin şişirtməyin də tərəfdarı deyil: “Sadəcə, xristian təəssübkeşliyidir. Türkiyə və Azərbaycana qarşı qərəzli münasibət göz qabağındadır. Qardaş ölkəni Avropa Birliyinə üzv qəbul etmirlər, amma Moldova və Ukrayna müraciət edəndə dərhal üzvlük ərizəsi qəbul olundu, baxılacağı deyildi. Ərdoğan da haqlı olaraq sual elədi ki, bəs bizi niyə üzv etmirsiniz? Yəni dünya ədalətli deyil...”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə hesab edir ki, ABŞ Konqresinin Azərbaycana mənfi münasibəti yeni məsələ deyil. Partiya sədrinin sözlərinə görə, separatçı rejim hələ Qarabağda fəal olduğu dövrlərdə 907-ci düzəliş qəbul edilməklə Azərbaycana nəzərdə tutulan yardımlar dayandırılmışdı. Q.Əlibəylinin fikrincə, Konqresdə ermənipərəstlər çoxdur və lobbinin təsirləri də öz sözünü deməkdədir: “Bu, Amerika dövlətinin Azərbaycana isti münasibəti olmamasından qaynaqlanır. Ona görə ermənilərə dəstəyi nümayiş etdirirlər. Dəfələrlə qondarma rejimə yardımlar olub, hansısa layihələr irəli sürülüb və Amerika bununla maraqlıdır ki, bölgədə separatizm ömrünü sürə bilsin. Nə qədər qeyri-sabitlik davam etsə, bir o dərəcədə ABŞ regionda istəklərini reallaşdırmaq istiqamətində manevrlər edə biləcək”.

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Konqresdə ölkəmizin mənafeyinə uyğun hansısa qanun layihəsi irəli sürülməsini xatırlamaqda çətinlik çəkir. Partiya sədri Amerikanın “artsax” sevgisini Minsk Qrupu ilə izah edir: “Həmsədr ölkələrdən biri kimi ABŞ hələ də o fikirdədir ki, Minsk Qrupu bərpa olunmalı, ”münaqişə nizamlanmalı", Qarabağdakı ermənilərə “status” verilməlidir. Bu cür addımlar məhz həmin təzyiq siyasətinin nəticəsidir. Amma “status” çoxdan gorbagor olub, Azərbaycan dövləti mövqeyini açıq bəyan edib, o baxımdan Konqresdə bu şəkildə müzakirələr ermənilərə dəstəklə yanaşı, separatçıları yaşatmaq niyyətidir. Rəsmi şəkildə bu addımlara etiraz edilməli, “artsax”a yardımların çatdırılmasına imkan verilməməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Bu gün, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38
"Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34
5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28
"Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Dünən, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Dünən, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Dünən, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Dünən, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Dünən, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Dünən, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Dünən, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Dünən, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Dünən, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Dünən, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Dünən, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Dünən, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Dünən, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Dünən, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Dünən, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Dünən, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Dünən, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru