
"Bu cür halların baş verməsi ilk dəfə deyil. Təəssüf ki, dünyanın müxtəlif ölkələrində bu və ya digər formada bu cür proseslərin getdiyini görürük. Ona görə də bu gün bizim üzərimizdə məsuliyyət var. Hər bir dövlət öz təhlükəsizliyini daha da gücləndirməlidir".
Bunu Sonxeber.az-a deputat Ceyhun Məmmədov danışıb.
O, Azərbaycan saytlarına kiberhücümlar edilməsi ilə bağlı açıqlamasında qeyd edib ki, bu məsələ yəqin ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq:
"Bu gün Azərbaycan bunu etməyə, həyata keçirməyə çalışır. Təəssüf ki, bir sıra dövlətlər, bir hələ də bu istiqamətdə ölkəmizə qarşı addımlar atmağa çalışırlar və təxribatlar törədirlər. Amma onlar bilməlidirlər ki, bu cür cəhdlər Azərbaycanın mövqeyinə təsir edə bilməz, yəni Azərbaycanın prinsipial bir yanaşması və mövqeyi var. Ona görə biz bu məsələləri nəzərə almalıyıq və bu istiqamətdə addımlarımızı atmalıyıq. Biz bu reallığı, vəziyyəti nəzərə almalıyıq və təhlükəsizliyimizi daha da gücləndirməliyik. Bu məsələ yəqin ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və bu cür təxribatların qarşısı qətiyyətlə alınacaq. Ona görə vətəndaşlarımız diqqətli olmalıdır".