
Müğənni İlqar Xəyal "Səs Azərbaycan" yarışmasənda iştirak edən oğlu Teymur Hənifəyevdən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” proqramında övladının müsabiqədə iştirak etməsi üçün heç kimdən xahiş etmədiyini bildirib:
"Mən yalan danışmıram və yalan danışan insanları da sevmirəm. And içməyə də heç bir ehtiyacım yoxdur. Mənim oğlum Bülbül adına Orta Ixtisas Musiqi Məktəbində 11 il oxudu. Onun yalnız buraxılış imtahanına getdim. Həmin vaxt məktəbin direktoru, Xalq artisti Teymur Göyçayev məni gördü və soruşdu ki, burada nə edirsən? Cavab verdim ki, oğlumun buraxılış imtahanına gəlmişəm. Dedi, oğlun burada oxuyur? Dedim, hə, bu il bitirir məktəbi. Mən oğlum üçün heç kimdən xahiş etməmişəm, nə də zəng etmişəm. Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var. Dəstək yalnız məsləhət vermək, məşq etmək və reperturar seçimi etməkdir".