Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                 

Müxalifət iqtidarla Şuşada bir araya gəlir - tarixi tədbir keçiriləcək
Tarix: 14-06-2022, 10:36 | Çap et
Müxalifət iqtidarla Şuşada bir araya gəlir
Tarixi Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur. Həmin gün - 15 iyunda Şuşada böyük bir tədbir keçiriləcək. Tədbirdə Türkiyədən çoxsaylı qonaqların iştirakı nəzərdə tutulur. Ölkə müxalifəti də Şuşadakı bəyannamənin bir illiyi ilə bağlı tədbirdə iştirak edəcək.

Nəhayət, uzun illərdən sonra müxalifətin dövlət tədbirinə dəvət olunması müsbət hal kimi dəyərləndirilir.

AMİP sədri Arzuxan Əlizadə sənədin siyasi çəkisinə bir daha diqqət çəkdi: “Şuşa Bəyannaməsi çox böyük tarixi əhəmiyyəti olan bir sənəddir. Uzun illər idi ki, qardaş Türkiyə ilə "Bir millət-iki dövlət" konsepsiyasından çıxış edərək eyni platformada məsələlərlə bağlı mövqelərimizi uzlaşdırırıq. Hər zaman qardaş ölkə Azərbaycanın yanında olub, eynilə Azərbaycan da Türkiyənin yanında yer alıb. 2020-ci ildə qazandığımız zəfərdə də qardaş ölkənin kifayət qədər ciddi payı var. Azərbaycana mənəvi və siyasi dəstək verərək, hər saniyə Azərbaycanın yanında olduğunu bəyan etdi. Biz uzun illər deyirdik ki, Türkiyə ilə bu münasibətləri hüquqi çərçivəyə də salmaq lazımdır. Hərbi-strateji müttəfiqlik haqqında bəyannamə imzalanmalıdır. 2010-cu ildə iki qardaş dövlət arasında strateji müttəfiqlik haqqında bəyannamə imzalanmalıdır. Hesab edirdik ki, o sənəd yetərli deyil. Əhatəli bir sənədin imzalanmasına ehtiyacın olduğunu qeyd edirdik. Çox sevinirik ki, nəhayət, bizim arzularımız ötən il 15 iyunda reallaşdı.

Mədəniyyət, təhsil sahəsindən tutmuş hərbi müttəfiqliyə qədər özündə ehtiva edən bir sənəd imzalanıb. Həmin sənəddən çıxış edərək hələ başqa bir sıra sənədlərin də ratifikasiyası gündəmdədir. Bütün bunlar olduqca mühüm əhəmiyyəti olan tarixi hadisələrdir. Bu sənəddən çıxış edərək hər iki dövlət xarici siyasətində, həm də digər məsələlərdə, regionda aparılan siyasətdə birgə addımlayacaqlar. Hər iki dövlətin gələcəkdə, bütövlükdə türk dünyasının inkişafı üçün töhfə verəcək bir sənəddir. İki ildən artıqdır ki, ölkədə maraqlı bir proses gedir. Buna istənilən adı vermək olar. Yeni siyasi konfiqrasiya, yaxud da yeni siyasi münasibətlər sistemi olsun, nə olmasından asılı olmayaraq, bu münasibətlər mövcuddur. Təmaslar var. Dəfələrlə deyirdik ki, demokratik dövlətlərin təcrübəsindən çıxış edərək, müxalifət partiyaları da protokola salınmalı, dövlət tədbirlərində iştirakları təmin olunmalıdır. Ötən ayın 11-də Prezident Administrasiyasındakı görüşdə irəli sürdüyüm təkliflərin içərisində yer alanlardan biri də ondan ibarət idi ki, dövlət tədbirlərində müxalifətin iştirakı təmin edilsin. Bu ölkədə bir barış mühitinin formalaşmasına töhfə verə biləcək. Çox şükürlər olsun ki, artıq ilk addım atıldı. Şuşa Bəyannaməsinin bir illiyindəki tədbirə müxalifət də dəvətlidir ki, bu da ölkədə bütövlükdə iqtidar və müxalifət partiyaları arasında münasibətlərin yeni fazaya qədəm qoymasından xəbər verir. Ölkə daxili və xarici üçün çox ciddi mesajdır ki, ölkədə bir barış mühiti var, partiyalar bir mövqeyə gələ bilirlər. Müəyyən məsələlərdə təmasa girirlər, bir masa arxasında əyləşməyi bacarırlar. Bütün bunlar da ölkənin inkişafı üçün gələcəkdə mühüm töhfələr verəcək”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bunları dedi: “İyun ayının 15-də Şuşa şəhərində ”Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans keçiriləcək, biz də bu konfransda məmnuniyyətlə iştirak edəcəyik. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında bağlanmış çox əhəmiyyətli və strateji sənəddir. Məhz bu bəyannamədə açıq göstərilir ki, Azərbaycan və Türkiyə hər hansı birinin milli təhlükəsizliyinə təhdid yarandığı an bunu özünün milli təhlükəsizliyinə təhdid hesab edir, dərhal bu təhdidin, təhlükənin aradan götürülməsi üçün birgə hərəkətə keçirlər. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin çox yaxın qardaşlıq və müttəfiqlik münasibətlərinin həm də dünyaya nümayişi, Türk Dövlətləri Birliyinin yaradılmasına ən böyük töhfədir. Azərbaycan və Türkiyə birliyi, qardaşlığı əbədidir..."

ALDP rəhbəri Fuad Əliyev bu dəvəti müsbət sayır: “İyunun 15-də Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı Şuşa şəhərində tədbir keçiriləcək. Bu tədbirdə Azərbaycan və Türkiyə siyasi rəsmilərinin iştirakı nəzərdə tutulub. Azərbaycan və Türkiyə üçün bu bəyannamə çox vacib bir sənəddir. Şuşa Bəyannaməsinin mahiyyəti hərbi, siyasi, iqtisadi, mədəni sahələr üzrə, faktiki olaraq, dərinləşmiş Türkiyə-Azərbaycan münasibətlərinin sənəd halına salınmasıdır. Bəyannamənin bir illiyi ilə bağlı keçiriləcək tədbirə müxalifətin dəvət alması çox müsbət haldır. Bu dəvəti yaranmış iqtidar-müxalifət münasibətlərində bir addım irəliləyiş kimi qiymətləndirmək olar. Vacib olan və davam edən iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanıqlı inkişafını təmin edən bir vasitədir. Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara dövlət tərəfindən ayrılan diqqət artır. Ümid edirəm ki, bu münasibət daha da dərinləşəcək və müxalifət dövlət idarəetməsində iştirak edəcək”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Dünən, 00:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru