Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                     İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? .....                     Bakı ilə Ankara vasitəsilə danışa bilər... .....                     Naxçıvanda daha KİMLƏR GEDİR? .....                 

Qazilərin işlə təmin edilməsi onların psixoloji durumuna da müsbət təsir edəcək - Rey Kərimoğlu
Tarix: 25-06-2022, 08:41 | Çap et
Qazilərin işlə təmin edilməsi onların psixoloji durumuna da müsbət təsir edəcək
Vətən müharibəsi qaziləri Qarabağdakı quruculuq işlərinə cəlb ediləcək. Bu barədə “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev “Qarabağımızı birlikdə quraq” layihəsi çərçivəsində Peşə Təhsil Mərkəzində kurslara cəlb olunan qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatların təqdimatı mərasimində çıxışı zamanı bildirib. Millət vəkili qeyd edib ki, peşə təhsilini müvəffəqiyyətlə başa vuran qazilər Qarabağda yenidənqurma işlərində iştirak edə biləcəklər: "Peşə təhsili hazırda çox mühümdür. Dövlətimiz tərəfindən təhsilə 4 milyard manat əlavə xərc ayrılıb. Bunun 64 milyon manatı peşə təhsilinin payına düşür.

Ümumiyyətlə peşə təhsilinin əhəmiyyəti ondan ibarətdir ki, bu gün Qarabağda yenidənqurma və bərpa işləri həyata keçirilir və peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər məhz bu yenidənqurma işlərində iştirak edə biləcəklər. Çünki Azərbaycana bu gün yüksək peşə təhsili və ixtisas qabiliyyətinə malik şəxslər lazımdır. Ümidvaram ki, qazilərimizin aldıqları peşə təhsili sertifikatları gələcək həyatları, karyeraları üçün çox önəmli bir irəliləyiş olacaq". Xatırladaq ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verdi. Layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və "Ekvita" şirkətlərinin maliyyə dəstəyi ilə "Kulane" Peşə Təhsil Mərkəzində kurslara cəlb olundu. 6 ay ərzində qazi və müharibə iştirakçıları sözügedən mərkəzdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirlərinə yiyələndilər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub. Kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub. Növbəti mərhələ qazi və müharibə iştirakçılarının Qarabağda aparılan quruculuq işlərinə cəlb edilməsidir. diaaz.space-ın məlumatına görə, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi qaizisi, jurnalist Rey Kərimoğlu “Şərq”ə açıqlamasında layihəni müsbət dəyərləndirdi:

- Əlbəttə, qazilərin, müharibə iştirakçılarının müəyyən peşələrə yiyələnməsi, onların əmək bazarına cəlb olunması, işlə təmin edilməsi müsbət haldır. Məlumdur ki, hazırda işsiz qazilərimiz var. Əlilliyə görə müavinətin hazırda kifayət qədər olmadığı nəzərə alınarsa, qazilərin işlə təmin olunması vacib məsələdir. Bu, qazilərin maddi probleminin həllinə böyük dəstək olar. Digər tərəfdən işlə təmin edilmək, xüsusilə də işqaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə cəlb edilmək qazilərimizin psixoloji durumuna, əhval-ruhiyyəsinə də müsbət təsir edəcək. Vətən uğrunda döyüşmüş oğullar təkcə müharibədə deyil, dinc dövrdə də özlərini lazımlı, gərəkli hiss edəcəklər. Qarabağda döyüşmüş əsgərin yenidən Qarabağa qayıtması, oradakı quruculuq, abadlıq işlərində iştirak etməsi qaziyə böyük ruh yüksəkliyi verəcək. Üstəlik, maddi cəhətdən də sıxıntıları azalacaq. Ümumiyyətlə, bu cür layihələr alqışlanmalıdır. Müharibə iştirakçıları, veteranlar hər şeyin müharibə ilə bitmədiyini, həyatın davam etdiyini hiss etməli və gündəlik yaşayışlarında bunu real olaraq görməlidirlər. Bu baxımdan, qazilərin Qarabağdakı quruculuq işlərinə cəlb edilməsi, əlbəttə, müsbət hadisədir, alqışlanmalıdır.
R.Kərimoğlu vacib bir məqamı da vurğuladı:
- Peşə təhsilinə yiyələnmək lazımdır. Lakin görürük ki, son zamanlar bir çox təşkilatlar, ayrı-ayrı qurumlar layihələr həyata keçirir və bunlar müvəqqəti xarakter daşıyır. Yaxşı olar ki, müharibə iştirakçılarının dövlət xəttiylə peşə təhsili alması təmin edilsin. Məsələn, Təhsil Nazirliyinin balansında olan peşə məktəbləri var. Eləcə də, Dövlət Neft Şirkətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, digər dövlət qurumlarının. Dövlət qurumlarının nəzdində fəaliyyət göstərən kurslar da var. Qazilər məhz dövlətin balansında olan peşə məktəbləri və kurslara cəlb olunsa daha yaxşıdır. Peşə təhsilinə ciddi yanaşılmalıdır. Hazırda Qarabağda aparılan quruculuq işlərində sürücüyə, xarrata, dülgərə, qaynaqçıya... hər bir peşə üzrə ustalara ehtiyac var. Böyük layihələr icra edilir və bu işdə orta peşə təhsilli işçidən tutmuş ali təhsilli mütəxəssisə qədər hamıya ehtiyac yaranır. Ona görə də qazilərin, müharibə iştirakçılarının peşə təhsilinə yiyələnməsi vacibdir.

R.Kərimoğlu ümumiyyətlə, müharibə iştirakçılarının ali təhsil almalarına da dövlət səviyyəsində dəstək göstərilməli olduğunu dedi:

- Təhsil almamış, lakin orta ixtisas və ali təhsil almaq arzusunda olan qazilər təhsilə cəlb edilməlidir. Və onlara dövlət dəstəyi təmin edilməli, güzəştlər tətbiq edilməlidir. Əlbəttə, mən savadlı, orta təhsil pilləsini ali təhsil pilləsi üçün münasib qaydada başa vurmuş şəxsləri nəzərdə tuturam. Orta ixtisas və ya ali təhsil almaq istəyən qazilərə imkan yaradılmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
“Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Dünən, 00:47
Erməni əsgər “ildırım sürəti ilə” öldü
Dünən, 00:43
Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
22-02-2025, 23:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru