İlqar Məmmədov yenə təkrar seçki istəyir - gec deyilmi?
Tarix: 1-07-2022, 08:54 | Çap et
 Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə parlamentdə təmsilçisi olmayan seçki dairələrinin məsələsi qaldırılır.
125 nəfərlik Azərbaycan parlamentində 7 yer boşdur.
Milli Məclisə son seçki 2020-ci il fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv olunub.
116 saylı Qəbələ dairəsindən deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib.
55 saylı Xaçmaz şəhər dairəsindən deputat Eldəniz Səlimov 2021-ci il avqustun 3-də həbs edilib, hazırda 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası çəkir. Cəza hökmü 2022-ci il fevralın 28-də qanuni qüvvəyə minib və Eldəniz Səlimov mandatını itirib.
50 saylı Abşeron-Qobustan dairəsindən deputat Şahin Seyidzadə dövlət orqanlarında vəzifəyə keçdiyi üçün Mərkəzi Seçki Komissiyasının 17 mart 2022-ci il iclasında onun mandatına xitam verilib.
Seçki etibarsız sayıldığı halda təkrar seçki, deputat mandatı boş qalanda əlavə seçki təyin edilməlidir. Ancaq belə qərarlar olmayıb.
İlqar Məmmədov Prezidentə müraciətində qeyd edir ki, 7 dairədə yaşayan 380 mindən çox seçici uzun müddətdir Milli Məclisdə təmsilçisiz qalır: “Parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub deyə toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirak vətəndaşların haqqıdır”.
İlqar Məmmədov həmçinin bildirir ki, REAL Partiyası 33 və 35 saylı dairələrin ümumilikdə 1651 seçicisindən seçki istəyi haqda imzalar toplayıb, həmin imzalar məktuba əlavə olunub.
Hökumət niyə müxalifətlə bu məsələdə uzlaşmır? Dairələrdə təkrar seçki keçirmək artıq gec deyil ki? Payızda ola bilərmi? diaaz.space-ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, REAL Partiyasının sədrinin müraciəti normaldır. Qanunvericiliyə uyğun olaraq, boş dairələrdə deputat seçkiləri 6 ay ərzində keçirilməli idi: “Amma pandemiya meydana gəldi və buna görə boş dairələrdə seçkilər vaxtında keçirilmədi. Nəticədə iki il yarıma yaxındır həmin dairələr deputatsız qalıb. Növbəti parlament seçkilərinə iki il yarım qalıb. Bu da az müddət deyil. Boş dairələrdə təkrar seçkilər keçirilə bilər. Qanun buna qadağa qoymur. Seçkinin keçirilməsinə ehtiyac var. Seçicilərin hüquqlarının qorunması üçün onların dairəsində deputatlar seçilməlidir. Seçkinin məhz bu payız olub-olmayacağını isə dəqiq söyləyə bilmərəm. Bunu ancaq hakimiyyət bilir. Sadəcə, ara-sıra yayılan xəbərlərə görə, islahatlarla əlaqələr referendum ola bilər və boş dairələrdə seçkilər də o zaman keçirilə bilər”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, deputatsız qalmış dairələrə seçkilərin keçirilməsi konstitusiyanın tələbidir: “Qarşıda hazırkı Milli Məclisin 2 il yarımdan bir qədər artıq müddətinin qalması o deməkdir ki, təkrar seçkilərin keçirilməsi hələ gec deyil. Konstitusiyada göstərilir ki, Azərbaycan Milli Məclisi 125 deputatdan ibarətdir. Bu gün isə Milli Məclis 118 deputatla fəaliyyət göstərir. 400 minə yaxın seçicinin də hüquqları var. Bu amillər həmin dairələrə seçkilər indiyə qədər keçirilməliydi. Heç olmasa, bundan sonrakı dövrdə qarşıdakı payız aylarında keçirilməlidir”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, boş qalan dairələrdə seçkilər keçirilməsi qanunvericiliyin tələbi olsa da, hələ də seçkilər keçirilməyib və nədən buna gedilmədiyi suallar yaradır: “İndiyə qədər pandemiya ilə əsaslandırırdılar. İndi pandemiya problemi də aradan qalxmış sayılır. Müxalifətdən tez-tez müraciətlər olsa da, nəticəsi yoxdur. Müxalifətin bu məsələdə hakimiyyətə təsir etməyə gücü çatmır. Mən hesab edirəm ki, boş dairələrdə seçkilər keçirilməyəcək. Qəfil növbədənkənar seçkilərə gedilməyəcəksə, indiki parlamentin müddəti 2024-cü ildə başa çatır, seçkilər məhz o zaman olacaq. Yəni haqqında söhbət gedən dairələr böyük ehtimalla sona qədər elə boş da qalacaq. Hökumət təmsilçiləri deyirlər ki, boş dairələrin yerləşdiyi rayonlardakı digər dairələrin deputatları var, seçicilər hər hansı məsələ və problemləri ilə bağlı həmin deputatlara da müraciət edirlər və edə bilərlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51 |
|
|
|
|