Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                     Şabranda təhsil adına biabırçılıqlar... .....                     "Onsuz da səndən başqasına küsə bilmirəm..." .....                     Qəbələnin başçışı “qış yuxusuna” gedib .....                 

Moskva bizdən nə istəyir?.. - Partiya sədri danışır
Tarix: 7-07-2022, 08:27 | Çap et
Moskva bizdən nə istəyir?..
"Rusiyanın apardığı müharibənin, atdığı addımların əsas məqsədi SSR-ini bərpa etməkdir. Belə ki, SSRİ dağıldıqdan və respublikalar müstəqillik əldə etdikdən sonra Rusiyanın əsas məqsədi MDB məkanını öz nəzarətində saxlamaq idi. Bu günə qədər də iqtisadi baxımdan böyük potensialı olan ölkələrdə münaqişələrin yaradılması, demokratik təsisatların bərqərar olduğu yerlərdə respublika quruluşunun pozulması, aranı qarışdırmaq proseslərini başlatdı". DİA.AZ xəbər verir ki, bu sözləri Sitat.info-ya açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.
Onun sözlərinə görə, bu prosesi ən birinci Azərbaycan yaşadı: "Müstəqillik uğrunda mübarizə apardığımız dövrdə 20 Yanvar hadisələri, müstəqillikdən sonrakı dövrlərdə Qarabağ problemi, 26 fevral Xocalı soyqırımı, Şuşanın işğalı, Laçının işğalı həyata keçirildi. Müstəqil dövlət kimi olaraq neftimizin dünya bazarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft xəttinin pratokolu imzalanan vaxt, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı, ötən illərdəki Azərbaycan-Ermənistan münasibətləri, 5-ci kolonun ölkəmizdəki fəaliyyəti Kremlin bu istiqamətdəki addımlarıdır. Rusiyanın 5-ci kalonu faktiki olaraq, müstəqillikdən sonra əksər ölkələrdə normal demokratik seçkinin aparılmasına, milli dövlətin qurulmasına imkan vermədi".

B.Quliyevin fikrincə, son illərdə isə Qazaxstan olayları, daha sonra Ukrayna ilə müharibə faktoru onu göstərir ki, Rusiya MDB ölkələrinin hər şeyə tamamilə Rusiyanın maraqları baxımından yanaşmasını istəyir, bu ölkələrin heç birinə xarici siyasətdə müstəqil fəaliyyət göstərməyə imkan vermir: "Son vaxtlar Türkdilli dövlətlərinin yeni bir siyasi sistemi qurub, yollar çəkilir. Bu proseslərdə Rusiya ilə Çinin maraqları Orta Asiyada toqquşur. Paralel olaraq Türkdilli dövlətlərin yaxınlaşdığı bir vaxtda, türk faktorunun yenidən gündəmə gəldiyi vaxtda türkdilli respublikalar arasında ziddiyyət yaradılır. Bu yaxınlarda prezident İlham Əliyevin Özbəkistana səfərə getməsinin səbəbi də yaxınlaşan münasibətlərin fonunda idi. Dolayısı ilə MDB məkanında mövcud olan dövlətlərdə cəmiyyətin, idarəetmə sisteminin özündə elə bir incə məqamlar var ki, aparılan islahatları, konstitusiyadakı boşluqları, ziddiyyətləri qabardaraq aranı qarışdırmaq mümküdür. Çünki bu dövlətlərdə demokratikləşmə prosesi hə başa çatmayıb. Ona görə də islahatlar aparılarkən yerli xalqların, qurumların rəyini nəzərə almaq lazmdır. MDB məkanında yerləşən Türkdilli respublikaların hamısında əsas məsələ demokratiya amilinin nəzərə alınmasıdır".

Partiya sədri vurğuladı ki, demokratik islahatlar Moskvanın istəyinə görə yox, milli dövlətin qurulması istiqamətində aparılmalıdır: "Bunun üçün də dövlətdə bütün institutlar fəaliyyət göstərməlidir. Bir nəfərin hakimiyyətinin uzadılması istiqamətində yox, yerlərdə iş aparmaq lazımdır. Prosesləri elə aparmaq lazımdır ki, daxili gərginliklərdən unitar dövlətə zərbə dəyməsin. Şövkət Mirzəyev dövlətin əksər strukturlarında işləmiş adamdır. Dövlət təhlükəsizliyi, idarəetmə ilə bağlı bütün prosesləri, demokratik təsisatların yaradılması məsələsini xalqla müzakirə etmək lazımdır. Faciələr önlənməlidir, ictimai müzakirələr aparılmalıdır. İslahatları bir nəfər aparmamalıdır, xalqın rəyi öyrənilməlidir. Hüquqi bazanın yaradılması zamanı ölkədəki bütün maraqlı qruplarının maraqlarını, o cümlədən geopolitik mənzərəni nəzərə almaq lazımdır. Rusiya mövcud boşluqlardan istifadə edib gərginlik yaratmağa çalışır".

B.Quliyev onu da əlavə etdi ki, Özbəkistanın çox böyük iqtisadi potensialı var: "Özbəkistan SSRİ-də yeganə sistem idi ki, rus maşınlarından imtina etdi, Cənubi Koreya ilə birlikdə nəqliyyat sistemini özü qurdu və inkişaf etdirdi. Hətta Cənubi Koreya ilə birlikdə təyyarə, ictimai nəqliyyat avtobusları də istehsal edirlər. Nəqliyyat sisteminə yeni texnologiyaların gətirilməsi baxımından Özbəkistan Orta Asiyada bir örnək dövlətdir. 34 milyonluq əhalisi, böyük gücü, milli ruhu olan bir respublikadır. Tranzit baxımından coğrafi imkanları da yüksək səviyyədədir və Özbəkistanın strateji əhəmiyyəti var. Qaraqalpaq ərazisi 1936-cı ilə qədər Qazaxıstanın nəzarətində olub. Sonradan həmin ərazilər Özbəkistanın tərkibinə verilib. Orada yaşayan qaraqalpaqların, türkmənlərin, özbəklərin yaşam tərzi ümumi türk xalqına xasdır. Onlarda milli şüurun oyadılmasına ehtiyac var".

Partiya sədri hesab edir ki, o civardakı türk dövlətlərinin bir-birinin daxili məsələlərinə sayğı və hörmətlə yanaşması da Rusiyanın təxribat qüvvələrinin həmin coğrafiyadan çıxarılması baxımından mühümdür: "Demokratik təsisatların formalaşması, milli demokratik idarəetmə sisteminin qurulması, yerlərdə idarəetmə ilə bağlı sərbəstliklərin verilməsi, siyasi sistemdə bir nəfərin yox, proporsional seçki sistemi ilə bölgələrdə idarəetmənin bərqərqar olunması, hökumətin mərkəzləşmiş sistemdə partiyalarla proporsional seçki sistemi yolu ilə birgə çalışması çox vacibdir. Bu proses başladığı üçün Rusiya müdaxilə edir. Çünki Kreml inkişafa və demokratik prosesə qarşıdır. Ölkədaxili problemlər fonunda ziddiyyətləri artırmaqla , hər kəsə diqtə etməklə təsir altına salmağa çalışır. Azərbaycanda da 22 fevralda Rusiya ilə müttəfiqlik müqaviləsi imzalamaq məcburiyyətində qaldı. Üstəgəl Rusiya Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli müqaviləsinə tələblərinə əməl etməsinə imkan vermir. Eyni zamanda istədiyi vaxt Tacikistanla Qırğızıstan arasında münaqişəni alovlandırır, Ukraynaya müharibə elan etdi".

B.Quliyevin sözlərinə görə, bütün bunlar onu göstərir ki, bu dövlətlər MDB məkanında müstəqillik uğrunda mübarizələrinə ciddi yanaşmalıdırlar: "Çünki istənilən boşluqdan Kreml istifadə edir. MDB məkanında son baş verənlər də bir tərəfdən Rusiyanın güc faktorunu ortaya çıxarır, digər tərəfdən antirusiya əhval-ruhiyyəsini artırır. Rusiya Ukraynada hərbi qarşıdurmanı daha da gücləndirəcək. Öz iqtisadiyyatı dağıldığı üçün ətraf respublikaların müstəqil siyasətinə mane olmağa çalışacaq, iqtisadi inkişafa mane olacaq. Çünki ərazi bütövlüyü, təhlükəsizlik, demokratik idarəetmə istənilən ölkədə iqtisadi inkişafa zəmin yaradan faktorlardır. Gələcəkdə Rusiyanın bu bölgə ilə bağlı planları var, bütün MDB dövlətlərinin KTMT-yə üzv olmasına və özünün orada dominantlığının bərpa olunmasına çalışır. Beləcə istənilən prosesdə sülhü bərpa etmək adı altında qoşunlarını rahatlıqla gərginmlik ərazilərə yerləşdirə biləcək. Daha sonra mərkəzi hakimiyyəti zəiflətməklə öz maraqlarını diqtə etməyə çalışacaq. Ona görə MDB dövlətləri milli və demokratik dövlət quruculuğunda fəal olmalıdır. Hər bir halda Rusiya faktoru da bir təhdid kimi nəzərə alınmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21
Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19
“Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru