"Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var" - Partiya sədri
Tarix: 20-07-2022, 07:51 | Çap et
 Azərbaycanın Qarabağ bölgəsində qanunsuz olaraq fəaliyyət göstərən erməni silahlı qüvvələrinin bölmələri Ermənistana qaytarılır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O deyib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağa göndərilib: “Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir. Ermənistandan Qarabağa artıq hərbi çağırışçılar olmayacaq”.
Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq. Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev erməni silahlılarının Qarabağdan çıxarılması ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyi icra etməməsinə kəskin narazılığını bildirib və bunun nəticələri olacağını elan etmişdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev vurğulayıb ki, Ermənistan tərəfi bununla faktiki olaraq üçtərəfli bəyanatı icra etmədiyini etiraf etmiş oldu. Şəfiyev Armen Qriqoryanın bəyanatının Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından sonraya təsadüf etməsinə diqqət çəkib: “Prezident İlham Əliyev çıxışında təkcə Ermənistana xəbərdarlıq etməmişdi, həm də Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə toxunmuşdu. Faktiki olaraq buna onlar şərait yaradıblar. Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var. Amma gözləməkdə fayda var. Görək, Ermənistan bunu necə icra edəcək”. diaaz.space-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə bildirib ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, rus sülhməramlılarının Azərbaycana daxil olması ilə paralel olaraq erməni hərbi birləşmələri ərazini tərk etməli idi. Partiya rəhbərinin sözlərinə görə, xeyli zaman keçsə də, bu, baş vermədi:
“2020-ci ilin dekabrın 1-dək razılaşmada nəzərdə tutulan digər proseslərin baş verməsini gözlədik. Ardıcıl olaraq Ağdam, Kəlbəcər və Laçın Azərbaycana təhvil verildi. Laçının boşaldılmasından sonra konkret olaraq erməni silahlıları ilə bağlı məsələnin üzərinə getməyə çalışdıq. Qarabağdakı erməni silahlılarının hərbçilərimizə, mülki vətəndaşlarımıza təhdid yaratdığını davamlı dilə gətirdik. Ümumən, torpaqlarımızdakı erməni terrorçuları ilə bağlı ölkə ictimaiyyətində ciddi narazılıq var idi. Bir müddət sonra dövlət başçısı məsələnin üzərinə getdi. Eyni zamanda Rusiyanın vəzifəli şəxsləri Azərbaycanda səfərdə olarkən Müdafiə Nazirliyimiz tərəfindən erməni silahlılarının çıxarılması məsələsi xüsusi vurğulandı. Qeyd olundu ki, üçtərəfli sazişin 4-cü bəndinin icrasında Rusiyanın üzərinə məsuliyyət düşür. Prezident sonuncu müşavirədə çıxışı zamanı çox doğru olaraq bəyan etdi ki, Rusiyanın siyasi-hərbi rəhbərliyinin də məsuliyyət payı var. Bəyannaməyə imza atan tərəflərdən biri Rusiya rəhbərliyidir. Qarabağdakı erməni silahlı qruplaşmaları birmənalı ölkəni tərk etməlidir. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözləri yekun və yetərli açıqlama deyil. Sadəcə, hazırkı situasiyada Azərbaycan konkret mövqe ortaya qoyduğu, dövlət başçısı İrəvana və Moskvaya mesaj verdiyi üçün Ermənistan rəsmiləri öz açıqlamaları ilə vəziyyəti bir qədər “yumşaltmağa” çalışırlar. Ermənistan və Rusiya rəhbərliyi birmənalı olaraq konkret vaxt müəyyən etməli və həmin gündən etibarən erməni silahlıları Qarabağdan çıxarılmalıdır. Erməni tərəfi sentyabr ayında prosesin sona çatacağını deyir. Ancaq Rusiyanın bununla bağlı heç bir rəsmi açıqlaması yoxdur”.
A.Əlizadə vurğulayıb ki, rəsmi Bakının tələbi aydın və konkretdir:
“Azərbaycan torpaqlarında bir nəfər erməni silahlısı qalmamalıdır. Erməni silahlı qruplaşmaları dedikdə, sadəcə, Qarabağdakı separatçıları nəzərdə tutmuruq. Azərbaycan ərazisində Ermənistanın hərbi strukturlarına, hüquq-mühafizə orqanlarına bağlı da silahlı dəstələrin mövcudluğu yolverilməzdir. Ardıcıl olaraq bu məsələnin üzərinə gedilməli, ərazimizdə erməni hərbi birləşmələrinin varlığına birdəfəlik son qoyulmalıdır. Əks halda ən tez zamanda Qarabağdakı terrorçuları tərksilah etmək, zərərsizləşdirmək məqsədi ilə Azərbaycan Ordusunun növbəti anti-terror əməliyyatı başlayacaq. İstənilən an bu hüquqdan istifadə etmək haqqımız var”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51 |
|
|
|
|