““Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük" - Akif Nağıya XOŞGƏLDİN...
Tarix: 19-08-2022, 09:35 | Çap et
 Xəbər verdiyimiz kimi, avqustun 17-də Qarabağ Azadlıq Təşkilatı (QAT) qurultay keçirərək, Azad Vətən Partiyasına çevrildi. Qurultayda Akif Nağı yeni partiyanın sədri seçildi, partiyanın proqram və nizamnaməsi qəbul edildi, Siyasi Şurası, Nəzarət Təftiş Komissiyası təsis edildi.
Lakin müşahidələrdən belə məlum oldu ki, yeni yaranan partiyanın qurultayında heç bir digər partiyanın təmsilçisi qonaq qismində iştirak etmədi. Səbəb nədir? Mövcud partiyalar yeni partiyanı seçkilərdə rəqib, yoxsa müttəfiq kimi görür? DİA.AZ xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Bəli, doğrudur ki, qurultaya heç bir partiyanı dəvət etməmişdik. Səbəb isə pandemiya ilə bağlı say məhdudiyyəti idi. Həm də qurultayın keçirildiyi məkan çox kiçik idi və biz özümüz ora güclə sığırdıq. Buna görə də nəinki partiyaları, həmçinin dost təşkilatları da dəvət etmədik. Yəni bu məsələnin hansısa siyasi səbəbi yoxdur. Bildirim ki, digər partiyalarla münasibətləri normal saxlayacağıq. Hələlik deyə bilmərik ki, gələcəkdə hansı partiya ilə daha sıx əlaqələr quracağıq. Hələ ki, partiya kimi formalaşmağa, fəaliyyətimizi ortaya qoymağa çalışırıq”.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn yeni yaradılan partiya ilə bağlı fikirlərini bu cür bölüşdü: “İstənilən Azərbaycan vətəndaşının siyasi partiyalarda birləşmək hüququ var. Bizə də bu cür təşəbbüsü olan hər kəsə uğur diləmək qalır. Fikrimcə, hələlik yeni partiya tam formalaşmayıb, ona görə də necə münasibət quracağımız məlum deyil. Bununla belə, Akif Nağıya uğurlar diləyirəm”.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə qeyd etdi ki, ölkəsinin siyasi arenasında yeni bir qüvvə ortaya çıxması sevindiricidir: “İlk öncə Akif Nağını və partiyadaşlarını təbrik edirəm. Ölkənin siyasi arenasında yeni bir qüvvə ortaya çıxırsa, buna hamımız sevinməliyik. Çünki ölkədə cəmiyyətin siyasi cəhətcə fəallaşması əslində idarəetmə sisteminin təkmilləşməsi deməkdir. Üstəlik, əgər yeni partiya gələcəkdə seçkilərdə iştirak edəcəksə, deməli, cəmiyyətin müəyyən qisminin iştirakçılığı təmin olunacaq, ictimai nəzarət daha da güclənəcək ki, bu da millətin xeyrinədir. Yeni bir partiyanın ortaya çıxması hələ onun mütləq şəkildə uğurlar qazanacağı demək deyil. Bu, fəaliyyətə, cəmiyyət tərəfindən qəbul olunmasına bağlıdır.
Təbii ki, yeni yaradılan partiyaya uğurlar arzulayırıq. Bizim bu partiya ilə gələcəkdə quracağımız münasibətlər onun fəaliyyətinə uyğun olacaq. Biz hələ bilmirik yeni partiya hansı platformadan çıxış edəcək və sairə. Ölkəmizin müəyyən dövlətlərlə münasibətləri var. Məsələn, biz partiya olaraq Rusiya və İranla yaxın münasibət quran partiyalarla məsafə saxlayırıq. Biz “Tehran uşaqları” və yaxud “moskvalılarla” bir yerdə olmağı düşünmürük. Ümumiyyətlə, bloklara qoşulmamaq siyasətini yürüdürük, lakin milli məsələlərə qarşı olan hər kəsin qarşısında dayanır və onlara qarşı mübarizə aparırıq. Ümid edirəm ki, yeni yaranan partiya milli maraqlarımızın yanında olacaq, onu müdafiə edəcək".
AĞ Partiya sədri Tural Abbaslı isə məsələyə bu cür rəy bildirdi: “Əvvəla, onu qeyd edim ki, Akif Nağının keçirdiyi qurultayda ona görə yox idik ki, dəvət olunmamışdıq. Məndə olan məlumata görə, ümumiyyətlə, qonaq qismində heç bir partiyadan nümayəndə dəvət edilməyib. Əlbəttə ki, dəvət gəlsəydi, mütləq iştirak edərdik və yeni yaranan partiyanın fəaliyyətinə uğurlar arzulayardıq.
Yeni partiyaların yaranmasını normal qəbul edirəm. Çünki hər kəsin buna hüququ çatır. Azərbaycan Konstitutsiyasında sərbəst birləşmə, eyni fikir ətrafında toplanma hüququ var. Təbii ki, onlar da öz hüquqlarından istifadə ediblər. Əlbəttə ki, istənilən yeni partiya yarananda siyasi məqsədi hakimiyyətə gəlməkdir. Yaranma təbiəti etibarı ilə bütün partiyalar rəqib olurlar. Bu rəqabətin içində bir müttəfiqlik, həmkarlıq da olur. Lakin bu, zamanla yaranır. Bu baxımdan Azad Vətən Partiyası da formalaşsın, oturuşsun, xətti və ideologiyasını bəyan etsin, yəqin ki, bundan sonra ona uyğun olaraq AĞ Partiya kimi yeni partiya ilə münasibətlərimizi qurub, formalaşdıracağıq.
İstənilən halda, Akif Nağını uzun illərdir tanıyırıq, həmçinin həmin partiyada olanların bir çoxunu tanıyır, şəxsi dostluq münasibətlərindəyik. Yəni yeni partiya haqqında qəti mənfi rəydə deyiləm. İnşallah, xeyirli-uğurlu olsun".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16 |
|
|
|
• Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10 |
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
|