"Ağdam-Xankəndi yolu ilə istənilən yükün daşınması mümkündür" - deputat
Tarix: 27-07-2023, 08:56 | Çap et
Ermənilərin guya blokadada olmalarına dair saxta iddiaları, yalanları da bir işə yaramadı. Məsələ ondadır ki, separatçı rejimin rəhbərləri kimlərinsə diqtəsilə belə rəy yaratmağa çalışırdılar. Azərbaycanın Laçın yoluna tam nəzarət etməsi, keçid məntəqəsi yaratmasından sonra terrorçular Qarabağ ərazisində əli-qolu bağlanmış duruma düşüblər.
Ermənilərin guya blokadada qalması haqda uydurmalarını Azərbaycan tamamilə ifşa etdi. Üstəlik, belə təklif verdi ki, Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə edilməsi tam məntiqlidir.
Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən də dəstəkləndi.
Ancaq ermənilər bir daha sübut edirlər ki, onların məqsədi süni blokada görüntüsünü yaratmaqdır, bu işdə alət kimi istifadə olunurlar.
Ermənilərin bu yoldan istifadə etməkdən imtina etməsi siyasi spekulasiyadır və rasist yanaşmanın göstəricisidir. Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən qat-qat yaxşı olacaq. Ermənilərin heç bir normal arqumenti yoxdur. Qarabağda yaşayan ermənilərə ərzaq tədarükünün Ağdam yolu ilə həyata keçirilməsi logistik baxımdan daha sərfəlidir. Belə ki, Ağdam yolu daha qısadır və daşınma daha ucuz başa gəlir. Ermənistanda ƏDV-si ödənilmiş mallar nə üçün humanitar yardım adı altında Azərbaycan ərazisinə gətirilməlidir və Ermənistan bundan niyə qazanmalıdır?
Bu arada Paşinyan da Ağdam yolu ilə bağlı danışıb. “Mən Ağdamdan keçməklə Qarabağ ermənilərinə humanitar dəhlizin verilməsi məsələsini müzakirə etməmişəm, çünki belə bir məsələni müzakirə etməyə nə ehtiyacım, nə də mandatım”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında danışıb. Paşinyanın sözlərinə görə, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Ağdamdan keçməklə dəhliz verilməsi ilə bağlı bəyanatı onun üçün sürpriz olmayıb. Lakin Paşinyan bildirib ki, beynəlxalq birliyin dəhliz məsələsində verdiyi reaksiya Ermənistan üçün qaneedici sayılmır.
Bu arada Beynəlxalq Qızıl Xaç Komitəsinin bölgədə humanitar vəziyyətlə bağlı iyulun 25-də səsləndirdiyi bəyanata XİN-dən reaksiya verilib. “Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar mandatına riayət olunması və ondan siyasi məqsədlər üçün sui-istifadə edilməməsi vacibdir”.
Bu fikirlər Beynəlxalq Qızıl Xaç Komitəsinin bölgədə humanitar vəziyyətlə bağlı iyulun 25-də səsləndirdiyi bəyanata dair Azərbaycan XİN-in şərhində əksini tapıb.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bölgədə humanitar vəziyyət və BQXK-nın fəaliyyəti ilə bağlı 25 iyul tarixində verdiyi bəyanat tərəfimizdən qeydə alınıb.
Məlum olduğu kimi, cari ilin 15 iyun tarixində Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, iyul ayında erməni əsilli sürücülərin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti qeyri-qanuni fəaliyyət, eləcə də sərhəd-keçid məntəqəsinin fəaliyyətinə maneçilik kimi qiymətləndirilərək, bu kimi pozucu tədbirlərə son qoyulması tərəfimizdən tələb olunub.
Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət cəhdlərinin qarşısını almaqla yanaşı, Azərbaycan tərəfi BQXK ilə vacib əməkdaşlığı davam etdirib. Azərbaycan tərəfinin BQXK ilə apardığı müzakirələrdən sonra, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə şərait yaradılıb və gün ərzində onlarla erməni sakin hər iki istiqamətdə sərhəd məntəqəsindən keçib.
Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması və tədarükü üçün Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif edilib. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edilir.
Bununla yanaşı, erməni sakinlərin tibbi məqsədlər üçün Laçın sərhəd buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdırılması məqsədilə BQXK-nın həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bundan imtina olunması da təəssüf doğurur.
Erməni tərəfinin Azərbaycan tərəfindən atılan addımlara və dəstək niyyətinə, o cümlədən BQXK tərəfindən sözügedən bəyanatda da qeyd edildiyi kimi, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə edilməsi təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir" - bəyanatda qeyd olunur. Ermənilər əgər normal ərzaq təminatı, gediş-gəliş üçün yol istəyirlərsə, Ağdam-Əsgəran yolu ən uyğun variantdır. Bundan imtina edirlərsə, deməli, onları buna vadar edən var. Bu iş necə çözülməlidir? Reinteqrasiya üçün bundan yaxşı variant da ola bilməz. Bəs bunu konkret hansı xarici güc istəmir?
DİA.AZ-ın məlumatına görə, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin daşıdığı yüklər arasında son vaxtlar müxtəlif qaçaqmalçılıq faktları aşkarlanıb. Ona görə də yoxlamalar daha da gücləndirilib: “Orada humanitar yardım adı ilə müxtəlif qanunazidd hərəkətlərin olduğu bir daha təsdiqlənib. Buna görə də belə halların qarşısını almaq məqsədilə yoxlamalar daha da güclənib. Lakin alternativ olaraq Azərbaycan tərəfi bütün humanist addımları ataraq humanitar yük üçün Bərdədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin rolu ilə daşınmaların təşkil edilməsini, eyni zamanda Ağdam-Xankəndi yolu ilə məhz yüklərin daşınmasını təklif edib. Təbii ki, sülhməramlı qüvvələrin məhz təyyarələr vasitəsilə guya humanitar yüklərin daşınması ilə bağlı müxtəlif məlumatlar yayılır. Burada əsas məram, məqsəd odur ki, bütün dünyaya car çəksinlər ki, Azərbaycan məhz humanitar yüklərin qarşısını alır. Lakin bu, absurd bir məsələdir. İstər xəstələrlə bağlı, istər humanitar daşımalarla bağlı, istərsə də yüklərlə bağlı birmənalı şəkildə məhz Azərbaycan tərəfi daim onlara dəstək olub. Sadəcə olaraq, məhz orada olan erməni separatçıları cidd-cəhdlə çalışırlar ki, orada yaşayan erməni icmasına bu və ya digər vasitə ilə təsir etsinlər. Onlar öz siyasi məqsədlərini güdürlər. Çox təəssüf ki, burada onların havadarları çox ciddi rol oynayır. Yəni məlumdur ki, Ağdam-Xankəndi yolu ilə istənilən yükün daşınması mümkündür. Lakin necə ola bilər ki, özləri-özlərini blokadada saxlamağa çalışırlar? Deməli, bunların əsas məramı, məqsədi siyasi məqsəddir və dünyaya car çəkmək istəyirlər ki, Azərbaycan tərəfi onları guya blokadada saxlayır. Başqa məqsədləri yoxdur”.
Arzu Nağıyev xatırladıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Brüsseldə bu, bir daha rəsmi şəkildə bəyan olunub: “İrəvan həmçinin ölkəmizin daxili işlərinə qarışmadığını bəyan edir. Azərbaycanın ərazisində hansısa kommunikasiyaların istiqamətinin müəyyən edilməsi, səmtinin dəyişdirilməsi rəsmi Bakının müstəsna qərarlarıdır və heç kim buna müdaxilə edə bilməz. O cümlədən də, Ermənistanın Azərbaycanın nəqliyyat-kommunikasiya xətlərində yerdəyişmələr aparmasına, öz vətəndaşlarının kommunikasiya xətlərinə çıxış imkanlarının müəyyənləşməsinə qarışması qeyri-mümkündür. Bu baxımdan, Laçın-Xankəndi yoluna alternativ olan Ağdam yolunun açılması təşəbbüsü Azərbaycanın öz daxili işidir və kimin razılaşıb-razılaşmamasından asılı olmayaraq, qərarları Azərbaycan dövləti verir”.
Deputat xüsusi olaraq diqqətə çatdırıb ki, Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Ağdam yolunun təklif olunmasının əsas məqsədi bölgədə daha güclü təhlükəsizlik və etimad mühiti yaratmağa, ermənilərin daha asan və rahat təminatlarla təchiz edilməsinə xidmət edir: “Ermənistanın Azərbaycanın bu təklifi ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Hazırda sülh gündəliyi ilə bağlı həssas bir dönəmdə Ermənistan hakimiyyətinin münasibətləri normal saxlamasında marağı var. İstənilən gərginlik bu ölkə üçün daha ağır nəticələrə səbəb ola bilər ki, bu da hərbi vəziyyətlə yanaşı, iqtisadi-sosial durumu da ağırlaşdırmış olardı. Eyni zamanda Xankəndidə olan erməni separatçılar da bu cür cılız hərəkətlərlə özlərinin sonunu daha da yaxınlaşdırır, antiterror əməliyyatlarını labüd edirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|