Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                     "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." .....                     Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var .....                     Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu... .....                     Tanınmış müğənni həmkarlarına SATAŞDI: .....                     Ermənistan Aİİ-də özünü yaxşı hiss edir .....                     “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” .....                     Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                     26 min əsgərimizi mühasirədən belə xilas etdim .....                     Əliyevin həmləsindən sonra geri addım: .....                     Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                     Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır .....                     Kanadadan Bakıya həyasız tələb .....                 

“AĞ Partiya olaraq dövlətimizin yanındayıq" - Tural Abbaslı
Tarix: 1-08-2023, 08:03 | Çap et
“AĞ Partiya olaraq dövlətimizin yanındayıq"
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. 1955-ci il təvəllüdlü, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan erməni milliyyətindən olan digər şəxslərlə birgə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə Meşəli kəndinə silahlı basqın ediblər. Dəhşətli basqında 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 358 nəfər azərbaycanlı qanuni yaşadıqları yerlərdən didərgin salınıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Xaçaturyan Vaqif Çerkezoviç Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə hökmü ilə təqsirli bilinəcəyi halda cəzaların qismən toplanması yolu ilə 20 il və ya ömürlük azadlıqdan məhrum ediləcək. V.Xaçaturyanın saxlanılması özlüyündə ədalətin illər sonra olsa da, qismən bərqərar olması üçün olduqca önəmli hadisədir. Erməni terrorçular unutmamalıdır ki, Azərbaycan 30 il əvvəlki cinayətlər barədə bütün məlumatları toplayıb və həmin məlumatlar Laçın sərhəd keçid məntəqəsində saxlanılır. Bu, bir daha onu göstərir ki, azərbaycanlılara qarşı cinayət törətmiş erməni terrorçuların hər biri məsuliyyətə cəlb olunacaq. Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılan Xaçaturyan Vaqif Çerkezoviç ailəsi ilə əlaqə saxlayıb. Təşkilatdan bildirilib ki, Xaçaturyana baş çəkilib və saxlanılan erməni həkim müayinəsindən keçib. Həmçinin ona ailəsi ilə də əlaqə saxlamaq imkanı verilib. Prezidentin köməkçisi Hikmət Hacıyev tviterdə yazıb ki, 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına Ermənistanın rəsmi “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil: “O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”.
Ekspertlər də vurğulayıblar ki, ötən gün Laçın dövlət sərhədindən buraxılış məntəqəsində erməni cəlladı Vaqif Xaçaturyanın saxlanılması tam şəkildə beynəlxalq hüquq prinsiplərinə uyğundur. 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasında əsas məqsəd onun illər əvvəl beynəlxalq axtarışa verilməsidir. Cinayətkarın sağlamlığını dilə gətirib şou quranlara deyilməlidir ki, Xaçaturyana hər cür tibbi yardım göstərilir. O, qanunun tələblərinə uyğun olaraq mühakimə olunacaq. Digər mühüm məqam isə Xaçaturyanın vətəndaşlığı ilə bağlıdır. O, 1955-ci ildə Azərbaycan ərazisində doğulub və vətəndaşlıqdan da çıxarılmayıb. Ona görə də Xaçaturyanın Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə mühakimə olunması tam olaraq qanunidir. Xaçaturyanın məhz Laçın dəhlizində tutulmasını əldə silah edən erməni KİV-nin bəyanatları heç bir real siyasi və hüquqi sübutlara söykənmir. Laçın yolu humanitar və köməyə ehtiyacı olan şəxslər üçün daim açıqdır.
DİA.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında bildirib ki, erməni terrorçusunun Laçın postunu keçmək istərkən yaxalanması çox mühüm məsələdir. Partiya rəhbərinin sözlərinə görə, keçmişinə və gələcəyinə hörmət edən, güclü hüquqi dövlət qurmaq istiqamətində addımlar atan istənilən dövlət üçün bu cür cinayətkarların həbsi olduqca önəmli presedentdir:

"Azərbaycan xalqına, ümumən bəşəriyyətə, günahsız dinc insanlara, mülki şəxslərə qarşı dəhşətli cinayətlər törətmiş hər bir şəxs üçün Xaçaturyan hadisəsi dərs olmalıdır. Fərq etməz, cinayətlərin üstündən 15-20 il, yaxud 30 il keçsə belə soyqırım və qətliamlar törətmiş terrorçular qanun qarşısında cavab verməlidir. Azərbaycan qanunları əvvəl-axır Xaçaturyan kimilərini tapacaq və ən sərt şəkildə cəzalandıracaq. Hər kəs bilməlidir ki, Azərbaycan özünə qarşı edilmiş cinayətləri heç vaxt bağışlamır. Dünyanın hər yerində bənzər hadisələr var. Məsələn, İsrail İkinci Dünya müharibəsinin bitməsindən 40 il sonra belə yəhudi xalqına qarşı soyqırım həyata keçirmiş 80-90 yaşlı faşistləri taparaq məhkəmə önünə çıxarırdı. O baxımdan Ermənistan hökuməti başda olmaqla, hanısa Qərb təşkilatı, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi terrorçu Xaçaturyanın saxlanması ilə bağlı heç bir irad bildirə bilməz. Əksinə, Azərbaycan dövləti belə cinayətkarların qanunsuz daşınmasına vasitəçilik edən beynəlxalq təşkilatların, sülhməramlıların səlahiyyətini məhdudlaşdırmalıdır".
T.Abbaslının qənaətincə, Xaçaturyanın BQXK-nin maşını ilə Ermənistana keçirilməsi cəhdi də sübut edir ki, beynəlxalq təşkilatlar öz mandatlarından sui-istifadə edərək terrorçuların daşınması ilə məşğul olurlar: "Mən ümumiyyətlə, BQXK-nin Xankəndidə fəaliyyətinin dayandırılmasının tərəfdarıyam. Çünki açıq-aşkar erməni mövqeyindən çıxış edirlər. İnsanlığa qarşı cinayətlər törətmiş şəxslərin gizlənməsində və qaçırılmasında birbaşa iştirak edirlər. Azərbaycan öz hüququndan sonadək istifadə etməlidir. Xaçaturyanlar bilməlidirlər ki, gec-tez Azərbaycan məhkəmələrində hesab verəcəklər. AĞ Partiya olaraq dövlətimizin yanındayıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru